Araqla saç maskası

26 Dekabr 2019 Kateqoriya: Saç maskaları Müəllif: Aygün Hüseynova
Oxuma vaxtı: 5 dəq Oxunma sayı: 5075
Araqla saç maskası foto
4.5/5 - (6 səs)

Əslində arağın tərkibində heç bir vitamin, zülal və ya amin turşusu yoxdur. Bu zaman sual yarana bilər. Bəs araqla saç maskası nə işə yarayır? Arağın tərkibindəki spirt baş dərisinə və saçlara antibakterial təsir göstərir. Baş dərisində göbələk xəstəliyinin yaranmasına imkan vermir. Araqla maskaların digər faydalarına nəzər yetirək:

  • Alkoqol dəridəki qan dövranını sürətləndirir, bu da tük follikullarında maddələr mübadiəsini stimulə edir, nəticədə saç uzanır;
  • Etil spirti saçın üzərini örtən yağ təbəqəsini təmizləyir, seboreik dermatitin inkişafını ləngidir.

Araqla saç maskası – bəzi qaydalar

  • Saxta araq istifadə etməyin. Aldığınız məhsulun keyfiyyətinə fikir verin;
  • Reseptdə yazılan dozalara riayət edin;
  • Araq qatılmış maska quru və ya azacıq nəmləndirilmiş (lakin yuyulmamış) saçlara çəkilməlidir;
  • Maskanın temperaturu 30-35ºC-dən artıq olmamalıdır;
  • Çox yağlı saçlarda həftədə 2 dəfə, quru saçlara isə 15 gündən bir tətbiq edin.

Araqla saç maskası foto 1

Yağlı dəri tipi üçün araqla saç maskası

Piy vəzilərinin aktivliyini tənzimləyir, tükün qırılmasının qarşısını alır.

İnqrediyentlər

  • 30 ml limon suyu;
  • 30 ml araq;
  • 1 yumurta ağı.

Yumurta ağını köpüklənənə qədər çalın. Üzərinə araq və limon suyu əlavə edib, yaxşıca qarışdırın. Maskanı saçlarınıza bərabər şəkildə paylayın. Başınıza bone və ya sellofan keçirib, 30-40 dəqiqə gözləyin. Sonda şampunsuz ilıq su ilə yuyun.

Quru dəri üçün araqla saç maskası

Bu maska saçları nəmləndirir, yumşaq və parlaq edir.

İnqrediyentlər

  • 2 yumurta sarısı;
  • 30 ml atpıtrağı yağı;
  • 30 ml araq.

Bütün komponentləri qarışdırıb, nəm saça çəkin. 40 dəqiqə sonra ilıq su ilə yaxalayıb, ardınca şampunla yuyun.

Araqla saç maskası foto 2

Normal dəri üçün araqla saç maskası

Saçları gücləndirir, onlara parlaqlıq bəxş edir.

  • 50 qram bal;
  • 30 ml atpıtrağı yağı;
  • 1 yumurta sarısı;
  • 10 qram rəngsiz xına;
  • 30 ml araq.

Bütün inqrediyentləri qarışdırın. Maskanı saçınıza çəkib, sellofanla üzərini örtün. 30 dəqiqə gözləyin. Sonda ilıq su ilə yaxalayıb, şampunla yuyun.

Araqla tükləri uzadan saç maskası

Bu maska kökləri gücləndirir, seboreyadan qurtulmağa kömək edir.

Tərkibi

  • 1 ədəd qırmızı bibər (təzə və ya qurudulmuş);
  • 2-3 ədəd aloe yarpağı;
  • 400 ml araq.

Bibəri toz halına gətirib şüşə qaba tökün. Aloeni xırda doğrayıb, ora əlavə edin. Həmin qaba araq töküb, yaxşıca çalxalayın. Qapağını bağladıqdan sonra 2 həftə qaranlıq yerdə qalsın. Hazır olduqda həftədə 2 dəfə saçlarınızın dibinə çəkin. 20 dəqiqə gözləyib yuyun.

Araqla saç maskası foto 3

Tökülməyə qarşı araqla saç maskası

Tükün dibini möhkəmləndirir, tökülməni azaldır.

Tərkibi  

  • 1 ədəd baş soğan;
  • 30 qram çiçək balı;
  • 50 ml araq.

Soğanın qabığını soyub, suyunu sıxın. Digər komponentlərlə birgə qarışdırın. Saçların kökünə sürtün və sellofanla başınızı bağlayın. 1,5 saat saxlayıb, əvvəlcə normal, ardınca isə limon şirəsi qatılmış su ilə yaxalayın.

Çay və araqla saç maskası

Tərkibi

  • 1 stəkan tünd çay;
  • 2 xörək qaşığı araq.

Tünd çay dəmləyib, stəkana süzün. Üzərinə araq əlavə edib qarışdırın. Məhlulun isti olmamasına diqqət yetirin. Qarışığı saçınıza sürtüb, üstündən bone və ya sellofan keçirin. 30 dəqiqə saxlayın. İlıq su ilə yaxalayıb, şampunla yuyun.

Araqla saç maskası foto 4

Gicitkan və araqla saç maskası

İnqrediyentlər    

  • 1 stəkan su;
  • 3 xörək qaşığı gicitkan;
  • 3 xörək qaşığı araq.

Qaynar suya qurudulmuş gicitkan atıb, 1 saat gözləyin. Məhlulu süzüb, üzərinə araq əlavə edin. Qarışığı bütün saçınıza sürtüb, sellofan keçirin, 30 dəqiqədən sonra yuyun.

Gənəgərçək yağı və araqla saç maskası

Tərkibi

  • 50 ml gənəgərçək yağı;
  • 2 x.q. araq;
  • ¼ ç.q. bibər tozu.

Gənəgərçək yağını su hamamında isidin. Üzərinə digər komponentləri də əlavə edin. Qarışıq çox isti olmamalıdır. Maskanı saçınızın köklərinə masaj hərəkətləri ilə sürtün. Başınıza sellofan keçirin və 5-8 dəqiqə gözləyin. Sonda ilıq su ilə yuyun.

Qeyd

Reseptlərdə qeyd olunan komponentlərdən hər hansı birinə qarşı allergiyanız varsa, həmin maskanı digərləri ilə əvəzləyin.

Bu yazını paylaş:
Yazını qiymətləndirin:
4.5/5 - (6 səs)
Şərhlər
Bu yazıya ərh yazılıb

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir