Saç tökülməsi üçün sarımsaq maskası

28 Dekabr 2019 Kateqoriya: Saç maskaları Müəllif: Aygün Hüseynova
Oxuma vaxtı: 4 dəq Oxunma sayı: 18295
Saç tökülməsi üçün sarımsaq maskası foto 2
3.1/5 - (17 səs)

Sarımsaq və zeytun yağı ilə saça qulluq maskaları hələ qədim dövrlərdən məşhurdur. Sarımsağın tərkibindəki vitaminlər, kükürd və selen, eləcə də zeytun yağının yumşaldıcı təsiri zəifləmiş saçlara müsbət təsir göstərir. Saç tökülməsi üçün sarımsaq maskası və bu məhsulun saça faydaları ilə tanış olun.

Sarımsağın xeyirli təsirləri

  • saç sağlamlığı baxımından önəmli olan C, B6, B1 vitaminləri ilə zəngindir. Bunun sayəsində tük follikullarını möhkəmləndirir.
  • zədəli saçları qidalandırır.
  • kollagen sintezini artırır.

Sarımsaqdan hazırlanan saç tökülməsinə qarşı şampun, həmçinin bu məhsulun tozu və yağı yeni tüklərin əmələ gəlməsini sürətləndirir. Saçların seyrəldiyi yerlərdə tellərin təkrarən çıxmasını stimulə edir. Bu effekti əldə etmək üçün sarımsağı əzib, baş dərinizə, tüklərin dibinə masaj hərəkətləri ilə sürtə bilərsiniz.

Saç tökülməsi üçün sarımsaq maskası foto

Saç tökülməsi üçün sarımsaqlı maska – resept №1

Sarımsağın suyunu çıxartdıqdan sonra onu saçların seyrəldiyi nahiyələrə sürtün. Apteklərdə hazır şəkildə sarımsaq yağı da satılır. Ondan alıb istifadə edə bilərsiniz. Sarımsağı baş dərisinə sürtərkən barmaq uclarınızla masaj edin. Bu zaman qan dövranını sürətlənir, nəticə daha mükəmməl olur.

Sarımsağı başınızda 1 saat saxladıqdan sonra saçın uzunluğuna görə gözəyarı miqdarda zeytun yağını tüklərin dibinə yeridin. İri dişli daraqla yağı tüklərin dibindən uc hissəsinə doğru yayın. Başınıza dəsmal bağlayıb və ya bone taxıb, 1-2 saat gözləyin. Sonra şampunla yuyun.

Saç tökülməsi üçün sarımsaq maskası – resept №2

  • 10 diş sarımsaq
  • 1 stəkan zeytun yağı

Sarımsaqları əzib, zeytun yağının içinə atın. 1 həftə saxlayın. Burada əsas məqsəd sarımsaq ekstraktının zeytun yağına çıxmasıdır. Hazır məhlulu baş dərinizə masaj hərəkətləri ilə çəkin. Saçınıza streç folqa sarıyıb, 3-4 saat gözləyin. İstədiyiniz nəticəni əldə etmək üçün maskanı 3 gündən bir təkrarlayın. Yəni miqdarı 3 dəfə üçün nəzərdə tutun. Reseptdə 1 dəfəlik inqrediyent miqdarı yazılmışdır.

Saç tökülməsi üçün sarımsaq maskası foto 1

Saç tökülməsi üçün sarımsaq maskası – resept №3

  • 2 x.q. əzilmiş sarımsağın suyu
  • 1 x.q. aloe vera geli (şirəsi)
  • 1 x.q. zeytun yağı

3-4 diş sarımsağı rəndələyib və ya blenderdən keçirib suyunu çıxardın. Zeytun yağını azacaq isidin. Bütün məhsulları qarışdırıb, baş dərinizə sürtün. Bone taxıb, 40 dəqiqə gözləyin. Vaxt tamam olduqda şampunla yuyun.

Saç tökülməsi üçün sarımsaq maskası – resept №4

  • 2 x.q. əzilmiş sarımsağın suyu
  • 1 yumurta sarısı
  • 2 çay qaş. bal
  • 1 xör.qaş. zeytun yağı

3-4 diş sarımsağın suyunu çıxardın. Zeytun yağını isidin. İnqrediyentləri qarışdırıb, tük diblərinə çəkin. Bone taxıb, 20 dəqiqədən sonra yuyun.

Xülasə

Sarımsağa allergiyanız varsa, nəinki evdə hazırladığınız maskadan, hətta tərkibində sarımsaq olan bütün kosmetik vasitələrdən istifadə etməyiniz qadağandır.

Bu yazını paylaş:
Yazını qiymətləndirin:
3.1/5 - (17 səs)
Şərhlər
Bu yazıya ərh yazılıb

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir