Saç üçün qatıq maskası

28 Dekabr 2019 Kateqoriya: Saç maskaları Müəllif: Aygün Hüseynova
Oxuma vaxtı: 4 dəq Oxunma sayı: 20866
Saç üçün qatıq maskası foto 1
2.3/5 - (28 səs)

Yağ turşuları və vitaminlərlə zəngin olan qatığın saçlara faydası çoxdur. Saç üçün qatıq maskası reseptlərinə keçməzdən öncə bu məhsulun saça təsirləri ilə tanış olaq.

Ev şəraitində qatıqla saça qulluğun faydaları

  • qatığın baş dərisini sakitləşdirən antifungal (göbələk xəstəliyi əleyhinə) təsiri kəpəkdən qurtulmağa kömək edir.
  • saçları uzun müddət nəm saxlayaraq, yumşaq olmasına şərait yaradır.
  • baş dərisini norma vəziyyətinə gətirərək, tük follikullarının tıxanmasını azaldır, pH səviyyəsini tənzimləyir, saç tökülməsinin qarşısını alır.

Saç üçün qatıq maskası – resept №1

  • 1 ədəd yumurta
  • 2 x.q. qatıq

Yumurtanı qatıqla yaxşıca qarışdırın. Maska çox duru alındıqda, qatığın miqdarını artıra bilərsiniz. Hazırlanmış qarışıq pasta şəklində olmalıdır. Sonra saçınızı hissələrə ayırıb, maskanı kök hissədən uclara qədər çəkin. 20-30 dəqiqə saxlayın. Vaxt tamam olduqda başınızı ilıq su ilə yuyun.

Faydaları: baş dərisını və saçları qidalandırır. Nəticədə saçlar sürətlə uzanır.

Saç üçün qatıq maskası foto 2

Saçlara qatıq maskası – resept №2

  • ½ banan
  • 1 xör.qaş. qatıq
  • 4 xör.qaş. bal
  • 1 çay qaş. limon suyu

Bananı yaxşıca əzin. Üzərinə digər inqrediyentləri əlavə edib, həmcins kütlə əldə olunana qədər qarışdırın. Maskanı tükün dibindən uclarına doğru çəkin. 25-30 dəqiqə saxlayıb, şampunla yuyun.

Faydaları: bu maska nəmləndirici, qidalandırıcı, baş dərisini təmizləyici xüsusiyyətlərə malikdir.

Saç üçün qidalandırıcı qatıq maskası – resept №3

  • 2 x.q. zeytun yağı
  • 1 stəkan qatıq
  • 1 çay qaş. limon suyu
  • 2 stəkan su

Qatıqla zeytun yağını qarışdırıb, bir kənara qoyun. 2 stəkan suya limon suyu qatın. Saçınızı şampunla yuyub, limonlu suyu başınıza tökün. Dəsmalla bir qədər qurudub, nəm saçlara qatıqla zeytun yağını çəkin. 30 dəqiqədən sonra ilıq su ilə yuyunun.

Faydaları: saçları möhkəmləndirir, qırılmasının qarşısını alır. Tükləri uzadır. Həmçinin maska saçları nəmləndirir, qidalandırır, pH səviyyəsini tənzimləyir.

Saç üçün qatıq maskası foto 3

Saç üçün qatıq maskası – resept №4

  • ½ stəkan qatıq
  • 2 ç.q. bal
  • 1 ç.q. alma sirkəsi

Məhsulları bir qabda yaxşıca qarışdırıb, həmcins məhlul əldə edin. Onu saç köklərindən uclarına doğru çəkin. 30 dəqiqədən sonra şampunla yuyun.

Faydaları: baş dərisinin yağlılığını nizamlayır, tıxanmış tük follikullarını təmizləyir.

Saç üçün qatıq maskası – resept №5

  • 3 x.q. aloe yarpağının şirəsi
  • 2 x.q. qatıq
  • 2 x.q. zeytun yağı
  • 1 x.q. bal

Məhsulları yaxşıca qarışdırıb, baş dərinizə masaj hərəkətləri ilə sürtün. Maskanın qalan hissəsini saçların uzunluğu boyunca yaxın. 30 dəqiqə gözləyib, şampunla yuyun.

Faydaları: Aloe vera amin turşuları və zülallarla zəngin olduğundan çox faydalıdır. Eyni zamanda onun mikrobəleyhinə təsiri dərinin sağlam qalmasına yardımçı olur.

Saç üçün qatıq maskası foto

Saç üçün ideal qatıq maskası – resept №6  

  • 1 stəkan qatıq
  • ½ avokado
  • 2 x.q. zeytun yağı
  • 1 x.q. bal

Avokadonu püre halına gətirib, digər komponentlərlə qarışdırın. Maskanı saçınıza çəkin. Tüklərin qidalanmasını artırmaq və zədələnməni bərpa etmək üçün qarışığı əsasən saçınızın kök və uc hissələrinə sürtün. 20 dəqiqə keçdikdə şampunla yuyun.

Faydaları: avokado baş dərisini bərpa edir, saçların uzanmasına səbəb olur. Onun tərkibində antioksidantlar və E vitamini var. Quru saçlar üçün ideal nəmləndirici vasitədir.

Xülasə

Bütün maskaları həftədə 2 dəfə təkrarlayın. Mütəmadi istifadə etdikdə nəticədən razı qalacaqsınız.

Bu yazını paylaş:
Yazını qiymətləndirin:
2.3/5 - (28 səs)
Şərhlər
Bu yazıya ərh yazılıb
  1. Təşəkkür edirəm!Mənim saçlarımın baxıma çox ehtiyyacı vardl.Hər kəsin olduğu kimi..saçımda saçqıran var.Kəsdirdim….mənim saçlarım çox uzun idi kəstim çiynimə qədər kəsdim…inanki bu mənin üçün çox üzücü idi…mart atında kəstim və indi əvvəlki uzunluğuna qovuşmasına çox a qalıb…səbəbi arqan yağı isrifadə edirəm…ama pantenli tövsiyyə edirəm! 🙂

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir