Saç tökülməsinə qarşı vitaminlər

24 Noyabr 2019 Kateqoriya: Saç tökülməsi Müəllif: Aygün Hüseynova
Oxuma vaxtı: 5 dəq Oxunma sayı: 61928
Saç tökülməsinə qarşı vitaminlər foto
3.9/5 - (110 səs)

Gün ərzində 100 ədəd saç tükünün tökülməsi norma sayılır. Əgər saçınızı daradıqdan və ya əlinizlə yüngülcə dartdıqdan sonra bir ovuc tük çıxarsa, bu artıq patoloji hal hesab olunur. Bəs saç tökülməsinin qarşısını necə almaq olar? Bu suala cavab vermək üçün ilk növbədə tökülmənin səbəbini bilmək lazımdır.

Əksərən saçların seyrəkləşməsinin kökündə vitamin çatışmazlığı dayanır. Belə vəziyyətlərdə saç tökülməsinə qarşı vitaminlər köməyə gəlir.

Saç tökülməsinə qarşı effektiv vasitə – vitaminlər

Bədəndə hansı vitaminin azlıq təşkil etdiyini aydınlaşdırmaq üçün həkimə müraciət olunmalı və müvafiq analizlər verməlidir. Ümumilikdə isə avitaminoz özünü bu əlamətlərlə büruzə verir:

  • ümumi zəiflik;
  • gec sağalan yaralar;
  • quru və seyrək saçlar;
  • dodaq və selikli qişalarda quruluq;
  • ləng uzanan, tez qırılan dırnaqlar.

Sadalanan əlamətlər digər xəstəliklərdə də müşahidə edilə bilər. O üzdən aptekdən özbaşına vitamin almaq əvəzinə, dermatoloq və ya terapevtlə məsləhətləşmək gərəkdir.

Saç tökülməsinə qarşı vitaminlər foto 1

Saç tökülməsinə qarşı faydalı vitaminlər

E vitamininin davamlı qəbulu saçların uzanma intensivliyini yüksəldir, ağarma prosesini ləngidir. Bu vitaminın təsirindən saçların tökülməsi azalır, baş dərisinin qan dövranı normallaşır. Kəpəklənmənin qarşısı alınır, saçlar yumşaq və parlaq forma alır. İlkin nəticələr 1 aydan sonra nəzərə çarpır.

D vitamini saç tökülməsinə qarşı

D vitamini yeni tük follikullarının formalaşmasında və saçların uzanmasında mühüm rol oynayır. Onun çatışmazlığı tökülən tüklərin fonunda yenilərinin gec çıxması ilə müşayiət olunur. Bu isə öz növbəsində keçəlliklə nəticələnir.

Saç tökülməsinə qarşı mineral və vitaminlər

Yalnız E və D vitaminlərinə arxalanmaq olmaz. Müntəzəm şəkildə C, A və B qrup vitaminlər qəbul edilməlidir. Təbii ki, ev şəraitində hansı komponentin çatışmadığını təyin etmək mümkün olmur. Bununla əlaqədar vitamin qəbulu effekt vermədikdə saç tökülməsinə sink, selen, dəmir, yod kimi mikroelementlərin defisitinin səbəb olduğundan şübhələnmək lazımdır.

Saç tökülməsinə qarşı vitaminlər – aptek vasitələri

Bu siyahıda Sizə ən geniş istifadə olunan vitamin komplekslərini təqdim edirik:

  • «Alfavit» – universal vasitədir. Orqanizmin bütün sistemlərinə fayda verir. 1-2 aya dəri və saçlar sağlam görünür, saç töklüməsi bəlli dərəcədə azalır.
  • «Biosip» – ümumi təsirli kompleksdir. Yalnız həkim tərəfindən təyin oluna bilər. Qəbul etdikdən 14 gün sonra təsiri bilinir.
  • «Revlalid» – vitamin və amin turşularından ibarətdir. Ümumi möhkəmləndirici təsir göstərir, saçların uzanmasını stimulə edir. Tərkində E vitamini yoxdur.
  • «Mers beaty» – Almaniya istehsalı olan bu preparat saçların bərpası üçün nəzərdə tutulmuşdur. Aktiv komponentləri olan sistein, sink, metionin mexaniki zədələnən, günəşdən yanan saçları bərpa edir.
  • «Viqantol», «Akvadetrim», «Oksidevit» – D vitaminli preparatlardır. Saç tökülməsini əhəmiyyətli dərəcədə azaldırlar.

Saç tökülməsinə qarşı vitaminlər foto 2

Şiddətli saç tökülməsinə qarşı vitaminlər

Sıralayacağımız vitaminlər qiymət baxımından bir qədər bahalı olsa da, təsirləri yüksəkdir. Onların istifadəsi 1 ay ərzində saç tökülməsini xeyli azaldır. Ağırlıq dərəcəsindən asılı olaraq, 4-6 aya tökülmə tam şəkildə dayanır.

  • «Perfektil» – başda kəpək aşkarlandıqda, saçlar ləng uzandıqda və ya zəif olduqda təyin edilir. 4 həftəyə müsbət nəticələr əldə edilir. Preparatı ac qarnına qəbul etmək olmaz. Dərman yemək vaxtı çox miqdarda ilıq su ilə içilməlidir.
  • «Pantoviqar» – tərkibindəki keratin, sistein, amin turşuları sayəsində saç tökülməsi dayanır. Qəbulun 2-ci həftəsində saçlar daha az tökülür, qalınlaşır, parlaqlaşır.
  • «Nutrikap» – saç tökülməsini zəiflədir, onların uzanmasını sürətləndirir. Müalicə kursu 24-28 həftə təşkil edir.
  • «Mers» – ümumi möhkəmləndirici təsirli drajedir. Follikulları qidalandıraraq, uzanmanı təmin edir. Müalicə kursu 8-12 həftədir. Maksimal nəticə kursun sonunda bilinir.
  • «Vitrum prenatal» – saç tökülməsi hamiləliklə əlaqəli olduqda bu preparata üstünlük verilir.

Xülasə

Saç tökülməsinə qarşı qeyd edilən vitaminlər sınaqdan keçirilmiş vasitələr olsalar da, keçəlləşmənin səbəbini aydınlaşdırmadan özbaşına müalicə faydadan çox zərər verə bilər. Xoşagəlməz hallara yol verməmək üçün dərman qəbulu barədə həkimlə məşləhətləşin.

Bu yazını paylaş:
Yazını qiymətləndirin:
3.9/5 - (110 səs)
Şərhlər
Bu yazıya ərh yazılıb

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir