Juvederm ultra 3
Juvederm ultra 3 – Fransanın Allergan şirkəti tərəfindən istehsal edilən təkfazalı, həmcins, tərkibində yüksək molekullu hialuron turşusu olan fillerdir. Skin filler, yəni üz dolğusu qrupuna aiddir. Filler brendləri arasında ən məşhur preparatlardan sayılır. 3D matrix texnologiyası ilə stabilləşdirilmiş bu vasitə üzdəki orta və dərin qırışları doldurmaq məqsədilə tətbiq olunur. Onun tərkibinə 24 mq/ml hialuron turşusu və 0.3%-li lidokain daxildir.
Juvederm ultra 3 necə istifadə olunur?
Preparat yalnız həkim kosmetoloq tərəfindən yeridilməlidir. Prosedurun steril şəraitdə aparılmasına diqqət yetirilməlidir. Mütəxəssis öncədən pasiyentə prosedur və preparat haqqında dolğun məlumat verir. Preparatı yeritməzdən əvvəl dəri nahiyəsi yaxşıca dezinfeksiya edilir.
Qutudakı iynələr birdəfəlik istifadə üçün nəzərdə tutulmuşdur. Təkrari inyeksiyada infeksiyalaşma riski mövcuddur. Preparatı otaq temperaturunda 30 dəqiqə saxladıqdan sonra dəriyə yeritmək olar. İnyeksiyanın dərinliyi proseduru yerinə yetirən həkim tərəfindən dəqiqləşdirilir. Bu, qırışların dərinliyindən asılıdır.
Juvederm ultra 3 inyeksiyası üçün əks-göstərişlər
- preparatı gözətrafı, göz və göz qapağı nahiyəsinə vurmaq olmaz.
- hamiləlik və süd vermə dövründə istifadəsi qadağandır.
- inyeksiya yalnız intradermal (dəridaxili) yeridilməlidir. Damardaxilinə vurduqda tromblaşma və ya emboliya (trombun qopması) baş verə bilər.
- hipertrofik çapıqlaşmaya meylli və anamnezində streptokokk infeksiyası olan pasiyentlər bu preparatdan istifadə etməməlidir.
- estetik və ya müalicə məqsədli lazer proseduru, kimyəvi pilinq ilə birlikdə tətbiqi izacəli deyil.
- akne, sızanaq, eritema, üzdə ağ ləkələr və ya hər hansı dəri problemi, iltihabi xəstəliyi olan şəxslərə qadağandır.
- laxtalanmanın pozulduğu, antikoaqulyant müalicəsi alan, həmçinin hialuron turşusuna fərdi allergiyası və ya həssaslığı olan insanlarda preparatın tətbiqi əks-göstərişdir.
Juvederm ultra 3 üçün ehtiyat tədbirləri
Preparatı başqa hialuronlu filler, permanent filler, implant olan nahiyəyə yeritmək olmaz. Süd vəzilərini böyütmək məqsədilə bağ, vətər, əzələyə vurulması qadağandır. İnyeksiya nahiyəsinə 12 saat ərzində toxunmaq, günəşdə çox gəzmək, istinin təsirinə məruz qalmaq olmaz.
İlkin ödem keçənə qədər solyariyə getmək icazəli deyil. Prosedurdan əvvəl aspirin, qeyri-steroid iltihab əleyhinə dərmanlar, vitamin E qəbulu inyeksiya yerində hematoma və ya qanaxma riskini artırır. Eyni zamanda antibiotiklərlə müalicə ərəfəsində Juvederm ultra 3 yeritmək məsləhət görülmür.
Juvederm ultra 3 qiyməti
1 ml-lik 1 şprisli qutuda qablaşdırılan Juvederm ultra 3 qiyməti 300 AZN-dir. Hər biri 1 ml-lik olmaqla 2 şprisdən ibarət qutunun qiyməti 470 AZN təşkil edir.