Üz üçün maskalar

28 Dekabr 2019 Kateqoriya: Üz maskaları Müəllif: Aygün Hüseynova
Oxuma vaxtı: 5 dəq Oxunma sayı: 17629
Üz üçün maskalar foto 1
4.4/5 - (15 səs)

Gündəlik həyatda baş verən stress və gərginliklər üzdə ləkələr, qırış, solğunluq şəklində özünü biruzə verir. Lakin buna görə üzülməyə dəyməz! Evinizdəki ərzaqlarla üz üçün maskalar hazırlayıb, dərinizi cavanlaşdıra və təravətləndirə bilərsiniz.

Üz üçün maskalar neçə növ olur?

  • Üz üçün dartıcı maskalar. Sulu konsistensiyalı olur. Quruduqda dərinin qidalanmasını və gərilməsini artırır.
  • Üz üçün pilinq maskalar. Ölü hüceyrələri kənarlaşdırır, dərinin sekresiyasını azaldır.
  • Üz üçün nəmləndirici maskalar. Dəri səthində qoruyucu təbəqə əmələ gətirərək, qırışları yox edir. Üzdəki mimik cizgiləri açır, suyun dəri səthindən buxarlaşmasının qarşısını alır.
  • Stimuləedici maskalar. Dəri kapilyarlarında sirkulyasiyasını, toxuma qidalanmasını artırır.
  • Ləkələrə qarşı üz maskaları. Sifətdəki piqmentsızanaq ləkələrini itirir.
  • Dəri hüceyrələrini yeniləyən maskalar. Qocalmış, məhv olmuş hüceyrələri uzaqlaşdırır, onların yeniləri ilə əvəzolunmasını sürətləndirir.

Üz üçün maskalar foto 3

Üz üçün maskalar hansılardır?           

Gün ərzində dəriyə qulluğa 1 saat ayırın. Maskanı tətbiq etməzdən öncə üzünüzü təmizləyin.

Maskanı soyuducuda saxlayıb, gələn dəfəyə saxlamaq olmaz. Hər dəfə yenisini hazırlamaq gərəkdir.

Üz üçün pilinq maskalar

Resept №1

  • 2 x.q. bal
  • 2 ədəd badam
  • 1 ç.q. limon suyu

Badamları toz halına gətirib, balla qarışdırın. Ardınca limon suyu əlavə edin. Maskanı dairəvi hərəkətlərlə üzünüzə çəkin. 15 dəqiqə müddətində qurumasını gözləyin. Sonra ilıq su ilə yaxalayın. Nəticədə dərinizi yenilənmiş hiss edəcəksiniz.

Resept №2

Üzünüzə bal çəkin və 15 dəqiqə gözləyin. Vaxt tamam olduqda dərinizi soyuq su ilə təmizləyin.

Resept №3

  • ½ fincan yulaf
  • ½ ç.q. bal
  • 4 x.q. süd
  • 2 damcı ətirşah yağı
  • 2 damla çobanyastığı yağı

Yulafı yaxşıca əzin. Üzərinə digər komponentləri əlavə edib qarışdırın. Barmaq uclarınızla dairəvi formada dərinizə çəkin. 15 dəqiqə gözlədikdən sonra ilıq su ilə yuyun. Dəriniz yağlıdırsa, maskanın daxilinə 5 damcı limon suyu qata bilərsiniz. Prosedurdan sonra dərinizin yumşaldığını hiss edəcəksiniz.

Üz üçün maskalar foto 2

Üz üçün nəmləndirici maskalar

Resept №1

Bəzi meyvələr su ilə zəngin olduğundan dərini effektiv nəmləndirir. 1 ədəd soyulmuş bananı əzib üzünüzə çəkin. 15 dəqiqə saxladıqdan sonra soyuq su ilə yuyun.

Resept №2

1 xiyarı soyub əzin. Gözləriniz üçün 2 dilim ayırmağı unutmayın. Xiyarı bütün üzünüzə çəkib, 15 dəqiqə gözləyin. Bol soyuq su ilə maskanı təmizləyin. Bu üsulla dəriniz təzələnəcək və nəmlənəcək.

Qırışlar qarşı üz üçün maskalar

Resept №1

  • 4 x.q. bal
  • 1 yumurta ağı
  • 2 x.q. limon suyu

Yumurtanı balı qarışdırın. Həmin qaba limon suyu əlavə edin və üzünüzə yüngül masaj hərəkətlərilə sürtün. Dərinizin gərildiyini hiss edəcəksiniz. 20 dəqiqə gözləyin və üzünüzü yağsız südlə təmizləyin.

Resept №2

5 ədəd qızılgülün yarpaqlarını pasta halına gələnə qədər əzib, üzünüzdə 15 dəqiqə saxlayın. Sonda soyuq su ilə təmizləyin. Nəticəsini dərhal görəcəksiniz.

Resept №3

  • 1 stəkan qatıq
  • 1 ç.q. təzə razyana toxumu və yarpaqları

Qatığı razyana toxumu və əzilmiş yarpaqlarla qarışdırın. Üzünüzə sürtmək üçün onu həmcins krem halına gətirmək lazımdır. 20 dəqiqə gözləyib, ilıq su ilə dərinizi təmizləyin. Hər gün istifadə etdikdə effektini daha tez görəcəksiniz.

Üz üçün maskalar foto

Akne, sızanaq zamanı üz üçün maskalar

Pomidorun dəriyə müxtəlif təsirləri vardır: nəmləndirmə, sıxlaşdırma və pilinq. Üzünüzdəki qara nöqtələrdən və sızanaqlardan qurtulmaq istəyirsinizsə, 1 pomidoru 2 yerə bölün və üzünüzə qoyun. 15 dəqiqə saxlayıb, ilıq su ilə yuyunun.

Stimuləedici maskalar

Dərinizdə quruluq hiss edirsinizsə, onu nəmləndirmək və qidalandırmaq məqsədilə bu möhtəşəm maskanı istifadə edin. Bir neçə çiyələyi əzib, balla qarışdırın. Üzünüzə çəkib, 20 dəqiqə gözləyin. Sonda soyuq su ilə təmizləyin.

Xülasə

Üz üçün istədiyiniz maskanı seçə bilərsiniz. Amma unutmayın ki, dəriniz Sizin səhhətinizi əks etdirir. Onu cavan və tonusda saxlamaq üçün balanslaşdırılmış formada qidalanmalı, gün ərzində 2 litr su içməli, alkoqol və siqaretdən uzaq durmalısınız.

Bir məqamı da yadda saxlayın ki, hər kəsin dərisi fərqlidir. Eyni bir maskanın təsiri insandan insana dəyişə bilər. Maska seçərkən dəri tipinizi nəzərə alın.

Bu yazını paylaş:
Yazını qiymətləndirin:
4.4/5 - (15 səs)
Şərhlər
Bu yazıya bir şərh yazılıb

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir