Yanaq dolğusu
Yanaqların kontur plastikası, yəni yanaq dolğusu qeyri-cərrahi korreksiya metodudur. Bu prosedur son zamanlar tərkibində hialuron turşusu olan skin fillerlərlə aparılır.
Yanaq dolğusu proseduru haqqında
Prosedur orta hesabla 30-50 dəqiqə davam edir. Yalnız yumşaq toxumalara müdaxilə edildiyindən uzunmüddətli reabilitasiya dövrü müşahidə olunmur. Əməliyyat aparmadan ideal yanaqlara sahib olmaq üçün 1 prosedur kifayətdir.
Dolğunun nəticəsi 9 ay-1.5 il qalır. Bu müddətdə filler tədricən sorulur. Preparatın orqanizmdən tam sorulması onun növündən, maddələr mübadiləsinin sürətindən və pasiyentin həyat tərzindən asılıdır.
Yanaq dolğusunun üstünlükləri
Hialuron turşusu insan orqanizmdə mövcud olan təbii komponentdir. Yaş artdıqca onun miqdarı azaldığından dərinin tonusu azalır və sallanır. Prosedurdan sonra dəri canlanır, nəmlənir və dartılır.
Həmçinin istəyə əsasən həkim-kosmetoloq yanaqların həcm və konturlarını dəyişdirə bilər. Kontur plastika – cavanlıq, təravət və gözəllik deməkdir.
Prosedurun əsas üstünlükləri
- Nəticə dərhal bilinir;
- Əlavə mənfi təsirlər baş vermir;
- Müdaxilədən sonra iz, çapıq qalmır;
- Botoks edilmiş üz əks-göstəriş sayılmır;
- Yaşla bağlı dəyişikliklər və travma izləri aradan qalxır;
- Yanaq dolğusu pasiyentdən hər hansı hazırlıq tələb etmir.
Dolğunun çatızmazlığına fillerin tədricən sorulmasını aid etmək olar. Ancaq bu xüsusiyyət prosedurun təbii və təhlükəsizliyindən xəbər verdiyindən onu çatışmazlıq hesab etmək düzgün deyildir.
Yanaq dolğusuna göstərişlər
- Dərinin yaşlanması ilə əlaqədar tonusun azalması;
- Yanaq konturlarının korlanması;
- Yanaqlarda asimmetriyanın yaranması;
- Yumşaq toxumaların sallanması.
- Travma mənşəli defektlərin izlənilməsi.
Yanaq dolğusuna əks-göstərişlər
- Fillerə qarşı fərdi həssaslıq;
- Hamiləlik və laktasiya (süd vermə) dövrü;
- Qanın laxtalanmasının pozulması.
Yanaq dolğusu necə aparılır?
İlk öncə həkim dəriyə yerli təsirli ağrıkəsici krem sürtür. Sonra filleri bir neçə inyeksiya ilə yeridir.
Prosedurda istifadə olunan preparatlar
- Surgiderm, Juvederm;
- Restylane, Restylane Perlane;
- Yvoire;
- Teosyal Redensity 1 və ya Teosyal Redensity 2
- Radiesse;
- Ellanse;
- Filorga;
- HA-Filler;
- Belotero.
Sadalanan preparatlar üz dolğusu, çənə dolğusu kimi prosedurlarda istifadə olunur.
Yanaq dolğusundan sonra reabilitasiya dövrü və qoyulan məhdudiyyətlər
İndividual xüsusiyyətlərdən asılı olaraq, dəridəki iynə izləri 3-4 günə keçib gedir.
- İlk sutkalarda çoxsaylı mimik hərəkətlər, dərini kisələmək, dekorativ kosmetikadan və digər kosmetoloji prosedurlardan (skrab, massaj və s.) istifadə etmək qadağandır;
- Növbəti 3 gün ərzində antikoaqulyantlar qəbul etmək, idmanla məşğul olmaq icazəli deyil;
- 2 həftə müddətində isti vanna, sauna, spa prosedurlardan imtina edilməlidir
- 1 ay ərzində solyariyə getmək olmaz.
Yanaq dolğusuna oxşar prosedurlar
Bu cür uzunmüddətli effekti lipofillinq proseduru ilə də əldə etmək mümkündür. Belə hallarda dolğu əvəzinə, pasientin öz piyindən istifadə olunur. Bu prosedur daha mürəkkəb, onun reabilitasiya (bərpa) dövrü isə uzundur. Çünki piyin götürülməsi və yeridilməsi 2 mərhələ sayılır.
Yanaq dolğusu üçün preparat seçimi
Preparat həkim tərəfindən təyin edilir. Mütəxəssis pasientin istəklərini nəzərə alaraq, onun maddi imkanları daxilində kataloq təqdim edir. Mövcud preparatların üstünlükləri, çatışmayan cəhətləri barədə məlumat verir. Bundan sonra qarşılıqlı razılığa gəlinir.
Yanaq dolğusu haqqında ən çox verilən 2 sual
Hansı yaşda yanaq dolğusu etdirmək olar?
Prosedur şəxsi istək əsasında 25 yaşdan aparıla bilər.
Müdaxilədən sonra dəridə iz qalir?
Müasir preparatlardan istifadə edildikdə çapıq və yaralara rast gəlinmir. İnyeksiya yerindəki iynə izləri maksimum 6 günə itir.
Yanaq dolğusu qiyməti
Prosedurun qiyməti preparatdan asılı olaraq, 300-500 AZN arasında dəyişir.