Biorevitalizasiya nədir?

23 Avqust 2020 Kateqoriya: Kosmetoloji prosedurlar Müəllif: Aygün Hüseynova
Oxuma vaxtı: 4 dəq Oxunma sayı: 24598
Biorevitalizasiya növləri
4.1/5 - (25 səs)

Son zamanlar kosmetoloji prosedurlar arasında biorevitalizasiya tez-tez istifadə olunur. Bəs biorevitalizasiya nədir? Bu cavanlaşdırıcı prosedur dəri altına hialuron turşusunun yeridilməsinə əsaslanır. Preparatlar nazik iynə ilə nöqtəvi şəkildə vurulur, nəticədə dəridəki qocalma prosesləri ləngiyir. Qırışlar hamarlanır, dərinin rəngi və turqoru bərpa olunur. 

Hialuron turşusu kollagen və elastin sintezini stimulə edir. Bu maddələr isə dərinin təravətli olmasına və sağlam şəkildə parıldamasına təsir göstərir.  

Biorevitalizasiya nədir və onun üstünlükləri hansılardır?  

  • Prosedur zamanı nazik iynələrdən istifadə olunduğundan ağrı demək olar ki, hiss edilmir;
  • Yüksək effektə malikdir: dərinin quruluğu aradan qalxır, qırışlar itir, toxumalar dartılır, üzün rəngi yaxşılaşır, piqment ləkələrin qarşısı alınır;  
  • Nəticə ilk prosedurdan bilinir;  
  • Bərpa dövrü minimaldır;
  • Ağırlaşmalara çox nadir hallarda rast gəlinir. 

Biorevitalizasiya qiyməti

Biorevitalizasiya nədir və ondan hansı hallarda istifadə olunur?

  • Dəridə quruluq;
  • Sızanaq
  • Çapıq, dəri çatları (striya);
  • Dərinin elastikliyinin azalması, buxağın formalaşması və üz ovalının itməsi;  
  • Üz rənginin tutqunlaşması;
  • Dəridə yaşla bağlı dəyişikliklər (xırda qırışlar, xarici görünüşün korlanması).

Biorevitalizasiya nədir və kimlərə qadağandır?  

  • Hamilə və süd verən qadınlar;
  • İnyeksiya zonasında iltihabi proses, xal və papilloması olan şəxslər;
  • Kelloid çapıqlara meyilli insanlar;
  • Qanda laxtalanma problemi olanlar.  

Biorevitalizasiya nədir və onun effekti nə zaman bilinir?  

Nəticə birinci prosedurdan sonra aydın şəkildə nəzərə çarpır:

  • Dəri dərindən nəmlənir;
  • Üzün rəngi yaxşılaşır, elastiklik bərpa olunur;
  • Gözaltı qaralar, piqment ləkələri itir;
  • Sızanaq və postakne aradan qalxır;
  • Məsamələr daralır;
  • Çapıqlar sorulur. 

biorevitalizasiya təsiri

Biorevitalizasiya nədir və ondan sonra dəriyə necə qulluq edilir?   

  • Prosedurdan sonra 1 saat müddətində üzə dekorativ kosmetika çəkmək qadağandır;
  • 1 gün fiziki yüklənmələr və idman məşqlərindən imtina edilməlidir;
  • Birinci gün əllə üzə toxunmamağa çalışmaq lazımdır;
  • İlk günlərdə üzü su ilə yumaq icazəli deyil;
  • 1 həftə ərzində dərinin günəş şüalarından qorumaq məsləhət görülür;  
  • 7 gün sauna və hamama getmək olmaz.

Biorevitalizasiyanın mezoterapiyadan fərqi nədir?  

Cavanlaşdırıcı prosedurlar arasında biorevitalizasiya ilə yanaşı mezoterapiya da vardır. Hər 2 prosedur inyeksiya ilə aparılır və dərini hüceyrə səviyyəsində cavanlaşdırır. Sadəcə mezokokteyllərdə hialuron turşusunun faizi daha aşağı olur. Mezoterapiya əsasən damar ulduzcuqları, sızanaqlar, piqment ləkələrə qarşı istifadə olunur.

Biorevitalizasiya nədir?

Biorevitalizasiya nədir və onun hansı növləri vardır?

Ən məşhur üsul inyeksion biorevitalizasiya sayılır. Digər növlərlə müqayisədə onun effekti daha uzunmüddətli olur. İnyeksion biorevitalizasiya hialuron turşusunun dərinin ən dərin qatlarına nüfuz etməsinə şərait yaradır. Hialuron turşusunun yeridilmə üsulundan asılı olaraq, biorevitalizasiyanın digər növləri də vardır:  

  • Lazer (dərinin tamlığı pozulmadan lazerlə aparılır);  
  • Aparatla (hialuron turşusu dəri altına ionlar və ya lazerlə yeridilir);  
  • Fraksion (eynizamanda 10-12 iynə dəri altına keçir);  
  • Peptid (dəriyə peptid inyeksiyaları ilə təsir göstərilir, hüceyrələrin bölünmə və yetişməsi sürətlənir);  
  • Airagent (xüsusi tapança ilə yerinə yetirilir);  
  • Qeyri-invaziv (hialuron turşusu mirocərəyanla dəri altına yeridilir).  

Biorevitalizasiyanın növü həkim-kosmetoloq tərəfindən seçilir. Nəticənin qalıcı olması üçün proseduru 6 aydan bir təkrarlamaq tövsiyə edilir. 

Bu yazını paylaş:
Yazını qiymətləndirin:
4.1/5 - (25 səs)
Şərhlər
Bu yazıya ərh yazılıb

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir