Saç tökülməsinə qarşı şampun
Orqanizmdə B12, D vitaminləri, maqnezium, sink və dəmir kimi mikroelementlərin səviyyəsinin azalması həm dəridə, həm də saçlarda özünü büruzə verir. Saçlar zəifləyir və tökülməyə başlayır. Saç tökülməsinə qarşı şampun ilə bu prosesi ləngitmək, hətta dayandırmaq mümkündür.
L’oreal Professionnel – saç tökülməsinə qarşı şampun
Bütün saç tiplərinə uyğundur. İstifadədən sonra tökülməni gözlə görünən şəkildə azaldır.
American Crew
Solğun, quru, yanmış və zədələnmiş saçları bərpa edir. Baş dərisini canlandırır, yeni tüklərin çıxmasını sürətləndirir.
Tresan gicitkən şampunu
Gicitkan bitkisi tökülməni dayandırır, saçları gurlaşdırır. Tresan markası altında gicitkan ekstraktından keyfiyyətli şampun hazırlanır. İstifadəcilərin əksəriyyəti effektin mükəmməlliyini və saç tökülməsinin xeyli azaldığını qeyd etmişlər.
SebaMed – saçların tökülməsini dayandıran vasitə
Uzun illərdən bəri dəriyə qulluq və saç baxımı məhsulları istehsal edən SebaMed bu dəfə satışa müalicəvi təsirli şampun buraxmışdır. Tərkibində bitki ekstraktları olan bu məhsul saçları möhkəmləndirir, qırılmasının qarşısını alır.
Saç tökülməsinə qarşı şampun – Dercos Energising
Vichy firmasının şampunu saçları yumşaldır və gücləndirir. Müntəzəm şəkildə istifadədən sonra tökülmə tədricən dayanır.
L’occitane bərpa edici şampun
Quru və zədələnmiş saçlar üçün ideal vasitədir. Telləri canlandırır və onlara parlaqlıq verir. Ylang-ylang, şirin portağal, lavanda, tütəkotu, ətirşah efir yağları və amin turşuları əsasında hazırlanan bu şampun çox effektivdir. Saçları qoruyur, yumşaldır, günəş şüalarının zədələdiyi telləri bərpa edir. Onun təsiri gözlə görünəcək qədər aydındır.
Babe – saç tökülməsinə qaşı şampun
Babe-nin müalicəvi baxım vasitələrindən olan şampun kəpəyi azaldır, tökülməni zəiflədir.
La Roche Posay Kerium – saç tökülməsinə qarşı təsirli şampun
Həm tökülməni azaldır, həm də telləri qalınlaşdırır, saçlara həcm verir.
Kérastese Bain Prévention – tökülməyə qarşı şampun
Mövsumi tökülmələrdə effektivdir. Saçların dibi yağlı, ucları isə quru olan insanlarda kök və uc hissələr arasında balans yaradır.
Radix – saçların tökülməsinə qarşı şampun
3 dəfə istifadədən sonra effektini görmək mümkündür. Uzunmüddətli saç tökülmələrində arzuolunan nəticələr verir. Onun təsirini gücləndirmək üçün həmin markadan olan losyonun saçlara çəkilməsi məsləhətdir. Ən əsası odur ki, bu losyon saçda yağlı görüntü yaratmır.
Davines Naturaltech Energizing Shampoo
Saçları onunla mütəmadi şəkildə yuduqda tellər canlanır, tökülmə xeyli azalır.
Yves Rocher – saç uzanmasını artıran, tökülməni dayandıran şampun
Saç tökülməsi probleminə qarşı məşhur məhsullardan biridir. Təbii komponentlərdən, yəni müalicəvi bitkilərdən hazırlanmışdır. Baş dərisini qidalandırır, saç tökülməsini azaldır.
Klorane Quinine – tökülməyə qarşı baxım şampunu
3 həftə istifadədən sonra tökülməni bəlli dərəcədə azaldır.Tük follikullarını möhkəmləndirir, saçları gurlaşdırır.
Revox – saç tökülməsinə qarşı at quyruğu şampunu
Tük follikulunu canlandırır, kimyəvi boyaların zədələdiyi saçları bərpa edir.
Bioxcin Quantum – saç tökülməsinə qarşı şampun
Tərkibindəki Bio-aktiv element sayəsində tökülmə dayanır. Həmçinin kəpək problemi də aradan qalxır.
Xülasə
Sadaladığımız effektiv vasitələrdən alıb istifadə etsəniz, faydasını mütləq görəcəksiniz. Əgər saçların tökülməsi xəstəlikdən qaynaqlanırsa, ilk öncə dermatoloqa, daha sonra isə uyğun ixtisas həkiminə müraciət etməyiniz lazımdır.