Gicgah dolğusu
Gicgah dolğusu – hialuron turşusundan ibarət fillerlə aparılan qeyri-cərrahi korreksiya üsuludur. Bu məqsədlə Juvederm voluma, Juvederm ultra, Filorga voluma x-ha, Filorga x-ha 3 kimi preparatlatdan istifadə olunur. Fillerin növü həkim-kosmetoloqun baxışından sonra təyin edilir.
Gicgah dolğusu necə təsir göstərir?
Gel formalı hialuron turşusu gicgahın itirilmiş həcmini dərhal geri qaytarır. Həmçinin kollagen sintezini stimulə edir, toxumaların cavanlaşmasına səbəb olur. Gicgahın kontur plastikası sayəsində üz cavan və təravətli görünür.
Gicgah dolğusu necə aparılır?
Bu prosedur təcrübəli həkim-kosmetoloq tərəfindən yerinə yetirilməlidir. Çünki iynə vurularkən səthi gicgah arteriyası və venasının proyeksiyası nəzərə alınmalıdır. Filler düzgün yeridildikdə prosedur tam təhlükəsiz həyata keçir.
Dolğu dərialtı toxumaya lazımi dərinlikdə daxil olan nazik iynələrlə aparılır. Preparat piy toxumasının yerdəyişməsi nəticəsində yaranan boşluqları doldurur.
Prosedur öncəsi dəri təmizlənir və inyeksiya olunacaq nahiyəyə xüsusi keyidici krem çəkilir. Sonra həkim-kosmetoloq birdəfəlik iynələrlə preraratı dərialtına yeridir. Nəticə dərhal bilinir: gicgah çuxuru itir.
Gicgah dolğusundan sonra nələri etmək olmaz?
- 2-3 gün ərzində fiziki yüklənmələri minimuma endirmək;
- inyeksiya nahiyəsinə kosmetika vurmamaq;
- 14 gün sauna və solariumdan imtina etmək.
Prosedur yaşlanmış üzü 5-10 il cavanlaşdırır. Nəticənin qalıcılıq müddəti preparatın növündən və problemin ifadə dərəcəsindən asılıdır.