Botoks

04 Yanvar 2020 Kateqoriya: Kosmetoloji prosedurlar Müəllif: Aygün Hüseynova
Oxuma vaxtı: 3 dəq Oxunma sayı: 11301
Botoks foto
4.5/5 - (10 səs)

Hər bir insan, xüsusən də qadınlar daim cavan qalmaq və özülərini gənc hiss etmək istəyir. Son zamanlar kosmetoloji sahədə ən çox tətbiq olunan üsullardan biri botoksdur.

Botoks nədir?

Botoks – orta və dərin qırışları əməliyyatsız aradan qaldıran metoddur. Prosedur zamanı dəriyə botulotoksin (Clostridium botulinium tərəfindən sintez olunan zülal) yeridilir. Botulotoksin əzələni iflic etdiyindən həmin nahiyədə qırışlar açılır. Bu prosedurun kəsiksiz və qansız aparılması onun istifadəsini genişləndirmişdir.

Botoks hansı nahiyələrə tətbiq olunur?

Alın, qaşarası və boyun qırışları, ağız ətrafı büküşlər ən çox botoks olunan bölgələrdir. Bundan başqa qaşlarını qaldırmaq istəyən xanımlar da bu metoda ehtiyac duyurlar.

Botoks foto 1

Botoks kimlərə qadağandır?

Hamilələr, hipertoniklər (təzyiq xəstələri), əzələ problemi yaşayan insanlarda botoks icazəli deyil.

Botoksdan sonrakı dövr

Prosedur təhlükəsiz olsa da, ondan sonra bir sıra insanlarda yüngül formalı əlavə təsirlər (qızartı, başağrısı) meydana çıxır. Prosedurdan sonra müdaxilə olunan nahiyyəni qorumaq lazımdır. Həmin gün qarnı üstə yatmaq olmaz. 3 gün müddətində dəniz və hovuzdan imtina edilməlidir.

Həkim kosmetoloqlar botoks olunan gün idman zalına, gözəllik salonuna getməyi məsləhət görmürlər.

Botoksdan sonra Clostridium botulinium mənşəli botulizmə yoluxmaq mümkündür?

Bildiyiniz kimi botulizm xəstə heyvanın ətindən keçir. Xəstəlik sürətlə proqressivləşən iflic törədir. Sonda tənəffüs əzələlərinin iflici və ölüm baş verir. Botoksda istifadə olunun botulotoksin xüsusi texnika ilə durulaşdırılır və filtrlənir.

Botulotoksin sinir uclarına impulsun ötürülməsini blokada etdiyindən əzələ iflic vəziyyətinə düşür. Bununla əlaqədar mimik qırışlar yığıla bilmədiyindən açılır. Əslində bu prosedur təhlükəli sayılmır. Nadir hallarda əlavə təsir kimi üz iflici verə bilər.

Botoks foto 2

Düzgün seçim önəmlidir

Botoksu istənilən yerdə etdirməyin. Qeyri-peşəkarların yerinə yetirdiyi botoks sonrasında göz qapağının sallanması (ptoz) kimi problemlər ortaya çıxa bilər.

Botoksun nəticəsi ömürlükdür?

Prosedur orta hesabla 15 dəqiqə çəkir. 3 gün ərzində effekti bilinir. Yekun nəticə bir neçə həftəyə tam bəlli olur. Botoks 1 dəfəlik prosedur deyil. Onun təsiri zamanla azaldığından təxminən 5-8 ay sonra proseduru təkrarlamaq lazımdır.

Botoks qiyməti

Prosedurun qiyməti vurulan nahiyədən asılı olaraq, 80-240 AZN arasında dəyişir.

Xülasə

Əgər prosedur sonrası qızartı, baş ağrısı kimi kəskin əlamətlər varsa və həkimlə əlaqə saxlamaq mümkün deyilsə, 1 tablet antibiotik içib, narahatlığınızı yüngülləşdirə bilərsiniz. Ancaq hər bir halda yaxşı olar ki, kosmetoloqunuzla məsləhətləşəsiniz.

Bu yazını paylaş:
Yazını qiymətləndirin:
4.5/5 - (10 səs)
Şərhlər
Bu yazıya ərh yazılıb

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir