Teosyal Redensity 1

Hialuron turşusu əsasında hazırlanılan Teosyal Redensity 1 – İsveçrənin “Teoxane” şirkətinin biorevitalizasiya üçün brend preparatıdır. O, dərini təravətləndirir, dəri karkasını bərpa edir, üz ovalını dartır. Həmçinin qırışları hamarlaşdırır, üzə parlaqlıq və canlılıq bəxş edir.
Teosyal Redensity 1 preparatının tərkibi
Yaş artdıqca dermada hialuron turşusu sintezinin ləngiməsi ilə əlaqədar dəri örtüyü quruyur, solğunlaşır və qırışır. Hialuron turşusu hüceyrələrin hidratasiyasına (nəmlənməsinə) cavabdehlik daşıyan maddədir. 25 yaşdan sonra onun sintezi azalır, dəri elastikliyini itirir, qırışlar əmələ gəlir.
Gözəlliyinizi qorumaq üçün Teosyal Redensity 1 ilə biorevitalizasiya və mezoterapiya prosedurları çox effektivdir.
Preparatın əsasını proteinlərdən və endobakteriyalardan təmizlənmiş qeyri-heyvani mənşəli, 15 mq/qr konsentrasiyalı hialuron turşusu təşkil edir. Əlavə olaraq, tərkibinə 3 antioksidant, 8 amin turşu, B6 vitamini, sink və mis daxildir. Belə bir kokteylin 1-2 inyeksiyasından sonra nəticə dərhal görünür.
Teosyal Redensity 1 preparatının effektləri
Biorevitalizasiya kursundan sonra dərinin əvvəlki gənc vəziyyəti bərpa olunur. Üz hamar və dartılmış görünüş alır. Məsamələr daralır, dərinin rəngi xoşagəlimli və parlaq hala gəlir. Dəridəki fibroblastların aktivləşməsi hesabına yeni elastin və kollagen molekulları əmələ gəlir. Qaz ayaqları (gözətrafı) qırışlar yox olur.
Teosyal Redensity 1 dəriyə necə yeridilir?
Preparat bir neçə texnika ilə istifadə olunur.
Multibolyus texnikası üz və dekolte nahiyəsinin cavanlaşması üçündür. Prosedur zamanı dermanın orta qatlarına nöqtəvi formada 0.05 ml-lik inyeksiyalar vurulur. Bu inyeksiyaların arasında 1 sm məsafə saxlanılır. Nəticədə dərinin rəngi yaxşılaşır, elastikliyi artır, xırda qırışlar açılır, üz ovalı dartılır.
Retroqrad texnikada preparat dermanın orta qatlarına dəri səthinə paralel şəkildə yeridilir. İnyeksiyadan sonra həmin hissə azacıq masaj edilir.
Prosedurdan dərhal sonra dəri dənəvari formada, qızartılı və şişkin görünə bilər. Bu əlamətlər bir neçə saat ərzində keçib gedir.
Prosedurun nəticəsi
Preparatın yeridilməsindən 10-14 gün sonra dəri xeyli aktivləşir. Amin turşuları elastin və kollagen liflərinin əmələ gəlməsini stimulə edir. Teosyal Redensity gözaltı qaraların itməsinə, üz cizgilərinin vizual cavanlaşmasına, turqorun möhkəmlənməsinə, qırışların açılmasına səbəb olur.
Teosyal ilə biorevitalizasiya prosedurunun effekti 3 ay müddətində saxlanılır.
Prosedurdan sonra nələrə riayət edilməlidir?
Biorevitalizasiyadan əvvəl iltihabəleyhinə dərmanlar, C, E vitaminlərinin qəbulu, solyari və idman məşqləri qadağandır.
İnyeksiyadan sonra 1-3 gün müddətində stomatoloqa getmək, dekorativ kosmetika çəkmək, idmanla məşğul olmaq, təyyarə ilə səyahət qadağandır. 2 həftə boyunca açıq günəş altında qalmaq, saunaya, hovuza getmək olmaz.
Teosyal Redensity 1 preparatının istifadəsinə əks göstərişlər
- Hamiləlik və südvermə dövrü;
- Epilepsiya
- Autoimmun xəstəliklər
- Çapıqlaşmaya meyllik
- Kəskin respirator virus xəstəliyi
- Kəskin fazada herpes infeksiyası
Teosyal Redensity 1 qiyməti
Preparatın qiyməti 170 AZN-dir. Qutuda 2×1 ml şpris və 4 ədəd iynə vardır.
Qeyd
Teosyal Redensity cizgisinin digər preparatı Teosyal Redensity 2 eyni konsentrasiyada olmasına baxmayaraq, dolğu üçün nəzərdə tutulur.
Salam ,bir meslehet almaq isterem ,men plazmaya getdim, mesamekerin daralmasi ucun gedirdim,istenediyim bir sey uzum ariqladi ,sizce bu nedendir ?
Salam. Bu prosedurla üz arıqlaması arasında əlaqə yoxdur. Bəlkə ümumən çəki itirmisiz, onunla bağlı üzünüz arıqlayıb.
Bu mezoterapiya iynesinden ala bilerem
Salam. Biz satışla məşğul olmuruq.