Lador filler

Lador filler – Cənubi Koreya istehsallı kosmetik vasitədir. Ampulun tərkibinə daxil olan keratin, keramid, kollagen və ipək sayəsində saçlar sağlam, yumşaq və parlaq görünüş alır. Fillerin təsiri tüklərin zədələnmiş quruluşunun bərpasına yönəlir.
Lador filler – tərkibi
Aktiv komponentlər dərhal təsir göstərərək, nəticənin qalıcılığını təmin edir:
- keratin – saçları nəmləndirir və bərpa edir;
- ipək proteinləri – su balansını normaya salır, kollagen sintezini aktivləşdirir;
- kollagen – tüklərin kökünü möhkəmləndirir, saçların daranmasını asanlaşdırır;
- keramid – saçlara möhkəmlik verir;
- protein – tükləri elastik və parlaq edir, onları neqativ xarici təsirlərdən qoruyur.
Lador fillerin effekti salon prosedurlarının təsirinə oxşardır. 2-3 istifadədən sonra saçlar əlavə həcm qazanır və hamarlaşır. Həmçinin saç uclarının quruluğu da aradan qalxır.
Lador filler – istifadə qaydası
- Ampulu sındırıb, metal olmayan qaba boşaldın;
- Üzərinə 1:1 nisbətində otaq temperaturunda su əlavə edin;
- Qarışığı həmcins kütlə şəklinə gətirin;
- Təmiz və quru saçlara çəkib, termopapaq geyinin və ya başınızı dəsmalla bağlayın;
- 3-5 dəqiqə müddətində saçınızı fenlə isidin;
- 30-60 dəqiqədən sonra başınızı ilıq su ilə yuyun.
Filler həftədə 1 dəfə olmaqla 2-3 ay istifadə edilməlidir. Müalicə kursu bitdikdən sonra proseduru mühüm tədbirlərdən qabaq təkrarlaya bilərsiniz.
Lador filler 13 ml həcmdə 10 ampul olan qablaşmada buraxılır. İstifadədən əvvəl dermatoloqla məsləhətləşin.