Juvederm voluma

Juvederm voluma – Fransanın məşhur Allergan şirkətinin “Juvederm” cizgisinin brend gelidir. Üz dolğusu, yanaq dolğusu, çənə konturlarının korreksiyası, burun dolğusu, dodaq dolğusu qismində tətbiq edilir.
Şəffaf və həmcins fillerin tərkibində 24 mq qeyri-heyvan mənşəli hialuron turşusu, 3 mq lidokain hidroxlorid, 7.2 pH-lı fosfat buferi vardır. Gelin ümumi həcmi 1 ml-dir.
Juvederm voluma – cavan, parlaq dərinin sirridir
Hialuron turşusu dəri qatlarında depolaşaraq, qırışları hamarlayır, nəmliyi artırır. Toxumalarda mübadilə proseslərinin aktivləşməsinə, kollagen və elastin sintezinə şərait yaradır.
Yeri gəlmişkən qeyd edək ki, botoksun müəllif hüquqları da Juvederm voluma gelinin istehsal olunduğu Allergan şirkətinə aiddir. Fillerdən həmçinin üzə həcm verilməsi, bəzi zonaların korreksiyası məqsədilə istifadə olunur.
VYCROSS TM texnologiyası və Juvederm Voluma
Hialuron turşusu insan orqanizminin təbii polisaxarididir. Bu maddə toxumalarda suyun toplanmasına və saxlanılmasına cavabdehdir. Yaş artdıqca orqanizmdə hialuron turşusunun sintezi azaldığından dəri qocalmağa başlayır, elastikliyini itirir və sallanır.
Juvederm Voluma preparatının tərkibindəki hialuron turşusunun molekulları kiçikdir. İnsanın toxuması ilə tam uyğunluq təşkil edir. İnyeksiya mənfi təsirlər, eləcə də allergik reaksiya törətmir. Orqanizm onu kənarlaşdırmağa çalışmır. Bu maddə tədricən bədəndəki hialuronidazanın təsirindən sorulur.
“Juvederm” cizgisinin digər seriyalarından fərqli olaraq, Juvederm voluma Vycross TM texnologiyası ilə buraxılır. Həmin texnologiyanın özəlliyi ondadır ki, uzun polimer zəncirlərlə yanaşı, qısa zəncirlər də öz aralarında körpü vasitəsilə birləşirlər. Bunun sayəsində gelin sıxlığı, qatılığı və nəticənin davamlılığı artır.
Fillerin tətbiqi üçün tövsiyə olunan yaş kateqoriyası 35-65 arasındadır.
Juvederm voluma preparatına göstərişlər
Gel aşağıdakı problemlərin həllində istifadə olunur:
- Çənə, yanaq və almacıqların kontur korreksiyası, onlara həcm verilməsi;
- Xırda qırışların və nahamar relyefin aradan qaldırılması;
- Sallanmış yanaq dərisinin dartılması;
- Üzün orta 1/3-dəki dərin qırışların və burun-dodaq büküşlərinin açılması;
- Üz konturlarının dəyişdirilməsi.
Juvederm voluma gelinin əks-göstərişləri və mənfi təsirləri
Prosedurdan öncə həkim-kosmetoloq qadına preparatın xüsusiyyətləri, əlavə mənfi təsirləri və əks-göstərişləri barədə məlumat verməlidir. Əks-göstərişlərə aşağıdakılar aiddir:
- Yenicə aparılmış lazer terapiyası, kimyəvi pilinq, o cümlədən sarı pilinq;
- Dəridə iltihablaşma;
- Preparatın istənilən komponentinə (lidokain də daxil olmaqla) allergik reaksiya;
- Kəskin respirator virus infeksiyası (qrip), istənilən xroniki xəstəliyin kəskinləşmə dövrü;
- Çapıqlaşmaya meyllik;
- İnyeksiya nahiyəsində permanent (əsasən sintetik və biosintetik) gelin olması;
- Antikoaqulyant preparatların, həmçinin simetidin, beta-blokatorların qəbulu;
- Hamiləlik və laktasiya (süd vermə) dövrü.
Əlavə təsirlər
Preparatı yeritdikdən dərhal sonra qızartı, şişkinlik, qansızma, hematoma, bərkimə, düyünləşmə, inyeksiya nahiyəsində dəri rənginin dəyişməsi müşahidə edilə bilər. Dərinin qaşınması və göynəmə hissi bu əlamətlər sırasına daxil edilir. Sadalanan simptomlar adətən 3-7 gün ərzində itir. Əks-təqdirdə həkimə müraciət etmək tövsiyə olunur.
Daha ciddi ağırlaşamalara inyeskiya sahəsində dərinin nekrozu (çürüməsi), abses (irinləmə) aiddir. Belə vəziyyətlərdə təcili tibbi yardım tələb olunur.
Prosedurdan sonra nələrə riayət edilməlidir?
- 2 həftə ərzində hovuz, sauna, solyari xidmətləri, idman məşqlərindən imtina etməli;
- 1 həftə müddətində dekorativ makiyajdan istifadə etməməli.
Juvederm voluma qiyməti
Gelin qiyməti 405 AZN-dir. Qutuda hər biri 1 ml olmaqla 2 şpris vardır. Hər şprisə əlavə iynə (4 iynə-ucluq ) qoyulmuşdur.