Qadınlarda saç tökülməsi

28 Dekabr 2019 Kateqoriya: Saç tökülməsi Müəllif: Aygün Hüseynova
Oxuma vaxtı: 5 dəq Oxunma sayı: 2970
Qadınlarda saç tökülməsi foto 1
4.9/5 - (73 səs)

Müasir dövrdə saçların seyrəkləşməsinə kişilərlə yanaşı, qadınlarda da rast gəlinir. Hətta zərif cinsin bəzi nüməyəndələrində gicgah və təpə hissələrdə keçəlləşmə müşahidə edilir. Bəs qadınlarda saç tökülməsi hansı səbəblərdən baş verir? Onun qarşısını almaq mümkündür?

Qadınlarda saç tökülməsi problemi

Testosteronun bir forması olan DHEA hormonu saçların “düşmənlərindən” biridir. Onun miqdarı normadan yuxarı qalxdıqda qadınlarda saç tökülməsi problemi ortaya çıxır.

Qadınlarda müşahidə olunan tökülmənin kişilərdəki dazlaşmadan fərqi saç tağının tökülmədən dolayı genişlənməsi və başın üst hissəsində saçların getdikcə azalmasıdır.

Qadınlarda saç tökülməsi foto 3

Gündə hansı miqdarda saç tökülməsi norma sayılır?

Hər insan gündə orta hesabla 100 tük itirir və bu norma hesab olunur. Daraqda, paltarda tüklərin aşkarlanması patoloji hal deyil. Ancaq saçlarda zəiflik hiss edirsinizsə və saçların itirilməsinin ifrat dərəcədə olduğunu düşünürsünüzsə, vaxt itirmədən tədbir görün.

Qadınlarda saç tökülməsi niyə baş verir?

Qadınlarda saçların tökülməsi əsasən 6 səbəbdən ortaya çıxır:

Klimaks

50 yaşına qədəm qoyan qadınların ½ hissəsi saç tökülməsi problemi yaşayır. Klimaks dövründə bu vəziyyət daha qabarıq şəkil alır. Əksər hormonlar saçların böyüməsinə dəstək olduğundan menopauza zamanı saçlar öz keyfiyyətini və möhkəmliyini itirir. Beləliklə, qadınlar saç tökülməsi problemi ilə üzləşir.

Qadınlarda müxtəlif xəstəliklər

Qalxanabənzər vəzin patologiyaları, şəkərli diabet, anemiya saçın tökülməsi ilə müşayiət olunur. Polikistoz yumurtalıqlar sindromu da tökülməyə səbəb ola bilər.

Qadınlarda saç tökülməsi foto 2

Qadınlarda stress və psixoloji travmalar

Güclü stress və gərginlik yaşayan insanların əksəriyyəti saçların seyrəkləşməsini, davamlı şəkildə tökülməsini qeyd edirlər.

Hamiləlik

Hamiləlik dövründə vitamin çatışmazlığı, hormonal fonun dəyişməsi ilə əlaqədar saçlar zəifləyir və tökülməyə başlayır. Doğuşdan sonra hormonlar normal səviyyəsinə çatana qədər bu vəziyyət davam edir.

Qadınlarda qidalanma rejimi

Qeyri-düzgün qidalanma, pəhriz fonunda meydana çıxan ani çəki itkisi də saç tökülməsi ilə nəticələnə bilər. Bədən ehtiyacı olan qidaları almadıqda zülal, dəmir, D-vitamini və kalsium defisiti yaranır. Zamanla saçlar zəifləyib tökülür.

Saçlara düzgün qulluq etməmək

Saçların kip yığılması, sıx hörüklər baş dərisini gərir, tükləri qırır. Bunların xaricində yüksək temperatur (fen), kimyəvi təsirlər (boyalar) də saçlara xeyli zərər verir.

Qadınlarda saç tökülməsi foto

Qadınlarda saç tökülməsi necə dayandırılır?

Əgər saç tökülməsi xəstəliklə əlaqəlidirsə, mütləq müvafiq həkimə müraciət edilməlidir. Bununla yanaşı saç tökülməsinin qarşısını almaq üçün bəzi vasitələrdən istifadə edilir. Onların tətbiqi tük köklərini gücləndirir, tökülməni azaldır:

  • Serum. Saçı kökündən gücləndirən Aminexil, Octeine kimi maddələr baş dərisinin tüklə əlaqəsini gücləndirir. Saça qulluq serumlarını hər gün istifadə edə bilərsiniz.
  • Müalicəvi şampun. Baş dərisini kirdən, kosmetik vasitələrin qalıqlarından təmizləmək və follikulun tıxanmasına yol verməmək üçün tərkibində Arginine B5 zülalı olan saç tökülməsinə qarşı şampun alın.
  • Biotin. Digər adı H vitaminidir. Saçlar üçün çox faydalıdır. Həkimlə məsləhətləşdikdən sonra onu tətbiq edə bilərsiniz.
  • Masaj. Baş dərisinin qanla təhcizatını artırmaq üçün zərif şəkildə masaj edin.
  • İdman. Stress səbəbindən saç tökülməsi problemi yaşayırsınızsa, idman, fitnes, aerobika, zumba və s. kimi aktiv məşgələlərə yazılın. Onlar stressi azaltmağa kömək edir.

Xülasə

Saç tökülməsi zamanı tellərinizi ucundan kəsib, qısaldın. Saç tağınızı dəyişdirib, onlara dalğalı forma verin, həcmləndirən sprey vurun. Bu yolla seyrəkliyi gizlətmiş olacaqsınız.

Təbii ki, bu, problemin həlli deyil. Tökülməni dayandırmaq üçün mütləq dermatoloqa və ya trixoloqa müraciət etməlisiniz.

Bu yazını paylaş:
Yazını qiymətləndirin:
4.9/5 - (73 səs)
Şərhlər
Bu yazıya bir şərh yazılıb

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir