Dərini ağartmaq üçün nə etməli?

Bəzi insanların dərisi müxtəlif səbəblərdən qaralır. Onun rəngi tündləşir, üzərində piqment ləkələri əmələ gəlir. Bəs dərini ağartmaq üçün nə etməli? Kimyəvi metodlara baş vurmadan təbii üsullardan istifadə daha təhlükəsiz və faydalı sayılır. Məsələn, üz ağardıcı təbii maskalarla dərini ağartmaq mümkündür.
Qatığın ağardıcı təsiri
Qatığın tərkibindəki süd turşuları dərinin ağartmasına kömək edir. Bunun üçün qatığı üzünüzə yüngül masaj hərəkətlərilə sürtün. Onun nazik təbəqə şəklində yayılmasına diqqət edin. 10 dəqiqədən sonra maskanı yuyun.
Dərini ağartmaq üçün nə etməli – buğda unu və sarıkök
3 çimdik sarıkökü 3 çay qaş. buğda unu və 2 çay qaş. limon suyu ilə qarışdırın. Üzünüzə çəkib, 15 dəqiqə saxlayın. Sonda dərinizi ilıq su ilə təmizləyin.
Kokos yağı ilə dərinin ağardılması
Kokos yağını bütün üzünüzə deyil, yalnız rəngini açmaq istədiyiniz bölgələrə çəkin. Əks təqdirdə üzünüzü yağlandırıb, sızanaq problemini ortaya çıxara bilərsiniz. 15 dəqiqə keçdikdə maskanı ilıq su ilə yuyun.
Üz dərisini ağartmaq üçün nə etməli – bal və badam
Badamı toz halına gətirin. Ondan 2 çay qaş. götürüb, üzərinə eyni miqdarda bal və quru süd tökün. Məhsulları qarışdırıb, üzünüzə çəkin. 10 dəqiqə gözlədikdən sonra ilıq su ilə yuyun.
Düyü suyu
Düyü suyu həm dərini ağardır, həm də qidalandırır. Bu məqsədlə ½ stəkan düyünü suda qaynadın. Suyunu süzüb, bir qədər soyudun. İlıq halda üzünüzə tonik kimi tətbiq edin. Yeri gəlmişkən qeyd edək ki, yaponların üz maskalarının bir çoxu düyü və onun suyu əsasındadır.
Dərini ağartmaq üçün nə etməli – limon suyu, süd və sarıkök
1 ç.q. sarıkökə 1 ç.q limon suyu və 2 ç.q. süd qatın. Üzünüzü təmizlədikdən sonra dərinizi yüngülcə isladıb, qarışığı masaj hərəkətlərlə çəkin. 5 dəqiqəlik masajın ardınca üzünüzü ilıq su ilə yuyub qurulayın.
Üz dərisini ağartmaq üçün nə etməli – kartof dilimləri
1 ədəd iri ölçülü kartofu doğrayın. Bir dilimini alnınıza, digərlərini gözaltı qaralar və yanaq nahiyənizə qoyun. Bunu gecə yatmazdan öncə və səhərlər saatlarında etmək məsləhətdir. Kartof dilimləri tünd ləkələrin itməsinə, dərinin ağarmasına səbəb olur.
Dərini ağartmaq üçün nə etməli – limon suyu və qarğıdalı
1 xör.qaş. qarğıdalı ununu eyni miqdarda limon suyu ilə qarışdırın. Həmin qaba 1 ç.q. sarıkök əlavə edin. Üzünüzə çəkib, qurumağını gözləyin. Sonda ilıq su ilə yuyun.
Ballı süd maskası
Bal dəriyə antibakterial və antimikrob təsir göstərir. Bu məhsul quru və qaşınan dərini sakitləşdirir. Həmçinin balın antioksidant xüsusiyyətləri ləkələrin silinməsinə yardımçı olur.
1 xör.qaş. südlə 2 çay qaş. balı qarışdırın. Pambıq disklə maskanı dərinizə çəkin. 15 dəqiqə saxlayıb, ilıq su ilə təmizləyin.
Dərini ağartmaq üçün nə etməli – qeyri-təbii maddələr
Kojic turşusu, Arbutin və C vitamini dəriyə ağardıcı təsir göstərir. Kimyəvi maddələrin effekti qısa müddət ərzində üzə çıxsa da, onlar həssas dərili insanlarda fəsadlar törədə bilər. O cümlədən tərkibində C vitamini olan kosmetik vasitələri istifadə edərkən dərinizə günəşdən qoruyucu krem çəkməlisiniz.
Xülasə
Dəriniz həssasdırsa, maska seçimində diqqətli olun. Hər hansı metoda, xüsusən kimyəvi üsullara başlamazdan öncə dermatoloq (dəri həkimi) ilə məsləhətləşin. Dərini ağartmaq üçün qarışıqları müntəzəm qaydada tətbiq etdikdə 4 həftədən sonra gözlə görülən effekt alacaqsınız.
Dərini ağartmaq yoları