skip to Main Content

Kosmetologiya-dermatologiya.az – dəri xəstəlikləri, kosmetik qüsurlar və saç problemlərinə həsr olunmuş saytdır. Bizim məqsədimiz insanlara, xüsusən də zərif cinsin nümayəndələrinə gözəllik və sağlamlıq mövzusunda yardım etməkdir. Yaşından asılı olmayaraq, hər bir qadın baxımlı və cazibədar görünməyə çalışır. Müasir dövrdə bu tip yanaşma gərəkli və tələbolunandır. Çünki qadının ailədə, işdə, ümumiyyətlə cəmiyyətdəki uğuru onun zəkası ilə yanaşı, xarici görünüşündən də asılıdır.

Lakin təəssüflər olsun ki, gözəllik atributu sayılan saçlar və dəri daim risk altındadır. Çirkli ekologiya, xroniki yorğunluq, stress, yuxu pozğunluğu kimi neqativ amillər dərini solğunlaşdırır, qocaldır, qırışlar və gözaltı torbacıqlara zəmin yaradır. Son zamanlarda epidemiya kimi yayılan saç tökülməsinin kökündə də vitamin-mineral çatışmazlığı ilə yanaşı, gərginlik və əsəbilik dayanır. 

Dinamik həyat tərzi, zamanın qıtlığını nəzərə alaraq, saytımızda qadınların tez-tez rastlaşdığı dəri və saç problemlərini tez bir vaxtda aradan qaldırmağın yolları barəsində dolğun məlumatlar yerləşdirmişik. Saytın böyük bir hissəsi hər biri dəri və saç tipinə uyğun maska reseptlərinə, kosmetoloji prosedurlara: botoks, dolğu, plazmalifting, mezoterapiya, RF-lifting və s. kimi məşhur üsullara həsr olunmuşdur. 

Digər bölmədə qadınların kabusu sayılan sellülitin səbəbləri, onu yaradan qidalarla bərabər, “portağal qabığı” görüntüsündən xilas edən – maskalar, kremlər, fırça və təbii vasitələr sadə formada izah edilmişdir.

Kosmetologiya-dermatologiya.az gözəlliklə yanaşı, həm də dəri xəstəliklərini əhatə edir. Burada dermatit, psoriaz, ekzema, akne, ləkələr  və s. problemlərin səbəbləri, əlamətləri, müalicə metodları ilə tanış ola bilərsiniz.  

Onu da vurğulayaq ki, sayta daxil olan hər bir oxucunun vaxtı dəyərləndiyindən oxşar mövzuda olan məqalələr müvafiq bölmələrin daxilində yerləşdirilmişdir. Məsələn, hifu smas lifting, fillerlərə həsr edilmiş mətnlər kosmetoloji prosedurlar, dəriyə qulluq qaydaları, sızanaqlar və qara nöqtələrlə mübarizə isə üz maskaları bölməsində dərc edilmişdir. İstənilən mövzunun qısa zaman ərzində tapılması üçün söz üzrə axtarış etmək imkanı yaradılmışdır. 

Kosmetologiya-dermatologiya.az saytındakı kompetent mənbələrdən əldə olunmuş informasiyaları oxumaqla, gözəllik və sağlamlığın sirlərinə yiyələnəcək, əvvəlki təravət və möhtəşəmliyinizi geri qaytaracaqsınız.

Sizə və yaxınlarınıza cazibənizlə həyatın hər anından zövq almağı diləyirik!

Hörmətlə, Kosmetologiya-dermatologiya.az kollektivi.

Back To Top