Juvederm

03 Dekabr 2019 Kateqoriya: Kosmetoloji prosedurlar Müəllif: Aygün Hüseynova
Oxuma vaxtı: 4 dəq Oxunma sayı: 2399
Juvederm foto
5/5 - (1 səs)

Juvederm – kontur plastikası üçün nəzərdə tutulan məşhur brenddir. Onun effektivliyi yüksək, istifadəsi isə asandır. Ən əsası preparat təhlükəsizdir.

İstehsalçı barədə

Fillerin istehsalçısı «Allergan» kompaniyasıdır. Baş ofis Amerikada (İrvin, Kaliforniya) yerləşir. Kompaniyanın müxtəlif cizgiləri Françayzinq şöbələrdə (Fransa və Kanadada) buraxılır. Şirkətin məhsulları mezoterapiya, biorevitalizasiya, kontur plastika, skin filler, lip fillers qismində və digər kosmetoloji xidmətlərdə istifadə olunur.

Preparatın tərkibi

Filler qeyri-heyvani mənşəli hialuron turşusundan ibarətdir. Bu maddə insan orqanizminin müxtəlif toxumalarında mövcud olduğundan inyeksiyadan sonra immun sistemi patoloji reaksiyalar törətmir. Orqanizmdə allergik və iltihabi reaksiyalar yaranmır. Yüksək konsentrasiya və sıxlığı sayəsində nəticə 8-12 ay qalır.

İstifadəsinə göstərişlər

Əsas məqsəd toxumalardakı boşluğu doldurmaqla, itirilmiş həcmi geri qaytarmaqdır. Preparat aşağıdakı prosedurlarda tətbiq edilir:

  • Dodaq dolğusu;
  • Səthi və dərin qırışların doldurulması;
  • Göz kənarlarındakı “qaz ayağı” qırışların açılması;
  • Yanaq dolğusu, yanaqların kontur plastikası;
  • Üz ovalının korreksiyası;
  • Çənə və yanaqların forma defektinin aradan qaldırılması.

Juvederm foto 1

Juvederm cizgisinin hansı preparatları vardır?

Əlbəttə ki, fərqli məqsədlər üçün müxtəlif tərkibli preparatların istifadəsi tələb olunur. Həkim kosmetoloq preparatı seçərkən prosedurun növünü və xəstənin üzündəki problemli nahiyələri nəzərə alır.

  1. Dodaq dolğusu üçün
  1. Qırışların doldurulması üçün
  1. Kontur plastikada
  1. Dərin nəmləndirmə və dəriyə elastiklik vermək məqsədilə
  • «Juvederm Hydrate»

Juvederm foto 2

Fillerin tətbiqinə əks-göstərişlər

  • Hamiləlik və südvermə dövrü;
  • Ağır somatik xəstəliklər, xüsusilə onların kəskinləşmə mərhələləri
  • İnyeksiya nahiyəsində iltihab və ya istənilən dəri xəstəliyinin olması.

Yuxarıdakı əlamətlərlə qarşılaşdıqda, proseduru müalicədən sonraya saxlamaq məsləhətdir. Bu barədə dəri həkimi, yəni dermatoloqla məsləhətləşmək lazımdır. Ümumiyyətlə, qadın həkim-kosmetoloqun qəbuluna gələrkən özünü yaxşı hiss etməlidir. Əks halda inyeksiyanın təxirə salınması tövsiyə olunur.

Filler barədə ən çox soruşulan suallar

İnyeksiyanın nəticəsi neçə müddət qalır?

Prosedurun effekti orta hesabla 8-12 ay ərzində davam edir. Yalnız dodaq dolğusunda nəticə təxminən 6 ay müddətində saxlanılır.

Əgər nəticə xoşagəlimli deyilsə, geli çıxartmaq olur?

Nəticəni korreksiya etmək və ya geli tamamən çıxartmaq mümkündür. Bunun üçün hialuronidaza əsasında preparatdan istifadə edilir.

İnyeksiyadan sonra axşam saatlarında dodaqlarda şişkinlik və iynə yerində göyərmə əmələ gəldikdə nə etməli? 

Bu, orqanizmin inyeksiyaya normal reaksiyasıdır. Əlamətlər 2-3 günə keçib getmədikdə kosmetoloqla əlaqə saxlayın.

Gel yeridildikdən sonra nələrə məhdudiyyət qoyulur?

Prosedurdan sonra 7 -10 gün hovuz, sauna və solyariyə getmək olmaz. Həmçinin günəş şüalarının altında qalmaq, açıq havada çox gəzmək qadağandır.

Üzün həcmini hansı fillerlə bərpa etmək olur?

Bu məqsədlə Juvederm voluma uzunmüddətli və qalıcı nəticələr verir. Üzün sallanması zamanı ideal preparat sayılır.

Xülasə

Məqalədə məşhur brend haqqında ətraflı məlumat verdik. Sizin üçün faydalı olacağına inanırıq.

Bu yazını paylaş:
Yazını qiymətləndirin:
5/5 - (1 səs)
Şərhlər
Bu yazıya ərh yazılıb

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir