Biorevitalizasiya
Biorevitalizasiya – yaşla bağlı dəyişikliklərin korreksiya və profilaktikası üçün nəzərdə tutulan effektiv prosedurdur. Burada əsas məqsəd epidermisin qocalmasının başlıca səbəbi sayılan su balansının itirilməsinə və nəmliyin saxlanılmasına təsir etməkdir.
Biorevitalizasiya zamanı istifadə olunan preparatlar dərini hialuron turşusu ilə zənginləşdirir. Bu maddə dərini nəmləndirir və su balansını bərpa edir. Nəticədə qırışlar və büküşlər hamarlanır, yaşlanma prosesləri ləngiyir, dəri təravətlənir.
Biorevitalizasiya hansı üstünlüklərə malikdir?
- Təbii yolla cavanlaşma. Hialuron turşusu hüceyrələrdə elastin və kollagenin konsentrasiyasını artırır, dərini qidalandırır, eləcə də nəmləndirir.
- Sürətli nəticə. Prosedurun effekti 1-2 seansdan sonra nəzərə çarpır.
- Uzunmüddətli effekt. Biorevitalizasiyanın nəticəsi orta hesabla 6 aya qədər qalır. Dəriyə düzgün qulluq edildikdə isə bu müddət daha uzun olur.
Biorevitalizasiya necə aparılır?
Biorevitalizasiya – üz, göz qapağı, dekolte zonası və qol nahiyəsinə nazik, atravmatik iynələrlə xüsusi preparatın yeridilməsinə əsaslanır. İynə yerləri həm də immuniteti stimulə etməklə, regenerasiya proseslərini işə salır.
Prosedur demək olar ki, ağrısızdır. İynə vurulacaq hissə əvvəlcədən keyidici preparatla işlənilir.
Biorevitalizasiyanın 1 seansı 45-60 dəqiqə davam edir və problemin dərinliyindən asılı olaraq, 4-6 dəfə təkrarlanır.
Biorevitalizasiya proseduruna göstərişlər
- Qırışlar və ya onların profilaktikası;
- Dərinin yaşla bağlı dəyişiklikləri: quruluq, sallanma;
- Üz rənginin dəyişməsi: solğunlaşma, piqment ləkələr, gözaltı qaralar;
- Genişlənmiş məsamələr, piy vəzilərinin həddindən artıq aktivliyi.
Biorevitalizasiya prosedurunun effekti neçə müddət qalır?
Hialuron turşusunun təsiri 2 prosedurdan sonra özünü büruzə verir. Yekun nəticə isə 4-cü seansdan sonra əldə edilir və təxminən 6 ay müddətində qalır.
Dəri elastik və parlaq görünüş qazanır. Yeridilən preparatlar hidrorezerv əmələ gətirərək, dermanı nəmləndirir və normallaşdırırlar.
İlk günlərdə dəridə quruluq və iynə yerlərində qabarcıqlar yarana bilər. Bu, normal hal olub, 1-3 günə keçib gedir.
Biorevitalizasiya sonrası dəriyə qulluq
Prosedur öncəsi xüsusi qulluq tələb olunmur. Lakin ondan sonra dərini zədələyə biləcək amillərdən (masaj, idman, hamam, sauna) uzaq durmaq lazımdır. Həmçinin bir neçə gün makiyajdan imtina edilməlidir. Həkim-kosmetoloqlar prosedurdan sonra üzə əllə toxunmamağı tovsiyə edirlər – belə olan halda sağalma prosesi tezləşir, infeksiyalaşma riski azalır.
Eləcə də üzə hansı qulluq vasitələrinin çəkilməsi barədə həkimdən məsləhət almaq gərəkdir.
Biorevitalizasiya qiyməti
Prosedurun qiyməti preparatın növündən asılı olub, 120-200 AZN arasında dəyişir. Preparatın növü dərinin vəziyyətinə əsasən həkim-kosmetoloq tərəfindən təyin edilir.