Üzdəki sızanaqların təmizlənməsi

25 Avqust 2020 Kateqoriya: Üz maskaları Müəllif: Aygün Hüseynova
Oxuma vaxtı: 4 dəq Oxunma sayı: 18782
Üzdəki sızanaqların təmizlənməsi
3.6/5 - (14 səs)

Sızanaqlar – ciddi problem olub, istənilən yaş dövründə rast gəlinir. Onlar insana həm fiziki, həm də psixoloji narahatlıq törədir. Bəs üzdəki sızanaqların təmizlənməsi üçün nə etməli?   

Ümumiyyətlə, iltihablaşmış sızanaqlara qarşı skrab, mexaniki pilinq, spirtli məhlul istifadə etmək olmaz. Bu vasitələr dəri səthini daha da zədələyərək, yeni sızanaqların yaranmasına səbəb olur.  

Üzdəki sızanaqların ev şəraitində təmizlənməsi

  • Sızanaq üçün maskalar. Bura gil və müalicəvi bitkilər əsasında hazırlanılan maskalar daxildir. Yağlı dəriyə və geniş məsamələrə malik insanlara ağ gil maskası (1 xörək qaşığı gil su ilə xama konsistensiyası alınana qədər qarışdırılır, üzdə 20 dəqiqə saxlanıldıqdan sonra yuyulur) məsləhət görülür. Həmçinin xiyar, alginat və çiyələk maskaları da faydalıdır. Onu da qeyd etmək lazımdır ki, təbii məhsullar yalnız yüngül formalı sızanaqlarda arzuolunan nəticə verir. Ağır formalarda bu tip maskalar qeyri-effektivdir;
  • Kosmetik vasitə. Problemli dəriyə qulluq üçün tərkibində nəmləndirici, iltihabəleyhinə komponentlər (çobanyastığı, aloe, çayağacı, ağ gil) olan, spirtsiz tonik və gellərdən istifadə olunur. Üzün yuyulması, təmizlənməsi və nəmləndirilməsi gündə 2 dəfə olmaqla (səhər-axşam) təkrarlanmalıdır.  

Üzdəki sızanaqların təmizlənməsi üçün maska

Üzdəki sızanaqların təmizlənməsi üçün qatıq maskası

  • qatıq – 1 stəkan;
  • yulaf əzməsi – 1 stəkan;
  • limon.

Yulafı blenderdə əzib, qatıqla qarışdırın. Üzərinə 1-2 damcı limon suyu əlavə edin. Qarışığı üzdə 20 dəqiqə saxlayın. Proseduru 1 ay müddətində hər gün edin.  

Üzdəki sızanaqların təmizlənməsi üçün bal maskası

  • təmiz bal – 2 çay qaşığı;
  • yumurta sarısı – 1 ədəd; 
  • limon suyu – 1-2 damcı. 

Bütün məhsulları qarışdırıb, dərinizə çəkin. 10 dəqiqədən sonra yuyun. Nəticənin bəlli olması üçün 3-5 prosedur kifayətdir.  

Üzdəki sızanaqların təmizlənməsi üçün losyon

Üzdəki sızanaqların təmizlənməsi üçün sabun maskası

  • 72%-li təsərrüfat sabunu; 
  • xörək duzu – 1 çay qaşığı. 

Sabunun bir hissəsini sürtkəcdən keçirib, su ilə köpüklənənə qədər qarışdırın. Köpüklü qarışıqdan 1 xörək qaşığı götürüb, üzərinə duz əlavə edin. Üzünüzdə 30 dəqiqə saxladıqdan sonra yuyun. Proseduru 1 ay müddətində həftədə 3 dəfə təkrarlayın.  

Üzdəki sızanaqların təmizlənməsi üçün krem

Üzdəki sızanaqların təbii losyonlarla təmizlənməsi 

  • 1 çay qaşığı çobanyastığı çiçəklərinin üzərinə qaynar su tökün. 30 dəqiqə saxladıqdan sonra süzün.  
  • aloe şirəsi. Onu təmiz (yenicə sıxılmış) və ya qarışdırılmış (1:1 nisbətində su və ya kartof şirəsi ilə) halda istifadə edə bilərsiniz. 

Losyonları üzə gündə 2 dəfə çəkmək lazımdır.

Üzdəki sızanaqların kosmetoloji prosedurlarla təmizlənməsi

  • karbon pilinq;
  • mezoterapiya;
  • meyvə turşuları ilə pilinq;
  • kompleks təmizləmə (mexaniki+aparat).

Üzdəki sızanaqların dərmanla təmizlənməsi

Sızanaqlar həm də retinol, sink, azelain turşusundan ibarət kremlərlə təmizlənə bilər. Bu tip preparatlar piy vəzilərinin aktivliyini normaya salır, postakne izlərini itirir, dəri sətini hamarlayır, iltihabı aradan qaldırır. Nəticənin qalıcı olması üçün müalicəni minimum 6 ay davam etdirmək lazımdır.  

Üzdəki sızanaqların təmizlənməsi üçün dərman

Üzdəki sızanaqların profilaktikası

Kosmetoloji prosedur və ya dərman müalicəsindən sonra yeni sızanaqların çıxmaması üçün dermatoloqların məsləhətlərinə edin:  

  1. Makiyajı xüsusi vasitələrlə silin. Belə ki, yaxşı təmizlənməmiş dəri sızanaqlara yol açır;
  2. Qida rasionunuza fikir verin. Un məmulatları və şirniyyatı məhdudlaşdırın, göyərti, balıq, giləmeyvə qəbulunu çoxaldın; 
  3. Keyfiyyətli kosmetikadan istifadə edin. Ucuz tonal krem və kirşan məsamələri tutaraq, sızanaqların yaranmasına səbəb olur;
  4. Krem və serumlarla dərinizi nəmləndirin.  

Dəriyə düzgün qulluq edib, vaxtaşırı həkim-kosmetoloqun qəbuluna yazılmaqla ipək kimi dəriyə malik olacaqsınız.

Bu yazını paylaş:
Yazını qiymətləndirin:
3.6/5 - (14 səs)
Şərhlər
Bu yazıya ərh yazılıb

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir