Biorevitalizasiya preparatı

04 Sentyabr 2020 Kateqoriya: Kosmetoloji prosedurlar Müəllif: Aygün Hüseynova
Oxuma vaxtı: 4 dəq Oxunma sayı: 6421
Biorevitalizasiya preparatı
4.5/5 - (2 səs)

Biorevitalizasiya preparatı dəridaxilinə hialuron turşusunun yeridilməsi üçün nəzərdə tutulmuşdur. Bu prosedur antiage, yəni yaşlanma əleyhinə sayılır. Onun təsirindən dəri örtüyünün vəziyyəti yaxşılaşır, insan cavan görünür.  

Məqalədə Sizi biorevitalizasiyada ən çox istifadə olunan vasitələrlə tanış edəcəyik: 

Biorevitalizasiya preparatı – JALUPRO

Jalupro (İtaliya) — 1%-li hialuron turşusu və aminturşu qarışığı

Bu brendin digər növü – JALUPRO HMW yüksək sıxlıq və uzunmüddətli təsiri ilə fərqlənir. Onun tərkibində hialuron turşusunun konsentrasiyası daha çoxdur. 

Aminturşuları hesabına hər 2 preparat nəinki dərini nəmləndirir, həm də neokollagenezi aktiv formada stimulə edir.  

Göstərişlər: 35+ istənilən dəri tipi.

Nəticə: dartılmış, hamar dəri, fibroblastların aktivləşməsi, kollagenin intensiv sintezi.

Biorevitalizasiya preparatı jalupro

Biorevitalizasiya preparatı – IAL-SYSTEM

IAL-system (İtaliya) — 18 mq/ml stabilizasiya olunmayan hialuron turşusu

Preparat universal olub, geniş tətbiq edilir. Onu hətta inyeksion kosmetologiyanın «qızıl standartı» adlandırmaq olar.

Göstərişlər: istənilən növ dəri tipi, xüsusən quru və susuzlaşmış.  

Nəticə: dərindən nəmlənmə, təravətli dəri.  

Biorevitalizasiya preparatı adları

Biorevitalizasiya preparatı – JUVEDERM Hydrate 

Juvederm hydrate (ABŞ) — 13,5mq/q yüksək molekulyar hialuron turşusu + mannitol (antioksidant)

Preparatın tərkibindəki antioksidant hüceyrələri sərbəst radikallardan qoruyur. Həmçinin dəridə hialuron turşusunun parçalanmasını tormozlaşamaqla, prosedurun effektini uzadır.  

Göstərişlər: istənilən yaş və tipli dəri

Nəticə: nəmlənmiş, elastik dəri, uzunmüddətli cavanlaşma effekti.  

Biorevitalizasiya preparatı hansıdır?

Biorevitalizasiya preparatı – MESO-WHARTON P199 

Meso-Wharton P199 (ABŞ) — 15 mq/q stabilizasiya olunmayan hialuron turşusu + polipeptid + antioksidant, koenzim, vitamin, böyümə faktoru kompleksi 

Göstərişlər: 40+ dəri

Nəticə: hamar, dartılmış, nəmlənmiş, hamar dəri (qırışların açılması), hüceyrələrin yenilənməsi, yaşlanma əleyhinə müdafiə faktorlarının aktivləşməsi.  

Biorevitalizasiya preparatı nəticəsi

Biorevitalizasiya preparatı – NCTF 135 HA+   

NCTF 135 HA+ (Fransa) — stabilizasiya olunmayan hialuron turşusu + 12 vitamin + 20 aminturşusu + 6 mineral + 6 koferment + 5 nuklein turşusu + 2 antioksidant 

Preparatın analoqu yoxdur.

Göstərişlər: 35+ dəri

Nəticə: hamar, elastik, nəmləndirilmiş və ətraf mühitin neqativ amillərindən qorunan dəri. Effekt ilk seansdan bilinir.  

Biorevitalizasiya preparatı Teosyal

Biorevitalizasiya preparatı – TEOSYAL MESO

Teosyal Meso (İsveçrə) — 15 mq/q yüksəkmolekulyar hialuron turşusu.

Preparatın dəriyə hopma dərəcəsi yüksəkdir.  

Göstərişlər: susuzlaşmış, nazik, o cümlədən cavan dəri  

Nəticə: nəmlənmə, tonusun artması, yaşlanmanın profilaktikası.  

Biorevitalizasiya preparatı Juvederm

Biorevitalizasiya preparatı – YVOIRE HYDRO  

Yvoire Hydro (Cənubi Koreya) — 10 mq/ml yüksəkmolekulyar hialuron turşusu.

Biorevitalizantda köndələn molekulyar əlaqələrin olmaması onun dəriyə mükəmməl yayılmasını və maksimal dərəcədə bərabər nəmlənməni təmin edir.    

Göstərişlər: dəridə yaşlanmanın ilkin əlamətləri, eləcə də aparat prosedurları, pilinq və plastik əməliyyatdan sonra  

Nəticə: dərinin nəmlənməsi, göz və ağız ətrafındakı xırda mimik qırışların hamarlaşması, travmatik təsirlərdən sonra dərinin tez bərpası.  

Biorevitalizasiya preparatı effekti

Biorevitalizasiya preparatı – RESTYLANE VITAL 

Restylane Vital (İşveç) – 2%-li stabilizasiya olunmuş hialuron turşusu.

Dəri uzunmüddətli hidrorezervlə bioreavitalizasiya olunur.  

Göstərişlər: fotoyaşlanma əlamətləri olan istənilən dəri tipi, o cümlədən yağlı və problemli dəri. 

Cavan dərilər üçün daha yüngül forma Restylane Vital Light (1,2%) məsləhətdir. Bu preparat nəinki üzdə, həmçinin dekolte, boyun və qol nahiyəsində də istifadə olunur.  

Nəticə: dərinin uzunmüddətli hamarlaşması. Cavanlaşma effekti uzunmüddətli olub, hətta hialuron turşusu tam sorulduqdan sonra da davam edir.  

Biorevitalizasiya preparatı Restylane

Biorevitalizasiya üçün optimal preparat həkim-kosmetoloq tərəfindən seçilir. Burada dərinin vəziyyəti nəzərə alınır. Prosedurların sayı preparatın növündən asılıdır.

İlkin nəticəni görmək üçün orta hesabla 1-2 seans tələb olunur. Daha yüksək kompleks nəticənin alınması və dərinin vəziyyətinin əhəmiyyətli dərəcədə yaxşılaşması üçün 3-8 prosedura ehtiyac yaranır.   

Bu yazını paylaş:
Yazını qiymətləndirin:
4.5/5 - (2 səs)
Şərhlər
Bu yazıya ərh yazılıb

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir