Sızanaqlar üçün üz maskaları

20 Dekabr 2019 Kateqoriya: Üz maskaları Müəllif: Aygün Hüseynova
Oxuma vaxtı: 4 dəq Oxunma sayı: 29479
Sızanaqlar üçün üz maskaları foto
4.8/5 - (274 səs)

Akne, yəni sızanaq – piy və ölü epitel hüceyrələrindən ibarət infeksiyalaşmış tıxacdır. Onun yaranması insanın xarici görünüşünü pozduğundan kompleks hissi ilə nəticələnir. Sızanaqlar üçün üz maskaları bu problemi həll etməyə kömək edir.

Sızanaqlar üçün limonlu üz maskaları

İnqrediyentlər

  • 3 xör.qaş. limon şirəsi (suyu)
  • 2 xör.qaş. bal

Təzə sıxılmış limon suyunu balla yaxşıca qarışdırın. Qaz plitəsində zəif atəşdə azca qızdırıb, sızanaqlar olan nahiyəyə çəkin. 15 dəqiqədən sonra ilıq su ilə təmizləyin. Əgər üzünüzdə çox sayda sızanaq varsa, maskanı 1 həftə boyunca hər gün, əks halda isə 3-4 dəfə təkrarlaya bilərsiniz. Maska istənilən dəri tipinə uyğundur. Onu təmiz dəriyə çəkmək məsləhətdir.

Yağlı dəridə sızanaqlar üçün üz maskaları

Çiyələk və qatıqdan üz maskaları yağlı dəridə sızanaqları yox edir.

Tərkibi

  • 6-7 ədəd orta böyüklükdə çiyələk
  • 1,5 xör. qaş. kənd qatığı

Çiyələkləri təmizlədikdən sonra taxta qaşıq və ya çəngəllə əzin. Üzərinə qatıq əlavə edib, yaxşıca qarışdırın. Üzünüzü təmizləyib, quruladıqdan sonra qarışığı barmaqlarınızla dərinizə çəkin. 15 dəqiqə gözləyin. Quruduqdan sonra soyuq su ilə üzünüzü yuyun.

Sızanaqlar üçün üz maskaları foto 1

Yumurta ilə sızanaqlar üçün üz maskaları

Yumurta ağı ilə həm sızanaqlarınız gedəcək, həm dəriniz parıldayacaq.

İnqrediyentlər

  • 1 yumurtanın ağı
  • 2 xör.qaş. bal

Yumurtanın ağını sarısından tam ayırın. Ardınca bal əlavə edib, qarışdırın. Əgər dəriniz yağlıdırsa qarışığa 2 ç.q. limon suyu (şirəsi) tökün.

Maskanı təmiz dəriyə çəkin. 15-20 dəqiqədən sonra üzünüzü ilıq su ilə yuyun. Maskanı həftədə 1 və ya 2 dəfə təkrarlayın.

Sızanaq ləkələrinə qarşı maskalar

Sarıköklə üz maskaları sızanaqlardan və onların əmələ gətirdiyi ləkələrdən qurtulmağa kömək edir.

Tərkibi

  • 2 ç.q. sarıkök
  • 1 x.q. kənd qatığı
  • 1 x.q. bal

Bütün komponentləri yaxşıca qarışdırın. Üz dərinizi təmizləyib, maskanı ləkələrin və ya sızanaqların olduğu nahiyəyə sürtün. 15-20 dəqiqə gözləyin. Maska quruyub üzünüzdə çatlamağa başladıqda ilıq su ilə yuyun. Bu maskanı həftədə 1-2 dəfə tətbiq edin.

Sızanaqlar üçün üz maskaları foto 2

Sızanaqlar üçün darçınlı üz maskaları

İnqrediyentlər

  • 2 xörək qaşığı bal
  • 1 xörək qaşığı darçın

Balla darçını qaba töküb qarışdırın. Maska həmcins hala gəldikdə təmiz dəriyə çəkin. 20 dəqiqədən sonra üzünüzü ilıq su ilə təmizləyin. Maskanı həftədə 2-3 dəfə təkrarlayın.

Sızanaqlar üçün üz maskaları – 3 qayda

  • Əslində sızanaqlar üçün maska hazırlamaq çox asandır. Ancaq vaxtınız məhduddursa onun da çarəsi vardır. Axşam yatmazdan əvvəl 1 ədəd limonu 2 yerə bölün. Yarısının suyunu sıxaraq, üzünüzə çəkin. Limonun iç hissəsini də üzünüzə sürtüb, yumadan yatın. Səhər oyandıqda dərinizi yaxşıca təmizləyin.
  • Limon suyunu axşam sürtərkən dəridə qaşınma və yanğı hissi ola bilər. Səhər üzünüzü yuduqdan sonra dərinizə nəmləndirici krem çəkə bilərsiniz. Quru dəriyə birbaşa limon suyunu əsla tətbiq etməyin.
  • Maskanın qalığını başqa gün təkrar istifadə etməyin. Hər dəfə yenisini hazırlayın. İnqrediyentlərin təzə və keyfiyyətli olmasına çalışın. Nəm çəkmiş ədviyyatları (məsələn, sarıkök) maskaya qatmayın.

Xülasə

Allergiyaya meylliliyiniz varsa dermatoloq, yəni dəri həkimi və ya həkim kosmetoloqla məsləhətləşmədən maskalardan istifadə etməyin.

Bu yazını paylaş:
Yazını qiymətləndirin:
4.8/5 - (274 səs)
Şərhlər
Bu yazıya bir şərh yazılıb

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir