Saç qalınlaşması üçün maskalar
Saçların qalın olması, həcmli və gözəl görünməsi hər bir qadının arzusudur. Saç qalınlaşması üçün maskalar tük follikullarını aktivləşdirir, möhkəmləndirir, onlara arzuolunan həcm verir.
Zeytun yağı ilə saçları qalınlaşdırmaq üçün maskalar
Zeytun yağı saçları yumşaltmaqla yanaşı, həm də onları qalınlaşdırır və tüklərin dibini bərkidir. Yağı bir qədər isidib, baş dərinizə masaj hərəkətlərlə yeridin. 45-50 dəqiqədən sonra şampunla yuyun. Maskanı gecə saxlayıb, səhər oyandıqda da yumaq mümkündür.
Zeytun yağlı digər maska
Tərkibi
- 3 xör. qaş. zeytun yağı
- 1 xör.qaş. bal
Zeytun yağını bal ilə qarışdırıb, tüklərin diblərinə yeridin. Maskanın saçlara yayılması üçün onları darayın. 30 dəqiqədən sonra başınızı yuyun. Bal saçlarınızı canlandıracaq və parıldadacaq.
Saç qalınlaşması üçün biyan kökü ilə maskalar
Biyan kökü saç dərisindəki məsamələri açaraq, tükləri qalınlaşdırır.
İnqrediyentlər
- 4 xör.qaş. süd
- 2 xör.qaş. biyan kökü tozu
- 3 çimdik zəfəran
Bütün komponentləri qarışdırın. Maskanı baş dərinizin hər bir hissəsinə bərabər şəkildə sürtün. Qarışığı bütün gecə yumayıb, səhər saatlarında çimin. Proseduru həftədə 1 dəfə təkrarlayın.
Saç qalınlaşması üçün avokadolu maskalar
Avakado tərkibindəki E vitamini sayəsində saçların sağlam olmasını, nəmlənmə və qalınlaşmasını sürətləndirir.
Resept №1
- orta böyüklükdə avokado
- 1 ədəd banan
- 1 xör.qaş. zeytun yağı
Avokadonu əzib, pure halına gətirin. Üzərinə banan və zeytun yağı əlavə edib, yaxşıca qarışdırın. Maskanı masaj hərəkətlərilə tüklərin diblərinə yeridin. 30 dəqiqə gözlədikdən sonra saçınızı şampunla yuyun.
Resept №2
- 1 ədəd avokado
- 2 x.q. buğda toxumu yağı
Avokadonu əzib, buğda toxumu yağı ilə qarışdırın. Saçınıza çəkib, 20 dəqiqədən sonra yuyun. Bu resept həm də seyrək saçlar üçün maskalara aiddir. Hazırlanmış qarışıq tük follikullarının sürətlə böyüməsini təmin edir, saçlara həcm verir.
Kətan toxumlu saç qalınlaşması üçün maskalar
Omega-3 yağı ilə zəngin olan kətan toxumu saçları mükəmməl formada qalınlaşdırır.
İnqrediyentlər
- ¼ fincan kətan toxumu
- 2 stəkan su
- 1-2 damcı badam yağı (və ya hər hansı efir yağı)
Kətan toxumunu axşamdan suya qoyub, bir gecə saxlayın. Səhər kətan toxumlarını 2 stəkan suda qaynadıb, gel halına gələnə qədər gözləyin. Sonra geli süzüb, üzərinə 1-2 damcı efir yağı əlavə edin. Soyuduqda saçlarınıza çəkin. 30 dəqiqə saxlayıb, şampunla yuyun.
Yumurta ilə saç qalınlaşması üçün maskalar
Saç üçün yumurta maskası tüklərin qalınlaşması və möhkəmlənməsi məqsədilə istifadə olunan zülal qaynağıdır.
Resept №1
2 ədəd yumurtanı yaxşıca çırpın. Nəm saçlarınıza sürtün. 30 dəqiqə saxladıqdan sonra şampunla yuyun. Maskanı həftədə 2 dəfə təkrarlayın.
Resept №2
- 1 ədəd yumurta sarısı
- 1 x.q. jojoba yağı
- 2 x.q. su
Yumurta sarısını çaldıqdan sonra digər inqrediyentlərlə qarışdırın. Maskanı baş dərinizə yeridin. 20 dəqiqə saxlayıb, şampunla yuyun.
Gənəgərçək yağı ilə saç qalınlaşması üçün maskalar
Gənəgərçək yağı saç tökülməsi probleminin həllinə kömək edir. Saçları qalınlaşdırır, tökülməsini azaldır.
Bu məqsədlə bərabər miqdarda götürülmüş gənəgərçək və kokos yağlarını qarışdırın. Maskanı saçınıza və baş dərinizə sürtün. Saçlarınızı darayıb, dəsmalla bağlayın. 1 saat saxlayıb, şampunla yuyun. Həftədə 1 dəfə tətbiq edin.
Xülasə
Bir-birindən effektiv reseptlər sayəsində saçlarınız möhkəmlik, parıltı və həcm əldə edəcək.
sag olun
Sağ olun
Təşəkkür
cox saholun
Bu fikirlərə çox ehtiyacım var. İnşALLAH işə yarayar paylaşım üçün təşəkkürlər
Ehtiyacım olduğu maskalardir. İnsAllah işə yarayar♥️
Çox sağolun bunları bizimlə paylaşdığnız üçün
Sizə faydası dəydiyi üçün şadıq. Həmişə gözəl olun!
Mən də edəcəm. İnşAllah təsirini tez bir zamanda göstərər.
Təşəkkürlər dolğun izahlarınız üçün.
inwALLAH iwimize yariyar . Tewekkurler
Alındimi saciniz gozelesdi??
Çox sağolun inşAllah yararlanacam
Çox sağ olun gözəl məsləhətləriniz üçün Allah razı olsun
Siz sağ olun. Maska reseptlərindən faydalanmağınız çox xoşdur.