Üzdəki ləkələr üçün dərman
Üzdəki ləkələr üçün dərman düzgün seçildikdə ev şəraitində hiperpiqmentasiyadan qurtulmaq mümkündür. Bu məqalədə Sizi aptek preparatları arasında ən effektiv növlərlə tanış edəcəyik.
Üzdəki ləkələr üçün dərman – Retin-A
Ləkələrlə mübarizə aparır. Onun əsas komponenti – sintetik retinoid dəri hüceyrələrində melaninin ifrat konsentrasiyada toplanmasının qarşısını alır. Krem piqment ləkələrin üzərinə sutkada 1 dəfə çəkilir. Müalicə kursu təxminən 1 ay davam edir.
Üzdəki ləkələr üçün effektiv dərman – Klirvin
Krem dəri tonunu bərabərləşdirir, sızanaq, çil və ləkələri təmizləyir. Onun terapevtik və iltihabəleyhinə təsirləri vardır. Klirvin təbii komponentlərdən təşkil olunduğundan allergik reaksiyaların yaranma riski minimaldır.
Krem ləkələri ağartmaqla yanaşı, həm də üzdəki ödem və gözaltı qaraları aradan qaldırır.
Üz ləkələri üçün təsirli dərman – Badyaqa mazı
Maz hiperpiqmentasiya və göyərmə əleyhinədir. Onu dəriyə nazik qatla çəkib, 20 dəqiqə gözləmək lazımdır. Vaxt bitdikdə maz ilıq su ilə yuyulur. Prosedurdan sonra 2-3 saat ərzində küçəyə çıxmaq icazəli deyil. Maz 1 ay müddətində sutkada 1 neçə dəfə istifadə olunur.
Üzdəki ləkələr üçün dərman – Sink mazı
Üz və bədəndə yaranan piqment ləkələrə qarşı mükəmməl vasitədir. Tərkibinə sink oksid və vazelin daxildir. Mazın yeganə çatışmazlığı dəriyə qalın qatla çəkilərək, diskomfort törətməsidir.
Onu axşam saatlarında sürtmək məqsədəuyğundur. İstifadədən əvvəl problemli sahə təmizlənməlidir.
Üzdəki ləkələr üçün ucuz dərman – Askorutin tablet
Tableti daxilə qəbul etmək lazım deyil. Onu ləkələrin üzərinə çəkirlər. Bunun üçün 2 xörək qaşığı yulaf əzməsi və 10 tablet Askorutin tələb olunur.
Hər 2 inqrediyent toz halına gətirilir. Üzərinə çay ağacının efir yağından 4 damcı əlavə olunur. Alınan qarışıq nəm dəriyə nazik qatla çəkilir. 5 dəqiqədən sonra yuyulur. Proseduru 2 həftə ərzində hər gün təkrarlamaq məsləhət görülür.
Üzdəki piqment ləkələr üçün dərman – Salisil mazı
Piqment ləkələrlə mübarizədə yaxşı nəticələr göstərir. Salisil turşusu problemli sahələri ağardaraq, dərinin vəziyyətini yaxşılaşdırır. Mazı 1 ay müddətində gündə 2 dəfə çəkmək lazımdır.
Üzdəki piqment ləkələr üçün dərman – Fol turşusu və C vitamini
Melanin sintezinin artması orqanizmdə bu komponentlərin çatışmazlığı ilə bağlı ola bilər. Belə hallarda fol və askorbin turşusu daxilə qəbul edilir. Müalicə kursu 1-2 ay sürür.
Qeyd olunan vasitələri əldə etməzdən əvvəl mütləq həkim-kosmetoloqla məsləhətləşin. Belə ki, ləkələrə qarşı effektiv vasitə – krem, maz və ya prosedurlar fərdi qaydada təyin edilir.
memim.uzme nahiyelerime hamilelikden qalan lekeler ve gunes lekeleri var men hamilelik lekelerini nece temizleyim
Salam. Hamiləlik ləkələri adətən prosedurlarla effektiv formada təmizlənir.
Çox faydalı məsləhətlərdi oxudum çox sağolun menim problemim üzdəki lekeleri aradan qaldırmaqdır onuda burdan oxuyub dərmanın tapdım .
Salam zəhmət olmasa hansı dərman sizə kömək etdi yazında