Lip fillers

12 Dekabr 2019 Kateqoriya: Kosmetoloji prosedurlar Müəllif: Aygün Hüseynova
Oxuma vaxtı: 4 dəq Oxunma sayı: 1774
Lip fillers foto 1
5/5 - (1 səs)

Lip fillers vasitəsilə dodaq dolğusunun məşhurluğu günbəgün artır. Hazırda 100-dən çox lip fillers preparatı mövcuddur. Lip fillers sözünün hərfi tərcüməsi dodaq dolğusu filleridir.

Lip fillers – növləri

Preparatların 2 növü vardır: biosintetik və təbii. Natural, yəni təbii dodaq fillerləri təhlükəsizliyi, biosintetik preparatlar isə daha çox qalıcılığı ilə seçilir. Buna baxmayaraq, həkim kosmetoloqlar təbii fillerləri məsləhət görürlər. Belə ki, biosintetik preparatlar zamanla başqa nahiyəyə yerini dəyişib, dodaq konturlarını eybəcərləşdirə bilər.

Lip fillers – yeridilmə texnikası

Texnika seçimi preparatdan və prosedurun məqsədindən asılıdır. Əgər dodağa azacıq həcm vermək lazımdırsa, səthi yeridilmə; iri həcm, kontur düzəltmə, defekt bərpası və s. tələb olunduqda isə dərin yeridilmə tətbiq edilir.

Səthi üsulün texnikası kanyula (dəlikli boru) vasitəsilə preparatın 3-4 mm dərinliyə yeridilməsindən ibarətdir. Dolğunun nahiyəni doldurması və toxumanı bir qədər qaldırması kifayət edir. Çapıqların, asimmetriyanın aradan qaldırılması zamanı dərin yeridilmə texnikası ilə iynəni 10 mm-ə qədər batırırlar.

Lip fillers foto 2

Hansı lip fillers daha effektiv sayılır?

Günümüzdə həm biosintetik, həm də təbii preparatlara təlabat vardır. Ən məşhur preparatlara hialuron turşusu əsaslı təbii fillerlər aiddir.

Juvederm Voluma

Juvederm Voluma – “Juvederm” cizgisinin ən yüksək sıxlıqlı preparatıdır. Bu filler Fransanın “Allergan” şirkətinin məhsuludur. Gel yalnız dodaq filleri qismində deyil, çənə formasının korreksiyası, üzün konturlaşdırılmasında da istifadə edilir. Onun təsiri uzunmüddətlidir. Mənfi təsirləri demək olar ki, yoxdur. Tərkibinə inyeksiyanı asanlaşdıran, ağrısızlaşdıran anestetik əlavə edilmişdir.

Belotero intense

Almaniyada istehsal edilən yüksək keyfiyyətli fillerdir. Öz cizgisində yüksək konsentrasiyalı hialuron turşusuna görə fərqlənən ən sıx geldir. Mürəkkəb qüsurların aradan qaldırılmasında və lip fillers qismində mükəmməldir.

Surgiderm 30 XP, Surgiderm 24 XP Source

Fransa istehsalı olan hər iki preparatın tərkibində yüksək konsentrasiyalı hialuron turşusu vardır. Onlar bir-birindən sorulma sürətinə görə fərqlənir. Fillerlər istənilən kosmetoloji problemin həllində istifadə oluna bilər.

Princess volume

Avstriya məhsuludur. Yüksək konsentrasiyalı hialuron turşusuna malik olması, tərkibi və xüsusi texnologiya ilə istehsalı onu digər fillerlərdən fərqləndirir. Dodaq konturlarını daha cazibədar etmək və dodaqlara həcm vermək üçün ideal lip fillers hesab olunur.

Lip fillers foto

YvoireVolume

Cənubi Koreya istehsalıdır. Mürəkkəb problemlərin həllində istifadə olunur. Alman və Fransız preparatlarına güclü rəqib sayılır.

Sculptra

Yeni nəsil biosintetik lip fillers sırasına aiddir. Fransada istehsal olunan poli-L-süd turşusu əsaslı, təhlükəsiz preparatdır. Kollagen sintezini sürətləndirir. Dodaq formasını yaxşı saxlayır, orqanizm tərəfindən qəbul olunur.

Teosyal Kiss

İsveçrə istehsalı olan keyfiyyətli geldir. Hialuron turşusunun konsentrasiyası yüksəkdir. Dodaqların asimmetriyasında, sallanmasında, eləcə də dodağa həcm vermək məqsədilə tətbiq edilir.

Restylane Lipp

İsveçdə buraxılır. Kiçik dodaqları böyütmək, düzgün forma vermək, təravətləndirmək, dodaqətrafı kiçik qırışları açmaq üçündür.

Lip fillers qiyməti

Bəzi insanlar düşünür ki, keyfiyyətli fillerin qiyməti baha olmalıdır. Ancaq həqiqətdə bu belə deyil. Tələb və istəkləri nəzərə almaqla, optimal qiymətə effektiv filler tapmaq mümkündür.

Lip fillers qiymət cədvəlini Sizə təqdim edirik:

Preparatın adı

Həcmi

Qiyməti (AZN)

Juvederm voluma 2x1ml

405

Belotero intense

2x1ml 480
Surgiderm 30 XP 2×0.8ml

295

Surgiderm 24 XP source 2×0.8ml

290

Princess volume

1x1ml 130
Yvoire volume 1x1ml

150

Sculptra

2x150mg 470
Teosyal kiss 2x1ml

340

Restylane lipp 1x1ml

460

Xülasə   

Lip fillers ilə dodaq dolğusu çox bahalı olmasa da, məsuliyyətli prosedurdur. Bu səbəbdən kosmetoloq seçiminə ciddi yanaşmanız tövsiyə edilir.

Bu yazını paylaş:
Yazını qiymətləndirin:
5/5 - (1 səs)
Şərhlər
Bu yazıya ərh yazılıb

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir