Juvederm smile

29 Noyabr 2019 Kateqoriya: Kosmetoloji prosedurlar Müəllif: Aygün Hüseynova
Oxuma vaxtı: 3 dəq Oxunma sayı: 898
Juvederm smile foto
5/5 - (1 səs)

Fransanın Allergan şirkətinin “Juvederm” brendinin Juvederm smile preparatı dodaq dolğusu və ağızətrafı qırişların korreksiyası üçün nəzərdə tutulmuşdur.

Preparat firmanın klassik məhsullarından biridir. Bütün dəri tiplərinə uyğundur. Tərkibinə daxil olan komponentlər optimal şəkildə seçilmişdir:

  • Hialuron turşusu. Qeyri-heyvani mənşəlidir. Toxumaların maksimum nəmlənməsini və həcmin böyüməsini təmin edir. Hipoallergendir.
  • Lidokain (anestetik). Fillerin asan yeridilməsi və ağrının neytrallaşması üçündür.
  • Fosfat buferi. Effektin qalıcı olmasını təmin edən əlavə komponentdir.

Nəticə uzunmüddətli olduğundan il ərzində korreksiyaya ehtiyac qalmır.

Juvederm smile foto 2

Juvederm smile nə üçün istifadə olunur?

Preparat əksərən dodaqların korreksiyası məqsədilə tətbiq edilir. İstənilən yaş kateqoriyasına uyğundur. Gelin köməyilə anadangəlmə nazik dodaqlar böyüdülür, onlara düzgün forma verilir. Bundan əlavə sallanmış ağız bucaqları dartılır, ağızətrafı qırışlar və büküşlər aradan qaldırılır.

Juvederm smile həmçinin yanaq dolğusunda və çənədəki dərin qırışların açılmasında istifadə edilə bilər. Gel təbiiliyi qorumaqla dodaqların həcmini böyüdür, konturlarını nəzərəçarpan edir. Dodaq səthinin dərisi daha yumşaq və parlaq olur. İlk inyeksiyadan preparatın təsirini görmək mümkündür. Lakin yekun nəticə 3-4 həftə sonra bilinir.

Juvederm smile preparatının əlavə mənfi təsirləri varmi?

Əksər hallarda inyeksiyasdan sonra gelin qeyri-bərabər paylanması müşahidə olunur. Bundan əlavə kiçik qansızmalar, şişkinlik, səpki şəklində allergik reaksiyalar və dərinin qaşınması izlənilə bilər. İynə batırılan nöqtələrdə yüngülvari ağrı hissiyatı və bərkimə yaranır.

Juvederm smile foto 1

Juvederm smile üçün ehtiyat tədbirləri

Ağırlaşma riskini azaltmaq məqsədilə müəyyən qaydalara əməl etmək lazımdır. Həkim-kosmetoloq konsultasiya əsnasında qadınları bu haqda məlumatlandırır. Belə ki :

  • Filler yeridildikdən sonra 2 sutka ərzində dekorativ kosmetikadan (əsasən pomada) istifadə edilməməlidir;
  • 2 həftə ərzində günəş vannası qəbul etmək, solyariyə getmək qadağandır;
  • 14 gün müddətində sauna, hamam, hovuz, çimərlik, SPA prosedurlardan imtina olunmalıdır;
  • Aqressiv kosmetik prosedurlardan (məsələn, pilinq, əlavə inyeksiyalar) qaçılmalıdır;
  • İlk günlərdə iynə nahiyəsi özbaşına masaj edilməməlidir.

Juvederm smile inyeksiyasına əks-göstərişlər

  • Hamiləlik və südvermə dövrü;
  • Çapıqlaşmaya meyllik;
  • Fillerin tərkib komponentlərinə fərdi həssaslıq və ya allergiya;
  • Epilepsiya, autoimmun xəstəliklər;
  • Xroniki xəstəliklərin kəskinləşməsi;
  • Dəridə iltihabi və ya digər patoloji proseslər (herpes, ekzema).

Filleri gözaltı və göz qapağı nahiyəsinə yeritmək olmaz.

Juvederm smile qiyməti

Preparatın qiyməti 255 AZN-dir. Qutuda 2 şpris 4 iynə vardır. Preparatın həcmi 2×0.55 ml, konsentrasiyası 24 mq/ml-dir.

Qiymət preparatın dozasından, kosmetoloq xidmətindən, gözəllik və ya tibb mərkəzindən asılı olaraq dəyişə bilər.

Bu yazını paylaş:
Yazını qiymətləndirin:
5/5 - (1 səs)
Şərhlər
Bu yazıya ərh yazılıb

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir