Sızanaqlar üçün spirt

09 Sentyabr 2020 Kateqoriya: Dəri xəstəlikləri Müəllif: Aygün Hüseynova
Oxuma vaxtı: 4 dəq Oxunma sayı: 19929
Sızanaqlar üçün spirt
3.5/5 - (13 səs)

Sızanaq üçün spirt ev şəraitində səpgilərə qarşı istifadə olunan məşhur vasitədir. Əslində bu prosedurun müsbət və mənfi tərəfləri vardır. Gəlin onlarla tanış olaq.  

Sızanaqlar üçün spirtin dəriyə faydası

Spirt kosmetologiya və tibbdə geniş tətbiq edilir. Onun təsirindən zərərli mikroorqanizmlər məhv olur, iltihab azalır, səpgilər quruyur və itir. Həmçinin spirt ölmüş hüceyrələri yumşaldaraq, onlarla mübarizə aparır.   

Sızanaqlar üçün spirtin dəriyə ziyanı

Spirtin ən başlıca çatışmazlığı dərinin müdafiə qatını dağıtmasıdır. Belə dəri ultrabənövşəyi şüalara, temperatur dəyişikliyinə və digər təbii təsirlərə qarşı həssaslaşır.  

Spirt məhv olmuş hüceyrələrlə yanaşı, sağlamlara da təsir göstərir. Bu isə dərini həddindən çox qurudur.  

Sızanaqlar üçün spirtin düzgün istifadə qaydası  

  1. Spirt təmiz halda və ya kosmetikanın tərkibində hər gün istifadə edilməməlidir. Ən optimal variant: həftədə 2-3 dəfə.   
  2. Sızanaqlar üçün spirt yalnız yağlı dərilərə uyğundur. Quru və normal dərilər üçün spirtsiz, bitki tərkibli krem və losyonlar məsləhətdir. 
  3. Spirt bütün üzə deyil, yalnız sızanaq olan hissələrə nöqtəvi şəkildə çəkilir. Onu qulaq çöpləri ilə çəkmək tövsiyə olunur. Bu üsul sızanağın ətrafındakı sağlam toxumaları zədələnmədən qoruyur.  
  4. Başlanğıcda 1%-li spirt istifadə olunur. Zamanla 2%-li formaya keçilir.  
  5. Prosedurdan sonra dərinin tez bir zamanda bərpası üçün qidalandırıcı krem çəkmək mümkündür.  

Sızanaqlar üçün spirt növü

Sızanaqlar üçün qarışqa spirti

Üzü qarışqa spirti ilə silmək olar? Bu preparat həssas dərili insanlara uyğun deyil.  

Sızanaqları yox etmək üçün spirt pambıqla problemli hissəyə çəkilir. Prosedurun sonunda dəriyə qidalandırıcı krem sürtülür. İstifadə müddəti sızanaq sayından asılı olaraq, 14-30 gündür. 

Sızanaqlar üçün spirt ziyanı

Sızanaqlar üçün salisil spirti

Spirt pambıq deyil, qulaq çöpü ilə çəkilir. Bu yolla yanıq ehtimalı minimuma enir. Spirt məhlulu 2%-dən çox olmamalıdır. 

Optimal variant spirtin axşam saatlarında istifadəsidir. Preparat yalnız yağlı dərilər üçündür. Qışda bu müalicə üsulu izacəli deyil. Yayda isə piqment ləkələrin yaranmaması üçün üzə spirt çəkib, küçəyə çıxmaq olmaz.  

Sızanaqlar üçün kamfora spirti

Preparat sızanaqlara qarşı effektiv vasitədir. Bununla belə onu digər preparatlarla kompleks şəkildə istifadə etmək məsləhətdir. Çünki spirt yalnız aknenin xarici əlamətlərini yox edir, onun yaranma səbəbinə təsir göstərmir.   

Spirtin əlavə təsirlərinə dərinin qıcıqlanması, quruması aiddir. Ona görə də həssas dərili insanlara tösviyə edilmir.

Sızanaqlar üçün kamfora spirt

Sızanaqlar üçün etil spirti

Etil spirti əksər kosmetik vasitələrin tərkibinə daxildir. Onu losyonun komponenti kimi istifadə etdikdə gözlənilən nəticə əldə olunur – dəri quruyur, sızanaqlar itir.  

Onu təmiz halda dəriyə çəkdikdə əks-təsir alınır. Yağlı dəri həddindən artıq quruduqda, piy vəziləri aktiv formada çalışır. Belə vəziyyətdə sızanaqların sayı azalmır, əksinə daha da artır. Bu səbəbdən etil spirti ancaq akne əleyhinə müalicəvi preparatların tərkibində faydalı hesab olunur.  

Sızanaqlar üçün salisil spirt

Xülasə

Sızanaqların müalicəsi kompleks yanaşma tələb edir. «Üzü spirtlə silmək olar?» sualını araşdıraraq, belə bir nəticəyə gəldik: olar, lakin çox ehtiyatla və nöqtəvi şəkildə. 

İstifadədən öncə mütləq dermatoloqla məsləhətləşmək lazımdır. Çünki sadalanan vasitələrin heç biri sızanağın səbəbini aradan qaldırmır, sadəcə səpgiləri yox edir.  

Bu yazını paylaş:
Yazını qiymətləndirin:
3.5/5 - (13 səs)
Şərhlər
Bu yazıya bir şərh yazılıb

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir