Hialuron turşusu nədir?

11 Sentyabr 2020 Kateqoriya: Kosmetoloji prosedurlar Müəllif: Aygün Hüseynova
Oxuma vaxtı: 3 dəq Oxunma sayı: 8094
Hialuron turşusu nədir?
4.5/5 - (6 səs)

Üz üçün əksər krem və serumların, eləcə də saça qulluq vasitələrinin tərkibinə hialuron turşusu daxildir. Gəlin görək hialuron turşusu nədir? 

Hialuron – dəri və birləşdirici toxumaların əsas komponentidir. Bu maddə jeleyə bənzəyir, öz çəkisindən 1000 dəfə çox su mollekulları ilə birləşir. Beləliklə, dəri və toxumalarda suyun saxlanılmasını təmin edir.   

Hialuron turşusunun üz üçün faydası nədir?  

  • Dərini nəmləndirir;
  • Dərinin elastikliyini və tonusunu artırır;
  • Piy vəzilərinin fəaliyyətini bərpa edir;
  • Regenerasiyanı (cavanlaşmanı) stimulə edir.  

Kosmetologiyada hialuron turşusu nədir

Hialuron turşusu nədir – kosmetik vasitələr 

Kosmetik vasitələrin tərkibində hialuronun miqdarı 2-5%-dən çox olmur. Onların effektini artırmaq üçün dərini əvvəlcədən təmizləmək və nəmləndirmək tövsiyə olunur.   

Hialuron turşulu tonik

Susuzlaşmış yağlı dərilər üçün idela vasitədir. Tonik dəriyə tez hopur və dəri piyinin ifrazını azaldır. Əksər hallarda tonik sprey formasında buraxılır.  

Serum

Serum – dəriyə sağlam görüntü bəxş edən və əlavə nəmləndirən ekspress vasitədir. Onu dəriyə çəkdikdən sonra üzərindən krem sürtürlər. Bu yolla serumun təsiri güclənir. 

Krem 

Kosmetoloji bazarda ən geniş yayılmış vasitədir. Krem eyni zamanda bir neçə məsələni həll edir: dərini nəmləndirir və suyun buxarlanmasına mane olur. Onu yay aylarında da rahat istifadə etmək olar.  

Hialuron turşusu nədir prosedurlar

Kosmetologiyada hialuron turşusu nədir – inyeksion prosedurlar

İnyeksion metodlar fantastik nəticələr göstərir. Sadəcə bunun üçün aşağıdakı şərtlərə əməl olunmalıdır:  

  • Hialuronat təbii və nativ olmalıdır;  
  • Preparatda hialuronun konsentrasiyası 15mq/ml-i keçməlidir.

Bu bəndlərə riayət olunmadıqda fibroblastlar aktivləşmir və cavanlaşma prosesi işə düşmür.  

Kosmetologiyada hialuron turşusu ilə aparılan inyeksion prosedurlara biorevitalizasiya, mezoterapiya, kontur plastika, bioreperasiya və s. aiddir. Bu metodlar xüsusi preparatlar – Juvederm, Restylane, Aquashine və digər tanınmış brendlərlə aparılır. 

Prosedur və preparatın növü problemli nahiyəyə əsasən həkim-kosmetoloq tərəfindən seçilir. 

Bu yazını paylaş:
Yazını qiymətləndirin:
4.5/5 - (6 səs)
Şərhlər
Bu yazıya ərh yazılıb

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir