Ləkələrə qarşı üz maskaları

10 Yanvar 2020 Kateqoriya: Üz maskaları Müəllif: Aygün Hüseynova
Oxuma vaxtı: 5 dəq Oxunma sayı: 8793
Ləkələrə qarşı üz maskaları foto
4.9/5 - (103 səs)

Dəridə ləkələr günəş şüalarının təsiri, post akne, yaşlanma, sızanaqların izləri, endokrin dəyişikliklər və digər səbəblərdən əmələ gəlir. Ləkələrə qarşı üz maskaları bu estetik narahatlığı azaltmağa kömək edir.

Ləkələrə qarşı üz maskaları – resept №1

  • 2 çay qaşığı təmiz təbii bal
  • 1 çay qaşığı limon suyu

Bal və limonu qarışdırıb, ləkələrə çəkin. 20 dəqiqə gözləyin. Vaxt tamam olduqda bol miqdarda ilıq su ilə üzünüzü təmizləyin. Sonda dərinizə nəmləndirici krem çəkin.

Qeyd: limon suyunu reseptdə yazılandan çox tökməyin. Çünki limon çox miqdarda olduqda dərini qurudur və qıcıqlandırır.

Ləkələrə qarşı üz maskaları foto 1

Ləkələrə qarşı üz maskaları – resept №2

  • 2 xör.qaş. bal
  • 1 çay qaş. darçın

Üzünüzü öncədən təmizləyib, salfetlə qurudun. Darçınla balı qarışdırıb, dərinizə çəkin. 10 dəqiqə gözləyib, ilıq su ilə yuyun.

Ləkəyə qarşı üz maskaları – resept №3

  • 3-4 ədəd təzə çiyələk
  • 2 ç.q. bal

Çiyələkləri yaxşıca yuyub, çəngəllə əzin. Həmin qaba bal əlavə edin və qarışdırın. Maskanı üzünüzə sürtüb, 20 dəqiqə gözləyin. Vaxt başa çatdıqda ilıq su ilə dərinizi təmizləyin. Ardınca nəmləndirici krem çəkin.

Ləkələrə qarşı üz maskaları foto 2

Ləkələrə qarşı üz maskaları – resept №4

  • 2 x.q. qarpız suyu
  • 1 x.q. düyü

Düyünün üzərinə qarpız suyu töküb qarışdırın. Qabın ağzını yaxşıca bağlayıb, 1 gecə soyuducuda saxlayın. Daha sonra qarışığı mikserdən keçirərək, maska qatılığına gətirin. Üzünüzə çəkib, 15 dəqiqə saxlayın. Yuduqdan sonra nəmləndirici krem çəkməyi unutmayın.

Ləkəyə qarşı üz maskaları №5

  • 1 ç.q. alma sirkəsi
  • ½ ç.q. portağal şirəsi
  • 2 ç.q. su

Komponentləri qarışdırın. Qulaq çöpü ilə ləkələrin üstünə sürtün. Bütün üzə çəkməyə ehtiyac yoxdur. Maskanı 10 dəqiqə saxladıqdan sonra ilıq su ilə yuyun. Proseduru gündə 2 dəfə tətbiq edin.

Ləkələrə qarşı üz maskaları №6

2 ədəd portağalın qabığını çok kiçik hissəciklərə bölün. Çəngəllə əzdikdən sonra üzərinə su əlavə edin. Suyu bir anda tökməyin. Qarışığı masaj hərəkətlərilə üzünüzə çəkin. 20-25 dəqiqə gözlədikdən sonra təmizləyib, ardınca nəmləndirici krem sürtün.

Ləkələrə qarşı üz maskaları foto 3

Ləkələrə qarşı üz maskaları – resept №7

  • 2-3 x.q. xırdalanmış cəfəri
  • 2-3 damcı limon suyu
  • 2 ç.q. sarıkök

Komponentləri yaxşıca qarışdırıb, üzünüzə sürtün. 20 dəqiqədən sonra yuyun.

Ləkələrə qarşı təbii vasitələr

  • 1 ədəd E vitamini kapsulunu açıb, gecə yatmazdan əvvəl ləkələrin üzərinə sürtün.
  • Qulaq çöpünə 2-3 damcı gənəgərçək yağı töküb, ləkəli hissələrə çəkin. Gün ərzində 2-3 dəfə tətbiq edin.
  • 1 ovuc yaşıl noxudu qaynatdıqdan sonra krem qatılığına gələnə qədər əzin. Sonra ləkələrin üstünə çəkin. Quruduqda üzünüzü ilıq su ilə yuyun.
  • 1 ədəd soğanı blenderdən keçirdikdən sonra suyunu süzün. Həmin suyu ləkələrə sürtün və 30 dəqiqə gözləyin.
  • 1 ədəd qəhvəyi qəndi ½ limon suyunda əridin. Pambıqla ləkələrə sürtün. 30 dəqiqə saxlayıb yuyun. Hər gün təkrarlayın.
  • Nazik ananas dilimlərini ləkələrin üzərinə qoyun. 10 dəqiqə saxlayın. Ləkələr azalana qədər hər gün təkrarlayın.

Ləkələrə qarşı üz maskaları foto 4

Ləkələrin qarşısını necə almaq olar?

Ləkələrin qarşısını almaq onları yox etməkdən daha asandır. Bunun üçün:

  • Günəş şüalarının altında çox gəzməyin.
  • Yay aylarında küçəyə çıxmazdan əvvəl dərinizə günəş şüasından qoruyucu krem sürtün.
  • Sızanaqlara əl vurmayın və əsla sıxmayın.
  • Dərinizin təmizliyinə fikir verin, üz dəsmalınızı tez-tez dəyişin.

Qeyd

Təqdim etdiyimiz maskaları həftədə 1 və ya 2 dəfə istifadə edin. Reseptləri mütəmadi şəkildə hazırladıqda effektini görəcəksiniz.

Bu yazını paylaş:
Yazını qiymətləndirin:
4.9/5 - (103 səs)
Şərhlər
Bu yazıya ərh yazılıb

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir