Yanıq izi üçün mazlar

18 Sentyabr 2020 Kateqoriya: Dəri xəstəlikləri Müəllif: Aygün Hüseynova
Oxuma vaxtı: 3 dəq Oxunma sayı: 46146
Yanıq izi üçün mazlar Zeroderm ultra
3.7/5 - (40 səs)

Yanıq izi üçün mazlar müxtəlifdir. Onların təsiri dərhal bilinməsə də bu tip vasitələr yaxşı nəticə göstərir. Sadəcə mazı mütəmadi şəkildə gün ərzində 2-4 dəfə çəkmək tövsiyə olunur.  

Yanıq izi üçün mazlar – Kontraktubeks

Gelin tərkibindəki heparin kobudlaşmış çapığı yumşaldır və zədələnmiş hüceyrələri bərpa edir. Allantoin çapıq sağalarkən yaranan bütün xoşagəlməz hissləri aradan qaldırır. Soğan ekstraktı isə dezinfeksiyaedici təsir göstərir, çapıqlar üçün baryer rolunu oynayır. 

Kontraktubeks gündə 2-3 dəfə ehmalca çapıq toxumasına çəkilir. Yeni yaranan çapıqlarda müalicə kursu təxminən 4 həftə təşkil edir. 

Köhnə və qalın çapıqlar zamanı problemli nahiyəyə axşam saatlarında gellə sarğı qoyulur. Müalicə orta hesabla 3-6 ay davam edir. 

Yanıq izi üçün maz adı

Yanıq izi üçün mazlar – Zeraderm Ultra

Zeraderm Ultra regenerasiyaedici, antibakterial, yarasağaldıcı, iltihab və ağrı əleyhinə təsirlərə malikdir. Gelin aktiv komponenti olan koenzim Q10 hüceyrələrin yenilənmə prosesini sürətləndirir. K vitamini çapıqları və dəri qızartısını zəiflədir. E vitamini isə güclü antioksidant olub, dərini müdafiə edir.  

Geli sutkada 2 dəfə çəkilir. Bunun üçün gel nəm tampon və ya barmaq ucları ilə çapıq nahiyəsinə ehmalca sürtülür. Optimal nəticənin əldə olunması üçün müalicə 1 neçə həftə və ya ay aparılır.

Yanıq izi üçün maz

Yanıq izi üçün mazlar – Levomekol

Maz yanıqdan sonra yaranan çapıqlara qarşı effektivdir. Levomekol yaranı sağaldır, irini təmizləyir, dezinfeksiya edir. 

Tərkibindəki xloramfenikol təbii antibiotikdir. Metilurasil isə epidermisin regenerasiyasını stimulə edir. 

Yanıqlarda Levomekol yara səthini infeksiyalardan qoruyur, eləcə də toxumaların sağalmasını tezləşdirir. Maz zədələnmiş nahiyədəki irinli möhtəviyyatı aradan qaldırır. 

Kiçik sahəli 1-2-ci dərəcəli yanıqlarda:

  • maz steril tənzifə çəkilir və yara səthinə qoyulur;  
  • sarğı 1 sutka saxlanılır;  
  • yara sağalana qədər hər gün təkrarlanır. 

Müalicə kursu 5-14 gün çəkir.   

Yanıq izi üçün mazlar Kontraktubeks

Yanıq izi üçün effektiv mazlar – Kelofibraza  

Təbii tərkib (heparin, kamfora, sidik cöhvəri) sayəsində uşaqlarda da asan istifadə olunur. Maz çapıq toxumasında qan dövranını yaxşılaşdırır, sağalmanı sürətləndirir. Dərinin elastikliyini və regenerasiyasını artırır. 

Onu təmiz və quru dəriyə masaj hərəkətləri ilə gündə 2-4 dəfə çəkmək tövsiyə olunur. Kobud çapıqlarda mazdan kompress kimi istifadə edilir. 

Yanıq izi üçün mazlar

Sonda onu da qeyd edək ki, bu tip vasitələr yalnız dermatoloq tərəfindən təyin edilməlidir. Çünki bir çox hallarda dərman vasitəsi deyil, kosmetoloji prosedurlar – lazerlə cilalanma və s. daha məqsədəuyğun sayılır. 

Bu yazını paylaş:
Yazını qiymətləndirin:
3.7/5 - (40 səs)
Şərhlər
Bu yazıya ərh yazılıb

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir