Dermatoz nədir?

06 Yanvar 2020 Kateqoriya: Dəri xəstəlikləri Müəllif: Aygün Hüseynova
Oxuma vaxtı: 4 dəq Oxunma sayı: 4056
Dermatoz nədir foto 2
3.5/5 - (2 səs)

Dermatoz – dərinin zədələnməsi ilə gedən geniş spektrli, fərqli etiologiyalı xəstəliklər qrupudur. Onlar arasında ən çox rast gəlinən formalar ekzemapsoriazdır.

Dermatoz xəstəliyi nədir?

Bu patologiyanın yaş məhdudiyyəti yoxdur. Yəni körpələr də daxil olmaqla hər kəsdə dermatoz aşkarlana bilər. Pasiyentlər arasında dermatit üstünlük təşkil edir. Nevroloji patologiyaların, endokrin sistemi fəaliyyətinin pozulması, immunitetin zəifləməsi fonunda neyrodermit xəstəliyi də əmələ gələ bilər.

Dermatoz nədir – onun səbəbləri

  • sinir sistemində kənara çıxmalar;
  • endokrin patologiyalar;
  • immunitetin kəskin zəifləməsi;
  • somatik xəstəliklər (xroniki haymorit, kariyes, tonzillit);
  • dəri örtüyünün tamlığının pozulması, həşərat dişləməsi, donma, yanıqlar;
  • göbələk xəstəliyi;
  • iltihabi proseslər;
  • maddələr mübadiləsinin pozulması;
  • allergiya.

Dermatoz nədir foto 1

Dermatozun inkişafı

Dermatoz zamanı bədənin müxtəlif nahiyələri zədələnir. Xəstəliyin inkişafına xarici və daxili faktorlar təsir göstərir.

 Xarici faktorlar nədir?

  • dəri örtüyünün mexaniki zədələnmələri;
  • kimyəvi və termiki yanıqlar;
  • aşağı və yüksək temperaturun təsiri;
  • infeksiyalar.

Daxili faktorlar nədir?

  • endokrin pozğunluqlar;
  • qan-damar və həzm sistemi problemləri;
  • infeksion və iltihabi xəstəliklər;
  • maddələr mübadiləsinin pozulması;
  • irsi meyllik.

Dermatoz nədir şəkil 3

Dermatoz nədir – onun əlamətləri

Xəstələrdə dəri qabıqlanır, qızarır və səpir. Onları əsasən dərinin qaşınması, göynəməsi narahat edir. Dəri keyfiyyətinin dəyişməsi, yerli hərarətin yüksəlməsi və ümumi zəiflik də dermatozun xarakterik əlamətlərindən sayılır.

Dermatoz nədir – diaqnostikası

Müayinə dəri həkiminin xəstəyə əyani baxışı ilə başlayır. Lazım olduqda problemli hissələr mikroskop altında öyrənilir. Daha sonra analiz üçün dəri toxuması götürülür. Bundan əlavə ümumi kliniki analizlər (qan, sidik) aparılır.  Diaqnostika mərhələsində xəstəliyin səbəbini aydınlaşdırmaq müalicə üçün çox önəmlidir.

Dermatozun müalicəsi nədir?

Dermatozun hər bir formasına ayrıca müalicə proqramı ilə yanaşılmalıdır. Dermatoloqlar xaricə istifadə üçün losyon, krem, maz, gel, məhlul şəklində aşağıdakı qrup dərmanları təyin edirlər:

  • iltihabəleyhinə;
  • qaşınmanı azaldan;
  • göbələkəleyhinə;
  • antibiotiklər;
  • dəri örtüyünü bərpa edən vasitələr.

Dermatoz nədir foto

Dermatoz müalicəsinin bəzi xüsusiyyətləri

  • müalicə kompleks şəklində icra edilməlidir. Ehtiyac yarandıqda müalicə prosesinə digər mütəxəssislər, məsələn qastroenteroloq, endokrinoloq cəlb olunmalıdır. Həmçinin əlavə müayinələr də tələb oluna bilər.
  • xəstələr üzərində müasir, sınanmış effektiv metodlar tətbiq edilməlidir.
  • müalicə sistem şəklində olmalıdır. Bəzən xaricə istifadə üçün nəzərdə tutulan preparatlarla yanaşı daxilə qəbul olunan dərmanlara ehtiyac yaranır. Müalicəvi vasitələr xəstələrə fərdi qaydada təyin edilir. Müalicə sxemi xəstəliyin xarakteri, ağırlıq dərəcəsi, pasiyentin yaşı, ümumi halı, yanaşı patologiyalar nəzərə alınmaqla təyin olunur.
  • hər bir xəstəyə xüsusi pəhriz məsləhət görülür, tövsiyələr edilir.

Xülasə

Dermatozlar çox sürətlə inkişaf edə bilər. Buna görə də xəstəliyin ilkin əlamətləri ilə qarşılaşdıqda mütləq həkimə müraciət edin.

Bu yazını paylaş:
Yazını qiymətləndirin:
3.5/5 - (2 səs)
Şərhlər
Bu yazıya ərh yazılıb

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir