Aquashine Soft Filler

30 Noyabr 2019 Kateqoriya: Kosmetoloji prosedurlar Müəllif: Aygün Hüseynova
Oxuma vaxtı: 3 dəq Oxunma sayı: 2574
Aquashine Soft Filler foto 1
3.3/5 - (10 səs)

Aquashine Soft Filler – Koreyanın “Caregen” şirkətinin hazırladığı yeni anti-age preparatdır. Bu filler yaş dəyişiklikləri ilə mübarizə aparır. Həmçinin dərini nəmləndirir.

Fillerin unikallığı onun yüksək miqdarda bioloji aktiv komponentlər və peptidlərlə zənginliyinə əsaslanır.

Aquashine Soft Fillerin tərkibi

Aquashine Soft Filler “Aquashine” cizgisinin klassik preparatlarındadır. Tərkibinə 50-dən çox element (hialuron turşusu, vitamin, minerallar, koenzim) daxildir. Dəri örtüyünün bərpası, eləcə də biorevitalizasiya üçün ideal vasitə sayılır.

Aquashine Soft Filler digərlərindən nə ilə fərqlənir?

Preparatın əsas komponenti yüksək və aşağı molekullu qeyri-heyvani mənşəli hialuron turşusudur. Yüksək molekullu maddə dəridaxili nəmlənməni və aktiv hissəciklərin hərəkətini, aşağı molekullu isə peptidlərin nüfuz etməsini və toplanmasını təmin edir.

Tərkibindəki B, A, C, E, K vitamin qrupu və aminturşuları zülal sintezini, adenozin isə hüceyrədaxili regenerasiyanı asanlaşdırır.

Peptidlər qocalma prosesini və piqment ləkələrin əmələ gəlməsini ləngidir, qırışları hamarlayır, yenilərinin qarşısını alır.

Peptid kompleksi kollagen sintezini aktivləşdirir, destruksiyanı tormozlayır, hüceyrələri bərpa edir. Bundan əlavə yaş fonundakı dəyişiklikləri azaldır, epidermisi nəmləndirir.

Mineral, koenzim, amin turşusu kompleksi antioksidant müdafiəsini həyata keçirir.

Aquashine Soft Filler foto

Aquashine Soft Fillerin üstünlüyü

Tərkib komponentləri: asetil dekapeptid -3 (Rejuline) və oliqopeptid -24 (EDP-3) sayəsində daha uzunmüddətli effektiv nəticə əldə edilir. Asetil dekapeptid dərini qidalandırır, yeniləyir, kollagen və elastin ifrazını stimullaşdırır. Bir sözlə, dermanin hüceyrədaxili səviyyədə cavanlaşmasına kömək edir.

Oliqopeptid-24 isə büküşlərdəki boşluğu dolduraraq, kollagen liflərinin əmələ gəlməsinə və dermanın tonusunun yüksəlməsinə səbəb olur. Maksimal liftinq effekti 2 həftə sonra bilinir.

Aquashine Soft Filler necə istifadə olunur?

İnyeksiyaları 14-15 günlük fasilə ilə 3-4 dəfə etmək məsləhətdir. Nəticənin uzunmüddəli olması üçün 1 ildən sonra  2-3 prosedur aparıla bilər.

Prosedura göstərişlər

Biorevitalizant Aquashine Soft Filler 35-40 yaşlı pasiyentlər üçün baza fillerdir. Bu yaşlarda artıq qocalmanın ilkin əlamətləri üzə çıxır. Fillerin tətbiqi ilə ümumi regenerasiya, üz, boyun, əl və dekolte dərisinin dartılması əldə edilir.

Aquashine Soft Filler foto 2

Aquashine Soft Fillerin tətbiqinə əks-göstərişlər

Filler hamilə və süd verən qadınlara, infeksion və onkoloji xəstələrə, şəkərli diabet və laxtalanma pozğunluqlarından əziyyət çəkən şəxslərə qadağandır.

Aquashine Soft Fillerin yan təsirləri

Bəzi qadınlarda inyeksiya nahiyəsində qızartı, şişkinlik yarana, dərinin rəngi dəyişilə bilər. Bu əlamətlər bir neçə gün ərzində keçib gedir.

Aqushine Soft Filler qiyməti

Preparatın qiyməti 140 AZN-dir. Qutuda 1 ədəd şpris vardır. Preparatın həcmi 2 ml, hialuron turşusunun konsentrasiyası isə 15 mq/ml təşkil edir.

Qiymət kosmetoloq xidmətindən, gözəllik və ya tibb mərkəzindən, fillerin dozasından asılı olaraq dəyişə bilər.

Bu yazını paylaş:
Yazını qiymətləndirin:
3.3/5 - (10 səs)
Şərhlər
Bu yazıya ərh yazılıb

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir