Aygün Hüseynova
Kosmetologiya-dermatologiya.az saytında dərc olunan bütün məqalələr Azərbaycan Tibb Universitetinin məzunu Aygün Hüseynova tərəfindən yazılmışdır. O, etibarlı mənbələrə əsaslanaraq, insanların dəri və saç problemləri, kosmetoloji xidmətlərlə bağlı suallarına saytda aydınlıq gətirmişdir.
Müasir dövrdə saç tökülməsi, mimik qırışlar, gözaltı qaraltı və torbacıqlar, sellülit kimi problemlərin aktuallığını nəzərə alaraq, müəllif yüksək effektivliyi ilə seçilən maskalar, prosedurlar, reseptləri qadınların nəzərinə çatdırmışdır. Bu üsullardan qaynaqlanaraq, xanımlarda özünə inam və gözəlliyin geri qayıtmasına şərait yaratmışdır.
Qadınlar gözəllik məsələlərində daha həssas olduğundan təcrübəli mütəxəssis saytın böyük bir hissəsini onlara həsr etmiş, problemli və həssas dəriyə qulluq, qırışların yox edilməsi, saçların qalınlaşması, botoks kimi məşhur mövzularda qadınlara faydalı məsləhətlər vermişdir.
Təkcə tibb təhsili alan şəxslərin deyil, digər kateqoriyadan olan insanların da mövzunu tam şəkildə anlaması üçün müəllif mətnləri sadə dildə tərtib etmiş, tibb terminlərinin qarşısında onların açıqlamasını qeyd etmişdir.
Aygün Hüseynova öz bilik və bacarıqlarını insanlarla bölüşməyə, onlara yardım göstərməyə hazırdır. Bu mövzuda yaranan bütün suallarınızı müəllifə ünvanlaya bilərsiniz.