Restylane

28 Noyabr 2019 Kateqoriya: Kosmetoloji prosedurlar Müəllif: Aygün Hüseynova
Oxuma vaxtı: 5 dəq Oxunma sayı: 1903
Restylane foto
4.2/5 - (5 səs)

Məşhur İsveç brendi Galderma-nın tərkibində Q-med kompaniyası kontur plastikası prosedurları üçün ən məşhur cizgi olan Restylane istehsal edir. Bu preparat üz, boyun və dekolte nahiyəsinin hamar və gözəl görünməsini təmin edir. Hipoallergen strukturu kosmetoloji prosedurların üzdə allergiyaya meylli pasientlərdə tətbiqini nisbətən asanlaşdırır.

Restylane preparatının tərkibi və təsirləri

Steril, apirogen gellərin tərkibinə xüsusi texnologiya (NASHA) ilə stabilləşdirilmiş hialuron turşusu molekulu daxildir. Bakterial sintez hesabına alınan xammal insan toxuması ilə bioloji uyğunluq təşkil edir. Bu səbəbdən allergik reaksiyaların əmələ gəlmə riskini minumumdur.

Preparatdan alın və burun-dodaq üçbucağındakı qırışların açılması, üz ovalının formaya salınması üçün istifadə olunur. Gellər kontur plastika və biorevitalizasiya prosedurlarında geniş şəkildə tətbiq edilir.

Təsir mexanizmi hialuron turşusunun hidrofil xassəsinə əsaslanır. Preparat dəridaxilinə yeridildikdə bu maddə suyu özünə çəkərək, onunla elastik, davamlı birləşmə əmələ gətirir. Nəticədə qırışları doldurur, dəri relyefini hamarlaşdırır, kollagen və elastin sintezini stimulə edir. Zaman keçdikcə gel sorulur və orqanizmdən təbii yolla xaric olur.

Restylane foto 1

Restylane cizgisi

Restylane – mimik qırışların və alındakı səthi büküşlərin açılması üçün baza fillerdir. Gelin yüngül konsistensiyası dodaq konturunun korreksiyasını və üz dolğusu prosedurlarını yerinə yetirməyə imkan verir. Bu kolleksiyaya 9 preparat daxildir. Onlar bir-birindən aktiv hissəciyin konsentrasiyasına, gelin sıxlığına və göstərişlərə əsasən fərqlənirlər.

Restylane touch

Kiçik dispers hissəcikli dəridaxili dolğudur. Göz, yanaq, dodaq nahiyəsindəki səthi qırışların və aknedən sonrakı çapıqların korreksiyasında istifadə olunur. Hissəciklərin kiçik ölçüsü sayəsində onu 1 mm-ə qədər dərinliyə yetirmək mümkündür. Preparat zərif dərili xanımlara uyğundur.

Restylane perlane

Sıx konsistensiyalı gel olub, burun-dodaq qırışlarının korreksiyası üçün nəzərdə tutulmuşdur. Həmçinin üzdəki qəmgin ifadəni dəyişmək məqsədi daşıyır. Üz ovalının formalaşdırılmasında, eləcə də intim nahiyənin kontur plastikasında effektivdir.

Restylane lipp

Dodaq dolğusudur. Ağızətrafı qırışları arzuolunan şəkildə aradan qaldırır.

Restylane foto 2

Lip volume və lip refresh

Yumşaq və plastik gellərdir. Dodaqların həcmini böyüdür, formasını korreksiya edir. Bu preparat təbiiliyi qoruyub saxlamaqla dodağına həcm vermək istəyən qadınlar üçündür.

Restylane subQ

Yumşaq toxumaların həcmini böyüdən sıx fillerdir. Çənə və yanaq dolğusunda istifadə edilir.

Restylane skinbooster vital və Restylane light

Hər ikisi biorevitalizasiya üçündür. Onlar dermanın dərin qatlarına nüfuz edir. Kolleksiyanın bu növləri dərini təravətləndirir, nəm balansını bərpa edir, lazer pilinq və günəş vannasından sonra zədələnmiş dərinin əvvəlki elastikliyini geri qaytarır.

Effektin qalıcılığı

Preparatın effekti artıq 1-ci prosedurdan bilinir. Nəticə 8-14 ay ərzində saxlanılır. Kurs 1-4 seansdan ibarətdir.

Prosedurdan sonrakı tövsiyələr

  • inyeksiyadan sonra bir neçə gün ərzində üzü masaj etmək və günəşdən qoruyucu krem çəkməmiş küçəyə çıxmaq olmaz;
  • sauna, basseyn və idman zallarına 1-2 həftə müddətində getmək qadağandır;
  • inyeksiyadan yalnız 4-5 saat sonra dekorativ kosmetikanın istifadəsinə icazə verilir.

Restylane preparatına əks-göstərişlər

  • çapıqlaşmaya meyllik;
  • aktiv herpes;
  • şəkərli diabet;
  • hamiləlik dövrü;
  • qrip və kəskin respirator infeksiyalar;
  • qızdırma;
  • dəridə infeksiya və iltihablaşma;
  • onkoloji xəstəliklər.

İnyeksiyadan sonra ödem, dərinin qaşınması, hematoma müşahidə oluna bilər. Bu əlamətlər 3-4 gün ərzində öz-özünə itir.

Restylane qiyməti                                 

Bu cizgiyə aid preparatların qiyməti cədvəldə qeyd olunmuşdur.

Adı      Həcm Qiyməti (AZN)
Restylane 1×1.0 ml 160
Restylane Touch 1×0.5 ml 150
Restylane Perlane 1×1.0 ml 180
Restylane Lipp 1×1.0 ml 190
Restylane SubQ 1×2.0 ml 330
Lip Volume 1×1.0 ml 190
Lip Refresh 1×1.0 ml 190
Restylane skinbooster vital 1×1.0 ml 155
 Restylane light 1×1.0 ml 140

Cədvəldə göstərilən qiymətlər kosmetoloqdan, seansların sayından, inyeksiyanın yeridildiyi nahiyədən və dozalanma qaydasından asılı olaraq dəyişə bilər.

Sonda onu da qeyd edək ki, gözəllik və sağlamlığınızı qorumaq istəyirsinizsə, bu tip prosedurları yalnız peşəkar həkim kosmetoloqlara həvalə edin.

Bu yazını paylaş:
Yazını qiymətləndirin:
4.2/5 - (5 səs)
Şərhlər
Bu yazıya ərh yazılıb

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir