Burun dolğusu
Burun dolğusu – cərrahi müdaxiləsiz, qansız üsulla yerinə yetirilən estetik prosedurdur. Adətən hialuron turşusu əsasında skin filler inyeksiyası ilə icra edilir.
Burun dolğusu ilə hansı problemlər həll olunur?
- burnun ucu yuxarı qaldırılır;
- asimmetriyası ləvğ edilir;
- burun və üst dodaq arasındakı bucaq korreksiya olunur.
Burun dolğusu necə həyata keçirilir?
İlk öncə prosedurun aparılacağı nahiyəyə anestetik krem çəkilir. Onun təsiri 20-30 dəqiqəyə bilinir. Sonra öncədən işarələnmiş hissələr inyeksiya olunur. Prosedur 5-10 dəqiqə çəkir.
Dolğunun müsbət cəhətləri hansılardır?
- əməliyyat keçirmək istəməyən insanlar üçün optimal seçimdir.
- korreksiya çox asandır, çünki bəlli bölgəyə az miqdarda dolğu əlavə etmək üçün sadə bir inyeksiya kifayətdir. Arzuolunan nəticəni əldə edənə qədər buruna forma vermək mümkündür.
- cərrahi müdaxilə ilə müqayisədə çox ucuz başa gəlir.
Burun dolğusunun effekti neçə müddət qalır?
Təəssüf ki, prosedur əsnasında istifadə olunan preparatlar qalıcı deyil. Dolğu bir neçə aya sorulur. Bunun əslində müsbət tərəfi ondan ibarətdir ki, pasiyent nəticədən razı qalmadıqda qısa müddət ərzində onun əvvəlki halına qayıtması mümkündür.
Prosedurun mənfi cəhətləri nələrdir?
- nəticə qalıcı deyil. Dolğu preparatlarının növünə görə sorulma müddəti fərqlidir.
- texnikanın əsas məhdudiyyəti sadəcə həcmin verilməsindədir. Burunda kəskin əyrilik varsa, tək dolğu ilə bu məsələni həll etmək olmur. Bəzi qüsurlar bu metodla düzəlmir. Həmçinin burun dolğusu ilə ölçünü kiçiltmək olmur.
Rinoplastika olunan insanlarda burun dolğusu
Dolğu rinoplastika olunan, lakin səthi korreksiyalara ehtiyac duyan şəxslərdə də icra olunur. Belə hallarda burun dolğusu ideal seçimdir. Prosedur qüsurları örtmək və ya toxuma itkisində əlavə həcm vermək üçün tətbiq olunur.
Prosedur kimlərə qadağandır?
- hamilə və südverən analar;
- 12 yaşdan kiçik uşaqlar;
- qanın laxtalanma pozğunluğu olan (hemofiliyalı) xəstələr;
- dolğu maddəsinə qarşı fərdi allergiyası olanlar.
Prosedurdan öncə nələrə diqqət edilməlidir?
- prosedurdan əvvəl həkimi davamlı istifadə etdiyiniz dərmanlar haqqında məlumatlandırın. Dolğudan 2 həftə qabaq aspirin, ağrıkəsicilər (ibuprofen, naproksen), qan durulaşdırıcı dərmanların qəbulu dayandırılmalıdır.
- 14 gün əvvəl yaşıl çay, sarımsaq, balıq yağı, C və E vitaminləri ilə zəngin qidalardan imtina edilməlidir.
- 3 gün öncə spirtli içki qadağandır.
- burnun ətrafında aktiv herpes infeksiyası olduqda dolğu aparıla bilməz. Dermatoloq tərəfindən müalicə aparıldıqdan sonra burun dolğusu icazəli sayılır.
Burun dolğusunun reabilitasiya dövrü nə qədərdir?
İnyeksiyadan sonra insan normal həyatına qayıdır. Məhz bu səbəbdən burun dolğusu pasiyentlərin məmnun qaldığı estetik prosedurlardan sayılır.
Prosedurdan sonra bəzi qaydalar
Dolğudan sonra 24 saat ərzində burunu ovuşdurmaq, masaj etmək olmaz.
İlk 3 gün müddətində aşağıdakılar məsləhət görülmür:
- isti duş, vanna, hamam, solyariy;
- ağır idman məşqləri, günəş şüası;
- aspirin, ağrı kəsicilər, qan durulaşdıran dərmanlar, yaşıl çay, sarımsaq, balıq yağı, C vitamin, tərkibində çox miqdarda şəkər, kofein olan qidalar, eləcə də alkoqol, siqaret.
Dolğu nahiyəsində şiddətli ağrı, dəridə soyuqluq, ağarma və ya göyərmə varsa, dərhal həkiminizlə əlaqə saxlayın.
Burun dolğusu qiyməti
Prosedurun qiyməti preparatdan asılı olaraq, 170-260 AZN arasında dəyişir.
❤️❤️
Burun dolgusu ile maraqlaniram