Teosyal redensity 2

Teosyal redensity 2 və Teosyal redensity 1 İsveçrənin məşhur “Teoxane” şirkətinin biorevitalizasiya, eləcə də kontur plastika məqsədilə istehsal etdiyi fillerlərdir. Teosyal redensity 2 – sintetik hialuron turşusu əsasında hazırlanır. Bu preparat gözətrafı qırışların, gözaltı qaraların, torbacıqların kənarlaşdırılması üçün nəzərdə tutulmuşdur.
Teosyal redensity 2 haqqında
Preparatın təsir maddəsi xüsusi texnika ilə aşağı temperaturda istehsal olunan hialuron turşusudur. Onun tərkibinə həmçinin amin turşuları, antioksidantlar, mineral elementlər (sink və mis), B6 vitamini və lidokain (ağrıkəsici) daxildir.
Tətbiqinə göstərişlər
- Gözaltı qaralar;
- Göz kənarındakı qaz ayaqları (qırışlar);
- Göz qapaqlarının yırtığı (torbacıqlar) və s.
Teosyal redensity 2 necə istifadə olunur?
Prosedur aşağıdakı ardıcıllıqla aparılır:
- Həkim kosmetoloqun diaqnostikası;
- Makiyajın silinməsi;
- İnyeksiya zonasının yod-povidon və ya xlorheksidin biqlükonatla dezinfeksiyası;
- İnyeksiya;
- Yeridilmə nahiyəsinin yüngül masajı;
- Sakitləşdirici və sağaldıcı preparatların çəkilməsi.
Gözətrafı hissənin kontur plastikasının ən önəmli məqamı problemin öncədən diaqnostikasıdır. Bu belə baş verir: həkim oturaq vəziyyətdə başını arxaya əyən pasiyentin göz almalarını yüngülcə sıxır. Bu yolla göz yuvasının kənarlarını müəyyənləşdirir. Həmçinin ödemin limfa sisteminin çatışmazlığı ilə əlaqəli olub-olmamasını dəqiqləşdirir. Aşağı göz qapağında dəri toxumasının artığına diqqət yetirir.
Teosyal redensity 2 preparatının yeridilmə qaydası
Gözətrafı nahiyənin plastikası üçün filler supraperiostal (sümüküstlüyünün yuxarısı), suborbital (gözaltı) piyə ehtiyatla yeridilir.
Teosyal redensity 2 fillerinin effekti neçə müddətdir?
Gözətrafı nahiyənin anatomik və fizioloji xüsusiyyətlərini nəzərə alaraq, prosedur zamanı tam korreksiya edilmir. Nəticəni tamamlamaq məqsədilə 1 ay sonra II seans aparılır. Preparatın effekti 1 ilə qədər qalır.
Fillerin dozalanması
Preparatın dozası korreksiya olunan zonanın ölçüsündən, pasiyentin fərdi xüsusiyyətlərindən asılıdır. Davamlı nəticənin əldə edilməsi və əlavə mənfi təsirin olmaması üçün 1 dəfəyə 0.5 ml-dən artıq preparat yeridilmir.
Preparatın əlavə mənfi təsirlərı
Pasientlərin rəylərinə əsasən ciddi mənfi təsirlər müşahidə olunmamışdır. Prosedurdan sonra dəridə qızartı, göyərmə, qansızma, şişkinlik və dartılma hissi baş verə bilər. Bu əlamətlər 1-2 gün müddətində keçib gedir. Daha ciddi narahatlıqlar sırasına infeksiyalaşma, ağrı və preparata qarşı allergiya daxildir.
Preparata əks-göstərişlər
- Hamiləlik və südvermə dövrü;
- Dəridə iltihabi proses;
- Autoimmun xəstəliklər;
- Qanın laxtalanma pozğunluğu;
- 18 yaşdan kiçik şəxslər.
Prosedurdan sonra nələrə riayət edilməlidir?
İnyeksiyadan sonra 2 həftə ərzində özünüzü yüksək və ya aşağı temperaturdan, həmçinin günəş şüalarından qoruyun. Sauna, hovuz və idman məşqlərini təxirə salın.
3 gün ərzində dekorativ makiyaj çəkməyin. Qan durulaşdırıcı dərmanlar içməyin. Göz və gözətrafını zərbədən, küləkdən qoruyun.
Teosyal redensity 2 qiyməti
Preparatın qiyməti 348 AZN təşkil edir. Konsentrasiyası 15mq/qr-dır. Qutuda 2×1 ml preparat yerləşdirilir. Hər şprisin həcmi 1 ml-dir. İynə sayı 4-dür.