Saç tökülməsinin qarşısını necə almaq olar?
Parlaq, yumşaq, həcmli saçlar qadınları cazibədar edir. Saç parıldadan maskalar, seyrək saçlar üçün maskalar, balzamlar, serumlar əsas qulluq vasitələrindən sayılır. Bəzən isə bu cəhdlər işə yaramır. Saçlar solğunlaşır, zəifləyir və tökülür.
Bəs saç tökülməsinin qarşısını necə almaq olar? Bu suala irəlidə cavab verəcəyik.
Saçların tökülməsinin qarşısını necə almaq olar?
Saçınızı hər gün yumayın. Şübhəsiz ki, hər kəs gözəl görünmək istəyir. Saçı yuduqdan sonra effekt 1 sutka qalır, artıq ertəsi gün həcm itir. Ancaq saçınızı hər gün yuduqda tükləri örtən lipid müdafiə qatı da itir, köklər yağlanır.
Nə qədər tez yusanız, tellər bir o qədər çox yağlanacaq. Yağlı saçlar da tez tökülür. Bu səbəbdən başınızı 1 gündən bir yuyun.
Saça qulluq vasitəsini doğru seçin. Sizə uyğun olmayan şampun və ya balzam köklərin strukturunu korlayır, zamanla saçlar tökülməyə başlayır. Odur ki, saç tipinizə müvafiq və eləcə də təbii komponentlərlə zəngin şampunlardan, balzamlardan istifadə edin.
Saç tökülməsinin qarşısını necə alım?
Saçınızı gündə 2 dəfə: səhər və axşam darayın. Plastik və ya taxta dişli daraqlara üstünlük verin. Saçları tez-tez daradıqda yağlanar. Əks halda isə keyfiyyəti pozulur. Orta tezliyi tutmağa çalışın. Ən əsası saçlarınızı həmişə eyni istiqamətdə daramayın.
Saç tökülməsinin qarşısını necə almaq olar – fendən az istifadə edin
Hər gün havalı və ya ütü fenlə saçları düzləşdirmə onları yandırır, qırır və zəiflədir. Nəticədə saçlar tökülür. Mütəxəssislər düzləşdirməni həftədə 2 dəfədən çox təkrarlanmamasını məsləhət görürlər. Həmçinin termomüdafiə vasitələrini də unutmayın. Əlavə olaraq, yanmış saçlar üçün maskalar tətbiq edə bilərsiniz.
Saçınızı külək, günəş və soyuqdan qoruyun
Günəş şüaları, soyuq hava və küləyin təsirindən tük soğanaqları zəifləyir və tökülür. Belə hallara yol verməmək üçün küçəyə çıxarkən mütləq başınızı örtün.
Vədlərə inanmayın, reklam qurbanı olmayın
Gözəllik sahəsində hər dəfə yeni üsullar ortaya çıxır. Salon ustalarının təklif etdiyi kimyəvi və mexaniki prosedurlara çox uymayın. Belə təsirlər saçlar üçün böyük stress və zərbədir. Onlar bir müddətdən sonra saçınızın şiddətli tökülməsi ilə nəticələnə bilər.
Saç tökülməsinin qarşısını necə almaq olar – sağlam və düzgün qidalanın
Ayaq üstü, tələsik qidalanma, yağlı xörəklər, ağır pəhrizlər tükləri zəiflədir. Onlar yaşama qabiliyyətini itirərək, solğunlaşır. Saçların tökülməməsi üçün qida rasionunuzda kifayət qədər zülal, tərəvəz, meyvə-tərəvəz və göyərtinin olmasına diqqət yetirin.
Saç tökülməsinin qarşısını necə almaq olar – vitamin için
Fəsil dəyişdikdə, xüsusən də qış aylarında immunitet zəifləyir. Bu da özünü saçların qırılması, seyrəkləşməsi ilə büruzə verir. Saç tökülməsinə qarşı şampunlar tökülməni dayandırmırsa, selen, kalsium, maqnezium, sink, A, E, B, D vitaminləri ilə zəngin preparatlar qəbul edin.
Xülasə
Sadaladığımız üsullardan fayda görmədikdə saç tökülməsinin qarşısını almaq üçün dermatoloq, həkim kosmetoloq və ya trixoloqla məsləhətləşin.
Salam menim saçım pis tökülür saçımn uclarında gelir dayanır topaynan buna hekime getmelyem ya nece
Salam. Bəli, həkimə müraciət edib, səbəbini aşkara çıxarıb müalicəyə başlamaq lazımdır.
MENim sacim tokulur Bes niye maska yazmamisiz
Salam. Saç tökülməsinə qarşı maskalar bu mətndədir: https://kosmetologiya-dermatologiya.az/sac-maskalari/sac-tokulmesine-qarsi-maskalar/
Ela+
ela
Ela+
əla +