Gözaltı işıq dolğusu

04 Yanvar 2020 Kateqoriya: Kosmetoloji prosedurlar Müəllif: Aygün Hüseynova
Oxuma vaxtı: 3 dəq Oxunma sayı: 6467
Gözaltı işıq dolğusu foto
3.4/5 - (14 səs)

İşıq dolğusu əksər qadınlarda rast gəlinən gözaltı qaraları, torbacıqları, gözətrafı qırışları aradan qaldıran metoddur. Genetik amil, çirkli ekologiya və yaş faktorlarından dolayı üz yorğun, qəmli ifadə alır. Qadının yaşı büruzə olunur. Belə görünüşdən narahat olan qadınlara son zamanların məşhur kosmetoloji proseduru – gözaltı işıq dolğusu məsləhət görülür.

Gözaltı işıq dolğusu hansı hallarda aparılır?

Qeyd etdiyimiz kimi işıq dolğusu gözətrafı problemlərin korreksiyası məqsədilə istifadə olunan estetik müdaxilədir. Zamanla gözaltında yaranan qırış, qaraltı və torbacıqlar qadınlarda həm kompleks törədir, həm də onları yaşlı göstərir. Dolğudan sonra qırışlar açılır, gözətrafı nahiyənin dərisi təravətlənir və canlanır.

Gözaltı işıq dolğusu foto 1

Gözaltı işıq dolğusunda hansı preparatlardan istifadə olunur?

Prosedur hialuron turşusu əsaslı fillerin köməyilə yerinə yetirilir. Bu, steril və olduqca təhlükəsiz maddədir. Ona qarşı allergik reaksiya yaranmır. Hialuron turşulu dolğuya üstünlük verilməsinin digər səbəbi onun zamanla sorulması və nəticənin xoşagəlməz olduğu təqdirdə hialuronidazanın köməyilə ilə kənarlaşdırmağın mümkünlüyüdür. Həll olmayan süni dolğu maddələri isə dəri üçün təhlükəlidir.

Dolğunun xammalı ilə yanaşı konsentrasiyası və quruluşu da çox önəmlidir. Yəni hialuron turşulu dolğu gözaltına uyğun olmalıdır. Belə ki, bu nahiyəyə qatı, sıx filler inyeksiya edildikdə ödem (şişkinlik), mavi-yaşıl piqmentasiya kimi arzuolunmaz hallar müşahidə oluna bilər.

Gözaltı işıq dolğusu necə aparılır?

Bu metod cərrahi müdaxilə sayılmadığından çox praktikdir. Prosedur zamanı əlavə anesteziyaya ehtiyac yaranmır. Çünki dolğunun tərkibindəki anestetik ağrı hissini yox edir.

Dolğu iynə ilə göz altındakı sümüklərin üstü boyunca yeridilir. Filler almacıq sümüyünə yaxın nahiyədən dəri altına  vurulur. Kanyuladan istifadə olunduqda göyərmə və şişkinlik ehtimalı azalır. Prosedur təxminən 15-20 dəqiqə çəkir.

Gözaltı işıq dolğusu foto 2

Gözaltı işıq dolğusundan sonra nələrə riayət edilməlidir?

İlk 24 saat ərzində

  • Göz ətrafına əl vurmayın, makiyaj çəkməyin;
  • Gün ərzində buz kompressləri qoyun.

İlk 3 gün müddətində   

  • İsti duş qəbul etməyin;
  • Sauna, hamam və solyariyə getməyin;
  • Ağır idman məşqlərindən çəkinin;
  • Qan durulaşdırıcı dərmanlar və ərzaqlardan, çox miqdarda kofein, şəkər qəbulundan imtina edin.

Onu da vurğulamaq lazımdır ki, lazer, radiodalğa, üz dartma prosedurları gözaltı işıq dolğusunun qalıcılığını azaldır. Bu səbəbdən hansısa bir xidmətdən istifadə etməzdən əvvəl həkim kosmetoloqla məsləhətləşməyiniz lazımdır.

Gözaltı işıq dolğusunun effekti qalıcıdırmı?

Dolğunun təsiri fərdi xarakter daşıyır. Effekt orta hesabla 1-1.5 il saxlanılır.

Gözaltı işıq dolğusu qiyməti

Prosedurun qiyməti preparatdan və istehsalçı firmadan asılı olaraq 250-320 AZN arasında dəyişir.

Bu yazını paylaş:
Yazını qiymətləndirin:
3.4/5 - (14 səs)
Şərhlər
Bu yazıya ərh yazılıb

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir