Dəri həkimi
Dəri həkimi, yəni dermatoloq dəri və onun artımlarının (dırnaqlar, saçlar) quruluşu, funkisiyası, həmçinin xəstəliklərinin diaqnostikası, müalicə-profilaktikası ilə məşğul olur.
Dəri həkimi dərinin yoluxucu, irsi, autoimmun patologiyalarını müalicə edir. Əhalinin profilaktik müayinəsi və dispanserizasiyasını aparır.
Müəssisədə veneroloq fəaliyyət göstərmədikdə cinsi yolla keçən xəstəlikləri, trixoloq olmadıqda isə saç tökülməsinin müalicəsi, digər saç və dırnaq problemləri ilə məşğul olur.
Dəri həkimi hansı vəzifəni yerinə yetirir?
- Dermatoloji xəstəlikləri müalicə edir;
- Dərinin estetik problemləri ilə məşğul olur;
- Dərinin endokrinoloji problemlərində (akne, sızanaq) xəstələrə müxtəlif kremlər, maskalar tövsiyə edir;
- Qribok xəstəliyinin müalicəsi ilə məşğul olur;
- Saç tökülməsi və keçəlliyin qarşısını alır;
- Dermatoloji təzahürlü autoimmun xəstəlikləri (qırmızı qurd eşənəyi, dermatomiozit, sklerodermiya) nəzarətdə saxlayır;
- Cinsi yolla yoluxan dermatoloji xəstəliklərin diaqnostika və terapiyası ilə məşğuldur.
Dəri həkimi peşəsinin tarixi
Hələ eramızdan əvvəl 1500-ci ildə alimlər dermatoloji xəstəlikləri sistemləşdirməyə cəhd etmişlər. Ancaq bir elm sahəsi kimi dermatologiyanın banisi italiyalı Merkurialis hesab olunur. O, e.ə. 1571-ci ildə dəri xəstəliklərinə aid məcmuə hazırlamışdır. XVIII əsrdə Plenk dermatoloji patologiyaları 14 sinfə bölməklə, təsnifat yaratmışdır. Bu morfoloji təsnifatdan hazırda da istifadə olunur.
Müasir dermatologiya alimlər üçün geniş imkan açır. Çünki dermatozların bir çoxunun, eləcə də dəridə yaranan bir çox xəstəliklərin inkişaf mexanizmi hələ tam dəqiqləşdirilməmişdir.
Dəri həkiminin öhdəlikləri
- Dəridəki xəstəliklərin diaqnostika və müalicəsi;
- Epidemiyaəleyhinə tədbirlərdə iştirak, dəridəki yoluxucu patologiyaların yayılma riskində gigiyena-epidemioloji stansiyalarla əməkdaşlıq;
- Dispanserizasiya;
- Dermatoloji prosedurların aparılması;
- Tibbi sənədləşdirmə.
Dermatoloqa tələblər
- Ali tibbi təhsil
- Xəstələrlə işləmək bacarığı
- İş təcrübəsi
Xülasə
Dəri həkimi sonradan ixtisaslaşıb həkim kosmetoloq vəzifəsini də yerinə yetirə bilər.
dokdor salam.menim uz derim cox boşalib 29 yasim var ozum xanimam indiden uzumde qrislar emele gelib neyniye bilerem mene meslehet verin da zehmet olmasa derimde quruduu.bu tebii maskalarada inanmiram kii derini duzeldee.
Salam. Quru dəri qırışlara daha çox meylli olur. Bu səbəbdən indidən tədbir görməlisiniz. Üz dərisi nəmləndirilməlidir. Düzgün istiqamət vermək üçün mütləq müayinə olunmalısınız. Çünki kosmetik üsullar, vasitələr hər xanım üçün fərdi qaydada seçilməlidir.