Piqment ləkəsi üçün krem

16 Sentyabr 2020 Kateqoriya: Dəri xəstəlikləri Müəllif: Aygün Hüseynova
Oxuma vaxtı: 4 dəq Oxunma sayı: 11658
Piqment ləkəsi üçün krem
3.5/5 - (22 səs)

Qadınların əksəriyyətini piqment ləkəsi üçün krem maraqlandırır. Apteklərdə müxtəlif tərkibdə və adda kremlər satılır. Onlar piqment ləkələrini ağartmaqla, dərinin rəngini bərabərləşdirirlər.  

Piqment əleyhinə krem:

  • dəri hüceyrələrinin yenilənməsini təmin edir;
  • dəridə melanin sintezini zəiflədir;
  • hüceyrələri sərbəst radikallardan qoruyur;
  • ən əsası ləkələri ağardır.  

Piqment ləkəsi üçün krem növü

Piqment ləkəsi üçün kremin effektivliyi  

Mütəmadi istifadə etdikdə krem ləkənin ölçüsünü kiçildir, rəngini soldurur, dəri tonunu bərabərləşdirir.  

Piqment ləkələri üçün kremin tərkibi

Ağardıcı kremlərin tərkibinə adətən turşular, bitki ekstraktları və vitaminlər daxil olur. Ən məşhur inqrediyentlər aşağıdakılardır:  

  • salisil turşusu (dərinin qabıqlandırır, ləkəni daha az nəzərə çarpan edir);
  • qlikol turşusu (piqmentasiyanı azaldır, dərini ağardır və cavanlaşdırır);
  • ferul turşusu (ağardıcı kosmetikanın əsas tərkib hissəsi olan C vitamininin aktivliyini artırır);
  • ellaq turşusu – həddindən artıq melanin sintezini normaya salır;
  • alfahidroksiturşular – meyvə, süd (səthi ləkələrin korreksiyasında istifadə olunur);
  • koy turşusu (melanin sintezinə cavabdehlik daşıyan ferment – tirozinazanın sintezini azaldır, həssas dərilərə də uyğun gəlir); 
  • retinol – A vitamini (dərinin regenerasiyasını və melaninin bərabər paylanmasını təmin edir);  
  • C vitamini – melanin sintezini stimulə edir, kollagenlərin sayını artırır.  Bu maddə həm də güclü antioksidantdır.

Piqment ləkəsi üçün krem adı

Piqment ləkəsi üçün kremin istifadə qaydası

Piqment ləkə əleyhinə krem turşu və retinol qarışığından ibarətdir. Onlar ən effektiv antipiqment komponentlərdir.   

Mütəxəssislər bu tərkibli kremləri yayda axşam saatlarında çəkməyi tövsiyə edirlər. Payız və qış fəslində isə günorta da çəkmək olar. Əsas məqsəd krem çəkilmiş üzü aktiv günəş şüalarından qorumaqdır.  

Piqment ləkə üçün krem – Redermic retinol, La Roche-Posay

Tərkibi: 2 növ retinol – təmiz və xüsusi texnologiya ilə alınmış, HEPES formula

Krem piqment ləkələri ağardır. Dərini yeniləyir. Bununla yanaşı qırışlarla da mübarizə aparır. 

Piqment ləkəsi üçün krem effektiv

Piqment ləkəsi üçün krem – Advanced Pigment Corrector, Skinceuticals

Tərkibi: turşular, maya ekstraktı

Gündə 2 dəfə istifadə edilir, bütün üzə və ya lokal olaraq, ləkələrin üzərinə çəkilir. 

Piqment ləkəsi üçün krem ucuz

Piqment ləkəsi üçün krem – Clearly Corrective brightening and moisture treatment, Kiehls

Tərkibi: C vitamini, qlikol turşusu, ağ tozağacı və pion ekstraktları 

Krem dərini ağardır, nəmləndirir, ləkələri azaldır. 

Piqment ləkəsi üçün krem adları

Piqment ləkəsi üçün krem – Re-Plasty laserist, Helena Rubinstein

Tərkibi: SymWhite ağardıcı kompleks, ellaq turşusu, lipohidroksiturşu

Krem dəri teksturunu və üz rəngini yaxşılaşdırır, ləkələri ağardır. Həmçinin dərini yeniləyir, əvvəlki parlaqlığı geri qaytarır. 

Piqment ləkəsi üçün krem hansıdır?

Qeyd olunan kremlərlə yanaşı bir çox kosmetoloji prosedurlar da mövcuddur. Onlarla ləkə da tez və effektiv şəkildə təmizlənir. Bunun üçün həkim-kosmetoloqa müraciət etməyiniz məsləhətdir. 

Bu yazını paylaş:
Yazını qiymətləndirin:
3.5/5 - (22 səs)
Şərhlər
Bu yazıya ərh yazılıb

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir