Çapıq üçün maz
Bir sıra xəstəliklər, eləcə də cərrahi əməliyyatlardan sonra üz və bədən nahiyəsində müxtəlif formada, ölçüdə çapıqlar qalır. Aptekdən çapıq üçün maz əldə etməklə, izləri azalda və ya tamamən itirə bilərsiniz.
Çapıq üçün maz necə təsir edir?
Çapıq əleyhinə bir çox mazların sorucu effekti vardır. Bu vasitələr inert silikon əsasında hazırlanılır. İnert silikon digər dərman preparatları ilə reaksiyaya girmir, orqanizmə mənfi təsir göstərmir. Çapıq üçün maz alarkən mütləq onun tərkibinə diqqət yetirin.
Kelofibraza (Kelofibrazse)
Kelofibraza – Almaniya istehsalı olan silikon tərkibli kremdir. Kolloid çapıqlarda, əməliyyat sonrası yara izlərində və hematomalarda tətbiq olunur. Hamilə və südverən qadınlar onu rahatlıqla çəkə bilər. Maz doğuş sonrası dəri çatlarında (striyalarda) da effektivdir.
Sutkada 2-3 dəfə qalın qatla problemli nahiyəyə sürtülür. Mülaicə kursu bir neçə həftədən 6 aya qədərdir.
Preparat 25 və ya 50 qramlıq qablaşmada buraxılır. Qiyməti 38-40 AZN arasında dəyişir.
Zeraderm ultra
Zeraderm ultra çapıq əleyhinə silikon tərkibli mazdır. Aktiv oksigen, A və E vitaminləri ilə zəngindir. Tikiş yerlərini, Qeysəriyyə kəsiyindən sonra qalan izləri görünməz edir.
Sutkada 2 dəfə çəkilir. Müalicə kursu 2-3 aydır. Preparatın həcmi 15 qram, qiyməti isə 52-55 AZN təşkil edir.
Sodermiks
Çapıq üçün nəzərdə tutulan bu maz patentləşdirilmiş aktiv bitki inqrediyenti – yaşıl pomidor ekstraktından ibarətdir. Çapıqların, həmçinin çatların müalicəsində arzuolunan nəticələr verir. Antioksidant təsirə malikdir. Preparatı dermatitlərdə də istifadə etmək mümkündür.
Gündə 2 dəfə çəkilir. Müalicə kursu 3 aydır. Qiyməti 45-48 AZN-dir.
Klirvin
Klirvin – çapıq, piqment ləkələri, sızanaq, yara izlərini müalicə edir. Bu məhsul dərman bitkilərinin ekstraktlarından, E vitamini və antioksidantlardan hazırlanır. Preparat gözaltı qaralar və torbacıqlarla mübarizə aparır.
Gün ərzində 2-3 dəfə sürtülür. Müalicə 5-6 həftə davam edir. Mazın qiyməti 4-5 AZN-dir.
Çapıq üçün maz – Kontratubeks
Kontratubeks – epidermisin yumşalması və hamarlaşması üçündür. Köhnə çapıq hallarında effektiv sayılır. Onun aktiv maddəsi allantoin və heparindir.
Gündə 1-2 dəfə problemli nahiyəyə yaxılır. Müalicə kursu 1-3 ay davam edir. Qiyməti qutunun böyüklüyündən asılı olaraq, 16-20 AZN arasında dəyişir.
Dermatiks
Silikon əsaslıdır. Yanıq və travmadan sonra formalaşan çapıqlara qarşı istifadə edilir. 5-7 həftə müddətində gündə 2 dəfə dəriyə nazik qatla çəkilir. Preparatın 15 mq-nın qiyməti 32-35 AZN-dir.
Çapıq üçün maz – Solkoseril
Toxumaların regenerasiyasını artırır. İstifadədən öncə dəri həkimi ilə məsləhətləşmək lazımdır. Maz 1-4 ay ərzində gündə 2-3 dəfə nazik qatla çəkilir. Onun 20 qramı 7-10 AZN-dir.
Keratan
Antibiotik tərkibli maz olub, epidermisi hamarlayır və bərpa edir. Gündə 3-4 dəfə problemli nahiyəyə çəkilir. Müalicə 2 həftədən 2 aya qədər davam edir. Qiyməti 27-30 AZN-dir.
İxtiol mazı
Çapıq üçün universal və səmərəli mazdır. Göbələk xəstəliyi və dermatozlarda da yararlıdır. Antiseptik təsirə malikdir.
Maz gündə 2-3 dəfə təmiz dəriyə sürtülür. Kursun müddəti 3 həftədən 2 aya qədərdir. Qiyməti 3-4 AZN-dir.
Vişnevski mazı
Dərinin müxtəlif defektləri: akne, sızanaq, çapıq, çatlar üçün effektivdir. Antiseptik xüsusiyyətləri vardır. Sutkada 2 dəfə nazik qatla çəkilir. Müalicə kursu 3 həftədən 2-3 aya qədərdir. Qiyməti 2.6-3 AZN-dir.
Çapıq üçün maz – Madekassol
Mikrob əleyhinə təsir göstərir, regenerasiya prosesini stimulə edir. Əməliyyat sonrası çapıq və yara izlərində effektivdir. Sutkada 2 dəfə çəkilir. Müalicə kursu 1.5-2 aydır. Maz Türkiyə və İsveçrədə istehsal olunur. Qiymət 10-18 AZN arasındadır.
Preparat bir qədər çətin tapıldığından onu internet mağazalardan da sifariş etmək olur.
Epitoneks
Dəriyə qulluq üçün nəzərdə tutulan çoxfunksiyalı vasitədir. Çapıqların sorulmasında, yara izlərinin sağalmasında, piqment ləkələrində faydalıdır. 2-3 ay ərzində gündə 2-3 dəfə dəriyə çəkilir. 35 ml-lik mazın qiyməti 7-8 AZN-dir.
Lidaza
Aktiv maddəsi hialuron turşusudur. 1.5-2 ay müddətində gündə 2-3 dəfə istifadə edilir. Dərmanı nazik qatla çəkmək lazımdır. Preparatın qiyməti 10-12 AZN-dir.
Metilurasil
Çapıq üçün maz kateqoriyasına daxildir. Sutkada 1-2 dəfə çəkilir. Öncədən dəri antiseptiklə təmizlənməlidir. Mülaicə kursu 5 həftədən 3 aya qədərdir. Qiyməti 8-9 AZN-dir.
Xülasə
Məqalədə çapıq üçün maz qismində ən yaxşı preparatların siyahısını təqdim etdik. Məlumatların Sizə fayda verəcəyinə ümid edirik.
)
Hansi daha meslehetdi