Dermatoz
Dermatoz yunan sözü olub, tərcümədə derma – dəri mənasını verir. Dermatoz nədir sualına gəldikdə isə bu termini belə ifadə etmək olar: dermatoz xarici və daxili faktorların təsisirindən yaranan dəri patologiyalarının ümumi adıdır.
Dermatoz hansı xarici təsirlərdən yaranır?
- Şəxsi gigiyena qaydalarına əməl etməmək – gec-gec və yaxud tez-tez, eləcə də kobud formada yuyunmaq;
- Temperatur təsiri – yanıqlar, günəş şüaları, soyuq hava, külək, solyari;
- Kimyəvi təsirlər – məişətdə istifadə olunan kimyəvi maddələr, dəriyə qulluq vasitələri, kosmetika, peşə zərərləri;
- Müxtəlif allergenlər – toz, kif, yun, heyvan tükü, qida məhsulları, dərman vasitələri;
- Narahat geyim və ayaqqabılar – sintetik materiallardan hazırlanan geyimlər, xüsusilə alt paltarları, dar ayaqqabılar;
- Dəri infeksiyalarının aşkarlandığı xəstələrlə təmas.
Dermatozun inkişafına şərait yaradan daxili faktorlara mövcud xroniki xəstəliklərin kəskinləşməsi aiddir.
Dermatoz necə təzahür edir?
Xəstəliyin simptomatikası 2 qrupa bölünür:
- adi gözlə görünən – dəridə dəyişikliklər, ləkələr, övrə, xora və qabarcıqlar;
- hiss olunan əlamətlər – dərinin qaşınması, göynəmə, keyimə.
Diaqnozu dəqiqləşdirmək məqsədilə dəri həkiminə müraciət etmək lazımdır. Dermatozların təhlükəliliyi ondan ibarətdir ki, səpkilər və digər təzahürlər təkrarlandıqda dəri müdafiə funksiyasını itirir. Virus, bakteriya və digər infeksiyalara yoluxma asanlaşdığından müalicə prosesi xeyli çətinləşir.
Dermatoz zamanı ilk yardım
Dəridə qaşınma və ya yanğı hissi varsa nə etməli? Belə vəziyyətlərdə dərman qutunuzda olan antihistamin preparatlardan (Suprastin, Ketotifen, Tavegil) istifadə edə bilərsiniz. Bu vasitələr narahatlıqları müvəqqəti formada aradan qaldırır. Allergiya əleyhinə dərman içməklə yanaşı, dərinin zədələnmiş nahiyəsinə nazik qat şəklində Triderm kremi çəkməyiniz məsləhətdir.
Triderm – 3-ü birində təsirli unikal kremdir. Onun antibakterial, iltihab və göbələkəleyhinə xüsusiyyətləri dermatoz zamanı müsbət nəticələr göstərir.
Ancaq Tridermin komponentlərinə qarşı allergiyanız varsa, vəziyyət daha da ağırlaşa bilər. Xoşagəlməz hallara yol verməmək üçün dərman təyinini dermatoloqa həvalə etməyiniz tövsiyə olunur.
Dermatoz xəstəliyinin profilaktikası
Heç bir halda, xüsusilə də yay fəslində dəri örtüyünü riskə atmaq olmaz. Mütəxəssislər dermatozla qarşılaşmamaq üçün 5 qaydaya riayət etməyi məsləhət görürlər:
Yanıqdan qorunmaq
Çimərliyə səhər saat 11.00-a qədər və axşamüstü 16:30-dan sonra getmək lazımdır. Bu zaman dəriyə günəş şüasına qarşı krem çəkilməlidir. Aktiv hərəkət tələb edən günlərdə dərinin susuzluqdan, günəşdən quruyub yanmaması üçün açıq rəngli və təbii materialdan hazırlanmış geyimlərə üstünlük verilməlidir.
Həşərat və bitkilərdən qorunmaq
Həşərat dişləməsi allergik reaksiyalar törədə bilər. Bu zaman vəziyyət Kvinke ödeminə qədər ağırlaşa bilər. Kvinke ödemi – tənəffüs yollarının selikli qişasının və üzün kəskin dərəcədə şişməsi nəticəsində tənəffüs çatışmazlığı, boğulma, hətta ölümlə nəticələnən ağır formalı allergik reaksiyadır. Bu tip reaksiyaya bitkilərin yarpaqları və tikanları da səbəb ola bilər. Ona görə də təbiət qoynuna gəzməyə gedərkən qapalı geyinməli, yalın ayaqda çəmənlikdə gəzməməlisiniz.
Mexaniki təsirlərdən müdafiə
Bağbanlar iş prosesində xüsusi əlcək taxmalı, dəridə yarana biləcək sürtünmə və çatlardan özlərini qorumalıdır.
Şəxsi gigiyenaya düzgün qaydada riayət etmək
Tərləmə dəri örtüklərini qıcıqlandırdığından qaşınma, mikroçatlar və infeksiyalaşma riski meydana çıxır. Ümumiyyətlə, hər gün orta hesabla 3 dəqiqə duş qəbul edilməlidir. Yuyucu vasitələrin norma daxilində istifadəsinə çalışmaq lazımdır. Çünki onlar dərinin müdafiə funksiyasını poza bilər. Qıcıqlanma halları olduqda skrab və süngərdən istifadə etməyin.
Ümumi istifadə üçün nəzərdə tutulan əşyalardan uzaq durmaq
Məsələn, hər hansı bir ictimai məkanda asılan dəsmallarda göbələk xəstəliyi və ya digər infeksiyaların törədicilərinin olma ehtimalı yüksəkdir. Xəstəliyə yoluxmamaq üçün şəxsi əşyalarınızı özünüzlə götürməyi unutmayın.