Saç üçün yumurta maskası

26 Dekabr 2019 Kateqoriya: Saç maskaları Müəllif: Aygün Hüseynova
Oxuma vaxtı: 4 dəq Oxunma sayı: 8523
Saç üçün yumurta maskasıSaç üçün yumurta maskası foto
4/5 - (2 səs)

Tərkibindəki yüksək qidalandırıcı yağlar, zülallar, vitaminlər (B5, B12, A, D, E), minerallar (selen, dəmir, yod, fol turşusu, xolin) sayəsində yumurta həm bədənimiz, həm də saçlarımız üçün faydalı məhsul sayılır. Saç üçün yumurta maskası keçmiş zamanlardan bəri qadınlar arasında geniş istifadə olunur. Biz isə ənənəvi reseptlərin daha da təkmilləşmiş variantlarını Sizə təqdim edəcəyik.

Zədələnmiş saç üçün yumurta maskası

Günəş şüaları, ekoloji çirklənmə, kimyəvi boyalar, saç düzləndirmə (fen) və digər faktorlar zamanla tükləri zədələyir, keyfiyyətini aşağı salır. Onların təbii parlaqlığını və sağlamlığını geri qaytarmaq üçün yumurta ideal vasitədir.

Bu məqsədlə yumurtanı sındırıb, yaxşıca çalın. Sonra saçınıza sürtün. 15-20 dəqiqə saxlayın. Sonda soyuq və ya ilıq su ilə yuyun.

Qeyd: normal saçlara yumurtanı tam şəkildə, quru tüklərə sarısını, yağlı tellərə isə sadəcə ağını sürtün. Maskanı 2-3 həftədən bir təkrarlayın.

Saç üçün yumurta maskasıSaç üçün yumurta maskası foto 1

Quru saç üçün yumurta maskası       

İnqrediyentlər

  • 1 yumurtanın sarısı;
  • 2 çay qaş. zeytun yağı;
  • 2 xör. qaş. mayonez

Yumurtanın sarısını bir qabda çalın. Üzərinə zeytun yağı və mayonez qatıb, məhsulları yaxşıca qarışdırın. Maskanı sürtüb 30 dəqiqə gözləyin. Vaxt tamam olduqda saçınızı ilıq su və şampunla təmizləyin.

Saç üçün antifriz maskası

Tərkibi

  • 2 ədəd iri ölçülü çiyələk;
  • 1 xör.qaş. qatıq;
  • 1 xör.qaş. bal;
  • 1 yumurtanın ağı.

Bir kasada çiyələkləri əzin. Sonra digər komponentləri əlavə edib qarışdırın. Maskanı saçınızda 30 dəqiqə saxlayın.

Saç üçün yumurta maskasıSaç üçün yumurta maskası foto 2

Zəif və qırılan saç üçün yumurtalı maska

Tərkibi

  • 1 ədəd yumurta;
  • 1 xörək qaşığı zeytun yağı;
  • 2 xörək qaşığı bal.

Bütün inqrediyentləri həmcins kütlə alınana qədər qarışdırın. Maskanı başınızda 30 dəqiqə saxladıqdan sonra yuyun.

Zeytun yağlı və yumurtalı saç maskası

İnqrediyentlər

  • 2 ədəd yumurta;
  • 4 xör.qaş. zeytun yağı.

Yumurtaları yaxşıca çalın. Üzərinə zeytun yağını töküb, qarışdırın. Maskanı saçınıza çəkin. 45 dəqiqədən sonra yuyunun.

Nəmləndirici saç maskası

İnqrediyentlər

  • 2 ədəd yumurta;
  • 4 xör.qaş. süd;
  • 2 xör.qaş. bal.

Yumurtanı çalın. Sonra həmin qaba bal və südü əlavə edib, yaxşıca qarışdırın. Maskanı saçlarınızda 30 dəqiqə saxlayın. Əvvəlcə ilıq su ilə yaxalayın, ardınca normal qaydada yuyun.

Saç üçün yumurta maskasıSaç üçün yumurta maskası foto 3

Saç üçün yumurtalı qatıq maskası

Tərkibi

  • 2 yumurta;
  • 2 ç.q. kənd qatığı.

İnqrediyentləri qarışdırıb, saçınıza çəkin. 30 dəqiqə saxladıqdan sonra yuyun. Yumurtanın qatıqla kombinasiyası mükəmməl saç kremi hesab olunur. Maskanın təsirini ilk dəfədən görəcəksiniz.

Pırtlaşmış saç üçün yumurtalı maska

Bu maska pırtlaq və yanmış saçlar üçün maskalar sırasındadır. Onun tətbiqindən sonra baş dərisi nəmlənir, saçlar möhkəmlənir.

Maskanın tərkibi

  • 2 ədəd yumurta;
  • 2 x.q. mayonez.

Yumurta və mayonezi qarışdırıb, saçın dibindən ucuna qədər çəkin. Duş bonesini başınıza keçirib, 20 dəqiqədən sonra gözləyin. Vaxt başa çatdıqda maskanı yuyun.

Saç üçün yumurta maskasıSaç üçün yumurta maskası foto 4

Yağlı saç üçün yumurta maskası

İnqrediyentlər

  • 2 yumurtanın ağı;
  • 2 x.q. limon suyu (şirəsi )

2 yumurtanın sarısını ağından ayırın. Ağına limon suyu qatıb qarışdırın. Maskanı başınızda 15 dəqiqə saxlayın.

Xülasə

Saç üçün yumurta maskası reseptləri faydalı olmağı ilə bərabər, həm də asan hazırlanır. Onlardan mütəmadi qaydada istifadə edin ki, nəticə istədiyiniz kimi olsun.

Bu yazını paylaş:
Yazını qiymətləndirin:
4/5 - (2 səs)
Şərhlər
Bu yazıya ərh yazılıb

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir