Juvederm ultra 4
Juvederm ultra 4 – Fransanın Allergan şirkətinin məhsuludur. Preparat dərin qırışların doldurulması, burun-dodaq büküşlərinin açılması, üz ovalının korreksiyası və dodaq dolğusu məqsədilə tətbiq edilir.
Gelşəkilli substansiya 3D matrix texnologiyası ilə sintez edilir. Onun əsas komponenti hialuron turşusudur. Preparat qeyri-heyvani mənşəli, elastik və həmcins olub, hialuronidazanın təsirinə davamlıdır.
Sıx strukturlu fillerlə mükəmməl nəticə
Gelin tərkibində 24 mq/ml hialuron turşusu ilə yanaşı pH 7.2 fosfat bufer vardır. Bu isə inyeksiya sonrası şişkinliyin əmələ gəlməsini nisbətən azaldır. Həmçinin 3 mq/ml lidokain məhlulu proseduru ağrısız yerinə yetirməyə imkan verir. Juvederm ultra 4 toxumalarda yaranan həcm defisitini doldurmaqla bərabər, dərinin nəmlənməsinə və kollagen sintezinə səbəb olur. Kollagen isə öz növbəsində yeni qırışların yaranmasının qarşısını alır. Preparat tamamən təhlükəsiz və sterildir.
Juvederm ultra 4 istifadəsinə göstərişlər
Filler qırışların korreksiyası və dərin büküşlərin açılması üçün nəzərdə tutulmuşdur. Dolğu dərialtı yeridilərək, hialuron turşusu deposu yaradır. Nəticədə qırışlar aşılır, dəri relyefi hamarlaşır. Gelin tərkibindəki lidokain sayəsində inyeksiya ağrısız şəkildə yerinə yetirilir. Preparatdan həm də dodaq formasının korreksiyası və həcmin böyüdülməsi məqsədilə istifadə edirlər.
Fillerin bu növü 40 yaşdan sonrakı dəyişikliklərlə mübarizədə effektiv vasitədir. Juvederm ultra 3 və Juvederm ultra 2 ilə müqayisədə daha sıx struktura malikdir. Retikulyasiya (stabilizasiya) dərəcəsi yüksəkdir. Əldə olunan nəticə 12 aya qədər qalır.
Juvederm ultra 4 hansı təsirlərə malikdir?
- alın və çənənin dərin qırışlarını aradan qaldırır;
- qaşarası və burun-dodaq büküşlərini hamarlayır;
- dodaqlara həcm verir, dolğun və nəzərə çarpan kontur yaradır;
- qulaq sırğalığını böyüdür;
- sallanmış üz ovalını dartır;
- yanaq dolğusu kimi effektivdir.
Geli paraorbital (gözətrafı) nahiyəyə, aşağı göz qapağının ətrafına yeritmək olmaz.
Juvederm ultra 4 gelinin effektivliyi
Arzuolunan nəticəni görmək üçün əksər hallarda 1 prosedur kifayət edir. Yekun nəticə inyeksiyadan 24 saat sonra bilinir. Bu müddətdə gel dəri daxilində genişlənərək, tam şəkildə formasını alır.
Preparatın bu xüsusiyyətini dodaqlara həcm verərkən nəzərə almaq lazımdır. Çünki inyeksiya zamanı həcmin azacıq böyüdüyünü görən xanımlar dozanın artırılmasını istəyə bilərlər. Belə vəziyyətlərdə ertəsi gün dodaqlar həddindən artıq böyük görünür.
İnyeksiyadan sonra gelin bərabər paylanması üçün fillerin yeridildiyi nahiyə ehtiyatla masaj edilir. Preparatın dozası həkim kosmetoloq tərəfindən seçilir.
Preparata əks-göstərişlər
Aşağıdakı hallarda preparatın yeridilməsi qadağandır:
- epilepsiya;
- porfiriya (piqment mübadiləsinin irsi pozğunluğu);
- autoimmun xəstəliklər;
- çapıqlaşmaya meyllik;
- preparatın istənilən komponentinə qarşə fərdi allergiya;
- xroniki xəstəliklərin kəskinləşmə dövrü, kəskin respirator virus xəstəlikləri, qızdırma;
- inyeksiya nahiyəsində göbələk xəstəliyi, papilloma;
- antikoaqulyant qəbulu;
- hamiləlik və süd vermə dövrü.
Preparat lazer, kimyəvi pilinqlə birlikdə tətbiq olunmamalıdır. Eləcə də damar, əzələ daxilinə yeridilməməlidir. İnyeksiyadan dərhal sonra qızartı, ödem yaranır. Bu əlamətlər 3-7 gün ərzində itir.
Prosedurdan sonra nələrə riayət olunmalıdır?
Gel yeridildikdən 14 gün ərzində aşağıdakılardan uzaq durmaq lazımdır:
- hovuz, çimərlik, hamam, sauna, spa;
- dekorativ kosmetika;
- idman;
- çox aşağı və ya əksinə yüksək temperaturlu məkanlar;
- günəş süalarının təsiri.
Juvederm ultra 4 qiyməti
Juvederm ultra 4 preparatının qiyməti 350 AZN-dir. Qutuda hər biri 1.0 ml olmaqla 2 ədəd şpris, 4 ədəd iynə vardır.
Kosmetoloqdan, preparatın dozasından, qırışların dərinliyindən, seçdiyiniz gözəllik və ya tibb mərkəzindən asılı olaraq qiymət bir qədər dəyişə bilər.