Jalupro

01 Sentyabr 2020 Kateqoriya: Kosmetoloji prosedurlar Müəllif: Aygün Hüseynova
Oxuma vaxtı: 4 dəq Oxunma sayı: 1514
Jalupro təsiri
5/5 - (2 səs)

Jalupro – biorevitalizasiya proseduru üçün nəzərdə tutulur. Bu kosmetoloji vasitə İtaliyada istehsal olunur. Patentləşdirilmiş aminturşu kokteyli hesabına Jalupro inyeksiyaları dəriyə ikinci cavanlıq bəxş edir.   

Faydalı komponentlərdən hazırlanılan Jalupro dermanın dərin qatlarına keçərək, dəri örtüyünü, eləcə də kollagen sintezini bərpa edir. Preparat dərinin təbii regenerasiyasına səbəb olur, köhnə hüceyrələri yeniləri ilə əvəzləyir. Nəticədə dəri dartılır, sağlam və cavan görünüş qazanır. Xırda qırışlar itir, irilərin isə dərinliyi və ölçüsü azalır. 

Jalupro – tərkibi  

Jalupro inyeksiyaları – seçilmiş aminturşuları və nəmləndirici komponent olan hialuron turşusundan ibarətdir:

  • Aminosirkə turşusu – proteinogen aminturşu olub, hüceyrələrdə mübadilə proseslərini  işə salır; 
  • Prolin – kollagenin tərkibinə daxil olan aminturşudur. Bu maddə liflərin möhkəmliyinə cavab verir;  
  • Leysin – insan üçün əvəzolunmaz aminturşu sayılır. O, orqanizmdə sintez olunmur, yalnız xaricdən daxil edilir;
  • Lizin – insan orqanizmində hasil olmayan növbəti aminturşudur. Onun törəmələri elastin və kollagen sintezi üçün çox vacibdir; 
  • Hialuron turşusu – dermanın dərin qatlarını nəmləndirir.  

Preparatın tərkibindəki aminturşuların düzgün kombinasiyası sayəsində komponentlər bir-birinin təsirini gücləndirir. Nəticədə kollagen və elastin liflərinin təbii regenerasiya prosesləri stimulə olunur.  

Jalupro biorevitalizasiya

Jalupro – növləri

Biorevitalizasiya prosedurunda preparatın 2 növündən istifadə olunur:  

  • Jalupro – bioloji aktiv aminturşuların standart konsentrasiyası ilə seçilir. Dərinin dərin qatlarını nəmləndirir, tonusu bərpa edir, təbii immuniteti stimullaşdırır. Yaşla bağlı dəyişiklikləri effektiv şəkildə aradan qaldırır, dərinin elastikliyini artırır.  
  • Jalupro HMW – aminturşuların yüksək konsentrasiyası və 2%-li hualuron turşusu əsasında hazırlanır. Dərini qidalandırır və nəmləndirir. Preparat hüceyrələrin regenerasiyasını, kollagen və elastin liflərin sintezini gücləndirir. Jalupro HMW hətta dərin qırışlarr və dəri sallanması ilə də mübarizə aparır.   

jalupro

Jalupro – göstərişləri

  • Dəri tonusunun azalması; 
  • Dərinin yaşlanması və sallanması;
  • Dəri örtüklərinin susuzlaşmasının əlamətləri; 
  • Günəş şüalarının təsirindən dərinin erkən qocalması; 
  • Dəri çatlarının (striyaların) yaranması.

«Gözəllik iynələri» ənənəvi olaraq, üz, boyun və dekolte nahiyəsinə vurulur. Lakin müasir texnologiyalar dəri örtüklərini istənilən nahiyədə: qarın, diz, dirsək və budun daxili səthində bərpa etməyə imkan verir.  

Jalupro ilə prosedur necə aparılır?

Preparat maye və quru komponentlərin daxil olduğu 2 kapsuldan ibarətdir. Prosedur aşağıdakı ardıcıllıqla yerinə yetirilir: 

  • dəri səthi təmizlənir və antiseptik məhlulla işlənilir; 
  • həssas sahələrə lidokain sprey və ya keyidici gel vurulur;  
  • həkim ehtiyatla preparatı dəridaxilinə yeridir;  
  • sonda dəriyə sakitləşdirici vasitə çəkilir.

Prosedurun davametmə müddəti problemli sahənin böyüklüyündən asılıdır. Orta hesabla «gözəllik iynələri» 20-60 dəqiqə çəkir.  

Jalupro nədir?

Jalupro inyeksiyalarından sonra nələr olmaz? 

Jalupro ilə biorevitalizasiyanın effektini qorumaq üçün prosedurdan sonra həkim-kosmetoloqun məsləhətlərinə əməl etmək lazımdır: 

  • dərini günəş şüalarından qorumalı;
  • idman məşqləri, eləcə də isti prosedurlar: hamam və solarium təxirə salınmalı;
  • dekorativ kosmetikadan müvəqqəti imtina olunmalı;  
  • dərini isti su ilə deyil, antiseptik losyonla silməli.  

Jalupro ilə prosedurların sayı 

Dərinin cavanlaşması üçün seansların sayı həkim-kosmetoloq tərəfindən təyin olunur. Müalicə ən azı 7 gün fasilə ilə 1-3 ay davam edir. Prosedurun effekti ilk seansdan bir neçə gün sonra bilinir. Dərinin ideal vəziyyətinin qorunması üçün ildə 4 prosedur kifayətdir. Regenerasiya proseslərinin stimulyasiyası sayəsində bu müddət ərzində kollagen və elastin lifləri sintez olunur, metabolik proseslərin yaxşılaşması nəticəsində isə faydalı mikroelementlər dərinin ən dərin qatlarına çatır.  

Bu yazını paylaş:
Yazını qiymətləndirin:
5/5 - (2 səs)
Şərhlər
Bu yazıya ərh yazılıb

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir