Üz ağardıcı təbii maskalar

18 Dekabr 2019 Kateqoriya: Üz maskaları Müəllif: Aygün Hüseynova
Oxuma vaxtı: 4 dəq Oxunma sayı: 30975
Üz ağardıcı təbii maskalar foto 1
4.3/5 - (21 səs)

Sahib olduğumuz yumşaq, hamar və qüsursuz dəri zamanla öz formasını və təravətini itirir. Həmçinin günəş işığının, kimyəvi və ya ətraf mühit faktorlarının təsirindən qaralır. Bəs dərini ağartmaq üçün nə etməli? Ev şəraitində asanlıqla hazırlanılan üz ağardıcı təbii maskalar bu problemin həllində yardımçı olur.

Qatıqla üz ağardıcı təbii maskalar

Qatığın tərkibindəki süd turşusu dəri rənginin ağarmasında mühüm rol oynayır. Bu məqsədlə marketdə satılan deyil, əsl kənd qatığından istifadə edilməlidir.

Günəş şüasının törətdiyi ləkələripiqmentləşməni kənarlaşdırmaq üçün 1 ay boyunca həftədə 3 dəfə üzünüzə qatıq çəkin. 30 dəqiqə saxladıqdan sonra dərinizi ilıq su ilə yuyun. Quru dəri tipinə malik olan şəxslər qatığın içinə 1 çay qaşığı bal da əlavə edə bilərlər.

Üz ağardıcı təbii maskalar foto

Limonlu, yulaflı üz ağardıcı təbii maskalar

İnqrediyentlər

  • 2 xörək qaşığı qatıq;
  • ¼ limonun suyu (şirəsi);
  • 2 çay qaşığı yulaf unu.

Bütün komponentləri bir qabda qarışdırdıqdan sonra problemli nahiyələrə çəkin. Qarışığı üzünüzdə tam quruyana qədər (təxminən 30 dəqiqə) saxlayın. Limon suyu dərinin qaşınmasına səbəb ola bilər. Lakin narahatlığa gərək yoxdur.

Dərinizi ilıq su ilə yuduqdan sonra nəmləndirici krem çəkin. Maskanı 2 gündən bir müntəzəm şəkildə tətbiq edin. Əgər dəriniz çox qurudursa, maskanın içinə 2 ç.q. bal əlavə edin.

Portağallı üz ağardıcı təbii maskalar

İnqrediyentlər

  • ½ ədəd orta böyüklükdə portağalın şirəsi;
  • sarıkök.

Yarım ədəd portağalın suyunu sıxıb, azacıq qatılaşana qədər üzərinə sarıkök əlavə edin. Maskanı üzünüzə barmaq ucları ilə masaj edərək çəkin. 1 saatdan sonra yuyun. Proseduru 1 ay ərzində hər gün tətbiq edin.

Üz ağardıcı təbii maskalar foto 2

Gül suyu ilə üz ağardıcı təbii maskalar

Tərkibi

  • 2 xörək qaşığı noxud unu;
  • təbii gül suyu.

Noxud ununun üzərinə pasta halına gələnə qədər gül suyu əlavə edib qarışdırın. Problemli nahiyələrə çəkin. 30 dəqiqə gözlədikdən, yəni maska tam quruduqdan sonra üzünüzü ilıq su ilə yuyun. Maskanı 5-7 gündən bir tətbiq edin. Nəticədə üzünüz təmizlənib, daha bəyaz və parlaq görünüş alacaq.

Aloe ilə üz ağardıcı təbii maskalar

Aloenin yarpaqlarından əldə olunan gel (lət) iltihabəleyhinə və ağardıcı xüsusiyyətlərə malikdir. Maska üçün aloe yarpağını şaquli vəziyyətdə 2 yerə bölüb, geli qaşıqla götürün. Üzünüzə çəkib, 30 dəqiqə saxlayın. Sonda dərinizi ilıq su ilə yuyun.

Üz ağardıcı təbii maskalar foto 3

Üz ağardıcı təbii südlü maskalar

İnqrediyentlər

  • 2 xörək qaşığı düyü unu;
  • süd

Düyü ununa pasta halına gələnə qədər süd əlavə edib qarışdırın. Maskanı ağarmasını istədiyiniz sahələrə çəkib, 30 dəqiqə gözləyin. Tam quruduqdan sonra ilıq su ilə təmizləyin. Proseduru 1 ay ərzində həftədə 2-3 dəfə təkrarlayın.

Pomidorla üz ağardıcı təbii maskalar

İnqrediyentlər

  • 1 ədəd pomidor;
  • düyü unu.

Pomidoru soyub, sürtkəcdən keçirin. Xamayabənzər konsistensiya alınana qədər üzərinə düyü unu qatın. Maskanı dərinizə 20-30 dəqiqə saxlayıb yuyun. Proseduru həftədə 2-3 dəfə tətbiq edin.

Xülasə

Üz ağardıcı təbii maskaların inqrediyentlərdən hər hansı birinə qarşı allergiyanız varsa, həmin resepti istifadə etməyin. Həmçinin psoriaz, ekzema, göbələk xəstəliyi, dermatit, dermatoz, açıq yara kimi dəri patologiyalarında bu maskaları təxirə salıb, dəri həkiminə müraciət etməyiniz məsləhətdir.

Bu yazını paylaş:
Yazını qiymətləndirin:
4.3/5 - (21 səs)
Şərhlər
Bu yazıya ərh yazılıb

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir