Yanmış saçlar üçün maskalar

20 Dekabr 2019 Kateqoriya: Saç maskaları Müəllif: Aygün Hüseynova
Oxuma vaxtı: 4 dəq Oxunma sayı: 11448
Yanmış saçlar üçün maskalar foto
3.8/5 - (6 səs)

Qadın gözəlliyinin atributlarından biri də cazibəli saçlardır. Tez-tez yuyulan, boyanan, istinin təsirinə məruz qalan saçlar yanaraq, keyfiyyətini itirir. Yanmış saçlar üçün maskalar tüklərin strukturunu bərpa etməyə kömək edir.

Maskalarla bağlı qaydalar

Qadınların baş dərisi və saç tipləri fərqlidir. Buna görə də maskanı tətbiq etməzdən öncə bəzi qaydalarla tanış olun:

  • Maskalar mütləq saç tipinizə uyğun olmalıdır. Yağlı, quru, qarışıq, qalın, seyrək saçlar üçün maskalar fərqli reseptlərlə hazırlanır.
  • Allergiya riskini yaddan çıxarmayın. Bu məqsədlə maskanı əvvəlcə biləyin iç hissəsinə və ya qulaq arxasına sürtüb, 30 dəqiqə gözləyin. Dərinin qaşınması, səpki, qızartı, göynəmə yaranmadıqda maskanı saçınıza çəkə bilərsiniz.
  • Yanmış saçlar üçün maskadan sonra termiki müdaxilələrə (fen, burma və s.) yol verməyin.
  • Maskanı təmiz saça sürtün.
  • Maskanı çox isti və ya soyuq su ilə yumayın.
  • Qatdığınız məhsulların təzə və təbii olmasına fikir verin.
  • Reseptdə sirkə varsa, onu öncədən durulaşdırın.

Yanmış saçlar üçün maskalar foto 1

Yanmış saçlar üçün zeytun yağı ilə maskalar

Saç üçün yumurta maskasının möcüzəvi effektini hər kəs bilir. Zeytun yağı ilə yumurtanın kombinasiyası yanmış saçlara dərman kimi təsir edir.

İnqrediyentlər

  • 1 ədəd yumurta
  • 2 xör.qaş. zeytun yağı

Kiçik bir kasada zeytun yağı ilə yumurtanı qarışdırın. Maskanı baş dərisindən başlayaraq, saçınızın ucuna qədər çəkin. Üzərindən streç plyonka və ya dəsmal bağlayın. 1 saat gözləyib, şampunla yuyun. Yumurta və onun qoxusunun qalmaması üçün saçınızı yaxşıca yaxalayın. Bu maska quru saçlar üçün ideal vasitədir. Yumurtanın tərkibindəki zülal sayəsində saç kökləri qidalanır, gurlaşır və nəmlənir.

Avokado ilə yanmış saçlar üçün maskalar

Çox qurumuş, yanmış saçlar zamanla qırılaraq tökülür. Saçı nəmləndirmək və tük follikullarının canlanmasını təmin etmək üçün bu maskadan istifadə edin.

Bir kasada avokado, zeytun və badam yağlarını eyni nisbətdə qarışdırın. Saçınızın uzunluğuna görə miqdarı özünüz tənzimləyin. Maskanı baş dərinizə masaj hərəkətlərlə çəkin. 2-3 saat saxladıqdan sonra ilıq su ilə yuyun. Saçınız yağlıdırsa, o zaman bu maska Sizə uyğun deyil.

Yanmış saçlar üçün maskalar foto 2

Yanmış saçlar üçün ballı çiyələkli maskalar

Maska tüklərin strukturunu mükəmməl formada möhkəmləndirir.

İnqrediyentlər

  • 1 xör.qaş. bal
  • 4 ədəd iri ölçülü çiyələk
  • 2 çay qaş. kokos yağı

Çiyələyi əzdikdən sonra, bal və kokos yağı ilə qarışdırın. Saçınıza çəkib, 1 saat saxlayın. Sonda ilıq su ilə yuyun. Bu maska bütün saç tiplərinə uyğundur. Kokos yağı yoxdursa, əvəzinə zeytun yağı işlədə bilərsiniz.

Alma sirkəsi ilə yanmış saçlar üçün maskalar

Tərkibi

  • 1 stəkan alma sirkəsi
  • 5 stəkan su
  • 1 ç.q. duz

İnqrediyentləri qarışdırın. Saçınıza çəkib, dəsmalla bağlayın. 2 saat gözlədikdən sonra başınızı ilıq su ilə yaxalayın.

Yanmış saçlar üçün maskalar foto 3

Yanmış saçlar üçün ballı maskalar

İnqrediyentlər

  • ½ ədəd avokado
  • 1 xörək qaşığı bal
  • 2 xörək qaşığı zeytun yağı

Yarım ədəd avokadonu əzin. Üzərinə bal və zeytun yağı əlavə edib qarışdırın. Maskanı saçınıza sürtüb, dəsmal və ya streç klyonka ilə bağlayın. 1 saatdan sonra şampunla təmizləyin.

Yanmış saçlar üçün mayonezli maskalar

Mayonezin tərkibindəki yumurta sarısı, zeytun yağı, limon, su, duz və qara istiot keyfiyyətini itimiş və yanmış saçlara çox faydalıdır. Heç bir əlavə komponentə ehtiyac olmadan mayonezi saçınıza çəkin. Onu tük köklərinə massaj hərəkətlərilə yeridin. Dəsmalla bağlayıb, 1 saat gözləyin. Vaxt tamam olduqda saçınızı yaxşıca yuyun.

Xülasə

Sonda onu da qeyd edək ki, təbii məhsullardan hazırlanan maskalarla saçınızın gözəlliyini geri qaytara bilərsiniz. Lakin sadalanan komponentlərə qarşı allergiyanız varsa, həmin resepti digəri ilə əvəz etməyiniz məsləhətdir.

Bu yazını paylaş:
Yazını qiymətləndirin:
3.8/5 - (6 səs)
Şərhlər
Bu yazıya ərh yazılıb

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir