Seyrək saçlar üçün maskalar

04 Yanvar 2020 Kateqoriya: Saç maskaları Müəllif: Aygün Hüseynova
Oxuma vaxtı: 5 dəq Oxunma sayı: 15081
Seyrək saçlar üçün maskalar foto 1
4.4/5 - (5 səs)

Qalın və sağlam saçlar qadının yaraşığıdır. Lakin müəyyən yaşdan sonra tük follikulları zəiflədiyindən saçlar seyrəlməyə başlayır. Bu, əslində normal haldır.

Ancaq bəzi qadınların saçları əvvəldən seyrək olur. Digərlərinki isə tökülərək, seyrəkləşir. Saçlarınızın gurlaşmasını istəyirsinizsə, ev şəraitində seyrək saçlar üçün maskalar hazırlayıb tətbiq edin.

Alma sirkəsi ilə seyrək saçlar üçün maskalar

Sirkə saçların tökülməsinə qarşı mükəmməl vasitədir. Bu məhsul eyni zamanda tük köklərində qan dövranının artması üçün qıcıqlandırıcı təsir göstərir.

2 çay qaş. sirkəni su ilə azca durulaşdırıb, başınızın dərisinə masaj hərəkətlərilə sürtün. 10 dəqiqə sonra ilıq su ilə saçlarınızı yaxalayın.

Seyrək saçlar üçün maskalar foto

Kök və kokos südündən maskalar

Kök suyu və kokos südünü eyni nisbətdə qarışdırıb saçınıza çəkin.Ərzaqların miqdarı saçın uzunluğuna nəzərən gözəyarı götürülür. Maskadan sonra saçlar sağlam və güclü olur.

Çuğundurla maskalar

2 çuğunduru 10 dəqiqə qaynadın. Suyunu soyudub, saçınızın dibinə çəkin. Proseduru həftədə 2 və ya 3 dəfə təkrarlayın.

Soğan, sarımsaq və limondan saç üçün maskalar

Təzə sıxılmış soğan və ya sarımsaq suyunu baş dərinizə sürtün. 20 dəqiqə gözləyib yuyun. Saçınızdan xoşagəlməz iyin gəlməməsi üçün başınızı limon suyu qatılmış su ilə yaxşıca yaxalayın.

Aloe vera ilə saç maskası

Bu bitkinin yarpağından alınan geli (ləti) bir kasa suda həll edin. Qarışığı saçınıza masaj edərək çəkin. 10 dəqiqədən sonra ilıq su ilə təmizləyin.

Seyrək saçlar üçün maskalar foto 2

Seyrək saç üçün növbəti maska

5-6 diş sarımsağı əzib, üzərinə 2 çay.qaş. bal və 1 stəkan zeytun yağı əlavə edin. Qarışığı saçınıza çəkin. Saç diblərini masaj etməyi unutmayın. 1 saat saxladıqdan sonra yuyun. Maskanı həftədə 2 dəfə təkrarlayın.

Seyrək saçlar üçün gicitkanlı maskalar

Saç qalınlaşması üçün maskaların tərkibində əksər hallarda gicitkana rast gəlinir. Saçların gurlaşmasında bu bitki mühüm rol oynayır.

Suyu yaxşıca qaynadıb, içinə gözəyarı gicitkan otu atın. 10 dəqiqə müddətində çay kimi dəmləyin. Sonra süzüb soyudun. Həmin məhlulla saçlarızı isladıb, 1 saat gözləyin. Vaxt tamam olduqda ilıq su ilə yuyunun.

Sarımsaqla seyrək saçlar üçün maskalar

3 diş sarımsağı soyub, yaxşıca əzin. Tüklərinizin diblinə sürtün. 1 saat saxlayıb, yaxşıca yuyun.

Seyrək saçlar üçün maskalar foto 3

Seyrək saçlar üçün mixəkli maskalar

1 ovuc mixəyi bir miqdar suda qaynadıb, süzün. Alınan məhlulu saçlarınıza sürtün. 1 saat gözləyib yuyun.

Seyrək saçlar üçün yumurtalı maskalar     

Yumurtanı çırpıb, saçınıza sürtün. 15-20 dəqiqə keçdikdə yuyun. Maskanı həftədə 2 dəfə təkrarlayın.

Badam yağı ilə seyrək saçlara maskalar

6 xör.qaş. badam yağını saçınızın dibinə və uclarına çəkin. 1 saat saxlayın. Saçınızı şampunla yaxşıca yuyun.

Terebentin yağı ilə seyrək saçlar üçün maskalar

Terebentin yağı şam ağacından süzülən şirədən əldə edilir. Tük köklərini qidalandırır, seyrək saçları gurlaşdırır.

1 stəkan şampuna 20-25 damla terebentin yağı əlavə edin. Saçınızı hər dəfə bu şampunla yuyun. Terebentin yağını birbaşa saçlara və baş dərisinə sürtmək qadağandır.

Seyrək saçlar üçün maskalar foto 4

Suna Dumankayadan maska

  • 1 fincan zeytun yağı
  • 1 x.q. çörəkotu yağı
  • 1 x.q. dəfnə toxumu yağı
  • 1 x.q. cəfəri toxumu

İnqrediyentlərin hamısını bir kasada qarışdırın. Əvvəlcə tüklərin kökünə, sonra isə saçlarınızın uzunluğu boyunca çəkin. Başınızı streç plyonka ilə bağlayın. 2 saat saxlayıb yuyun. Maskanı həftədə 1 dəfə tətbiq edin.

İbrahim Saraçoğludan maska

  • 100 qram iri atpıtrağı kökü
  • 100 qram gicitkan kökü
  • 60 qram şümşad (samşit) ağacı yarpağı

Bütün komponentləri 8 stəkan sirkənin içinə atıb, qarışdırın. 8 gün isti yerdə saxlayın. Vaxt başa çatdıqda süzün. Alınan maye ilə baş dərinizi ehtiyatla masaj edin. Sonda yuyun.

Xülasə

Seyrək saçlar üçün maskalar həftədə 2-3 dəfə tətbiq olunmalıdır. Əgər reseptdəki hər hansı komponentə qarşı allergiyanız varsa, həmin maskanı digəri ilə əvəzləyin.

Bu yazını paylaş:
Yazını qiymətləndirin:
4.4/5 - (5 səs)
Şərhlər
Bu yazıya bir şərh yazılıb
  1. Hər kəsə salam.Qeyd etmək istəyirəm ki gicitkəni saçınıza sürdüyünüzdə açıq saçları tündləşdirir.Yəni tünd rəngli saçlı olan insan sürə bilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir