Hialuron turşusu
Hialuron turşusu insan orqanizmində mövcud olan maddədir. O, kollagen sintezini stimulə edir. Kollagen isə öz növbəsində dərini tonusda saxlayır. Hialuron turşusu normal sintez olunduqda qocalma prosesi ləngiyir.
Hialuron turşusu suyu özünə birləşdirərək, dərinin nəmlənməsini təmin edir. Yaş artdıqca onun sintezi azaldığından dəri quruyur və qocalır.
Hialuron turşusunu orqanizmə necə daxil edək?
Hialuron turşusu bir çox kosmetik vasitələrin, xüsusilə son zamanlarda tələb olunan dolğu preparatlarının tərkibinə daxildir. Belə ki, skin filler, yəni dolğu preparatlarının xammalı olan hialuron turşusu müxtəlif konsentrasiyalarda üz dolğusu, dodaq dolğusu, yanaq dolğusu, gözaltı işıq dolğusu, burun dolğusu, biorevitalizasiya, üz ovalının korreksiyası və daha bir çox prosedurlarda geniş şəkildə istifadə olunur.
Bundan əlavə invaziv (inyeksiya ilə) prosedurlara üstünlük verməyən və ya dərin qırışları olmayan şəxslər tərkibində hialuron turşusu olan serumlardan istifadə edə bilər. Bu vasitələr qocalmanın və qırışların qarşısını alır.
Hialuron turşulu serumlar
Bu tip serumlar quru dəri üçün ideal vasitə olmaqla yanaşı, həm də yağlı, normal, qarışıq dəri tiplərinə uyğundur. Sızanaq və akne kimi problemlərdə rahatlıqla üzə çəkilə bilər.
Sizə ən yaxşı hialuron turşusu serumlarını təqdim edirik.
Skinceuticals H.A. Intensifier 15 ml
Bu serum sayəsində dəridə hialuron turşusu ehtiyatı artır. Dəri daha dolğun və elastik görünməyə başlayır. Serumu qırışların üzərinə birbaşa sürtmək olar. Göz və dodaq ətrafındakı qırışları, yanaq büküşlərini azaltmaq üçün gündə 2 dəfə tətbiq edilir. Qiyməti 64 AZN-dir
Luxy Bio Youthful+Eye Serum 20 ml
Serumun tərkibindəki gül suyu dərini cavanlaşdırır. Onu səhər, axşam saatlarında göz ətrafına masaj hərəkətləri ilə çəkərək, qırışları azalda bilərsiniz. Qiyməti 80 AZN təşkil edir.
Peter Thomas Roth Water Drench Serum 30 ml
75% hialuron turşusundan ibarət formula dərinin nəmliyini, parıltısını təmin edir. Xırda qırışları açır. Səhər və axşam gündə 2 dəfə tətbiq etdikdə effekti daha tez bilinir. Qiyməti 147 AZN-dir.
Neutrogena Hydro Boost Serum 30 ml
Dərini effektiv şəkildə nəmləndirir, hamarlaşdırır. Tərkibindəki E vitamini üzü təravətləndirir. Qiyməti nisbətən sərfəlidir – 36 AZN.
L’oreal Paris Revitalift Laser Serum Fp30
Bu serum qırışları azaldır. Tərkibindəki Pro-Xylane 3% dəri toxumalarını canlandırır, relyefi hamarlaşdırır. Yaşlanmanın qarşısını alan serum dərini tonuslandırır, məsamələri sıxlaşdırır. Serumu gündə 2 dəfə çəkin. Qiyməti 22 AZN təşkil edir.
Dermalogica Biolumin-c Serum 30 ml
Əsasən quru dəriyə qulluq üçün nəzərdə tutulmuşdur. Bu vasitə dərini maksimum nəmləndirir, canlılıq verir, kiçik qırışları hamarlaşdırır. Tərkibindəki C vitamini dərini qidalandırır. Dəri sağlam və gümrah görünür. Qiyməti 218 AZN-dir.
Vichy Mineral 89% Mineralizing Water + Hyaluronic Acid 30 ml Serum
Tərkibindəki 89% mineral termal su olan serum dərinin canlanmasına yardımçı olur. Minerallarla birlikdə hialuron turşusu dərini xarici təsirlərə dayanıqlı, o cümlədən parlaq edir. Qiyməti 40 AZN-dir.
The Ordinary Hyaluronic Acid 2% + B5
Son zamanlarda bir çox insanın üstünlük verdiyi serumdur. Dərini nəmləndirir, qidalandırır, kollagen sintezini stimulə edir. Qiyməti çox sərfəlidir – 15 AZN.
Estée Lauder Advanced Night Repair Synchronized Recovery Complex II
Serum yaşlanmanın erkən əlamətlərinə qarşı istifadə olunur. Dərini daha gənc göstərir, həmçinin nəmləndirir. Qiyməti 104 AZN-dir
The Organic Pharmacy Hyaluronic Acid Serum 0.2% 30 ml
Serumun tərkibində hialuron turşusu, qreypfrut yağı və müxtəlif efir yağları vardır. O, dəri məsamələrinin daralmasına, elastikliyin artmasına, dərinin sağlam olmasına kömək edir. Xırda qırışları açır, dərini nəmləndirir. Qiyməti 210 AZN-dir.
Skinceuticals Hydrating B5 30 ml
Hialuron turşusu ilə yanaşı B5 vitamini dərinin itirdiyi nəmi geri qaytarır, relyefini hamarlaşdırır. Dəriyə parlaqlıq bəxş edir. Gündə 2 dəfə istifadə olunur. Qiyməti 147 AZN təşkil edir.
Lierac Hydragenist Serum 30 ml
Dərini parıldadır, yumşaldır və hamarlaşdırır. Səthi qırışları yox edir. Qiymət 80 AZN-dir
Xülasə
Sadalanan serumlardan büdcənizə uyğun olanını seçib istifadə edin. Faydasını mütləq görəcəksiniz.