Qatıqdan üz maskaları 

10 Dekabr 2019 Kateqoriya: Üz maskaları Müəllif: Aygün Hüseynova
Oxuma vaxtı: 5 dəq Oxunma sayı: 8454
Qatıqdan üz maskaları foto 3
3.5/5 - (2 səs)

Üz dərisini cavan saxlamaq üçün ona daim qulluq edilməlidir. Qatıqdan üz maskaları dərinin yaşlanmasını ləngidir, ona sağlam görüntü və parlaqlıq bəxş edir.

Qatıq maskasının hazırlanması qaydaları

  • Maska üçün qatığı marketdən almayın. Təbii qatıqdan istifadə edin.
  • Maska kurs şəklində deyil, adətən 1 və ya 2 gündən bir tətbiq olunur.
  • Hazırladığınız maskadan artıq qaldıqda onu saxlamayın. Hər dəfə yenisini hazırlayın. Qatdığınız məhsulların təzə olmasına fikir verin. Soyuducuda və ya dolabda uzun müddət saxlanılan ərzaqları maskanın tərkibinə daxil etməyin. Əks halda onu Sizə faydası deyil, zərəri dəyə bilər.
  • Bəzi xanımlar maska reseptlərinə özlərindən inqrediyent əlavə etməyi xoşlayırlar. Unutmayın ki, hər bir maska resepti öncədən hesablanmış ölçülər və müvafiq məhsullar əsasında tərtib olunur. Öz fikrinizə əsaslanıb resepti dəyişdirməyin.
  • İstənilən qatıq maskasını tətbiq edərkən onu sınaqdan keçirtməyiniz məsləhətdir. Bu məqsədlə biləyin iç tərəfinə maskadan azacıq sürtüb, 10 -15 dəqiqə gözləyin. Həmin hissədə səpki, qaşınma, qızartı, yanğı hissi olmadıqda qarışığı rahatlıqla üzünüzə çəkə bilərsiniz.

Qatıqdan üz maskaları foto 2

Qatıqdan sadə üsulla hazırlanılan üz maskaları

Gecə yatmazdan əvvəl qatığı 15 dəqiqə boyunca dairəvi hərəkətlərlə nazik qat şəklində dərinizə sürtün. Bu, üz ağardıcı təbii maskalardan sayılır. Gündəlik tətbiq edildikdə 1 həftədən sonra mükəmməl nəticə əldə edəcəksiniz.

Qatıqdan limonlu üz maskaları

Qatıq yaşla bağlı yaranan piqment ləkələrinə qarşı çox effektivdir. Bunun üçün 2 ç.q. limon şirəsi və 2 x.q. qatıqdan maska hazırlayıb, üzünüzdəki ləkələrə çəkin. 15 dəqiqədən sonra yuyub, dərinizə nəmləndirici krem sürtün.

Zeytun yağı və qatıqdan üz maskaları

1 x.q. zeytun yağını 2 x.q qatıqla qarışdırıb, üzünüzə çəkin. 20-25 dəqiqə gözləyin. Maskanı ilıq su ilə yuyub, dərinizi kremlə nəmləndirin. Bu maska erkən qocalmanın qarşısını alır və xırda qırışları hamarlayır.

Bal və qatıqdan üz maskaları

½ ədəd bananı çəngəllə əzib, 2 x.q. bal və eyni miqdarda qatıqla qarışdırın. Maskanı üzünüzə çəkin və 25-30 dəqiqə gözləyin. Vaxt bitdikdə dərinizi soyuq su ilə təmizləyin. Müntəzəm şəkildə tətbiq olunduqda üz dərinizin dartıldığını görəcəksiniz.

Qatıqdan üz maskaları foto

Dəriyə parlaqlıq bəxş edən resept

1 ç.q. qatığı eyni miqdarda bal və yulaf əzməsi ilə yaxşıca qarışdırıb, üzünüzə nazik lay şəklində çəkin. 20 dəqiqə saxlayıb, ilıq su ilə yuyun. Maskanı təmizlədikdən sonra dərinizə nəmləndirici krem sürtün.

Xiyar və qatıqdan üz maskaları

Dərinizi ölü dəri hüceyrələrindən azad etmək və təravətləndirmək istəyirsinizsə, 1 ədəd xiyarı sürtkəcdən keçirib, 1 stəkan qatıqla qarışdırın. Maskanı üzünüzdə 15-20 dəqiqə saxlayıb, ilıq su ilə yuyun.

Çobanyastığı yağı və qatıqdan üz maskaları

½ stəkan qatığa 1 çay qaşığı çobanyastığı yağı qatın. Qarışığı üzünüzə çəkib, 15 gözləyin. Sonra ilıq su ilə yuyun. Bu maska sayəsində hamar və yumşaq üz dərisinə sahib olacaqsınız.

Ləkələrə qarşı qatıqdan üz maskaları

2 ədəd çiyələyi yaxşıca yuyub, çəngəllə əzin. Üzərinə 1 ç.q. bal və eyni miqdarda qatıq əlavə edib qarışdırın. Göz və dodaq ətrafı istisna olmaqla, üzünüzə çəkin. 20 dəqiqə keçdikdə maskanı bol su ilə yuyun.

Qatıqdan üz maskaları foto 1

Qatıqdan nəmləndirici üz maskaları

Resept №1

Maskanın tərkibinə ¼ banan, 2 ç.q. bal və  1 x.q. qatıq daxildir. Bütün məhsulları qarışdırıb, dərinizə çəkin. 20 dəqiqədən sonra üzünüzü soyuq su ilə yuyun. Bu maska dərinizi nəmləndirməklə yanaşı, həm də ona parlaqlıq verəcək.

Resept №2

Maska 2 ç.q qatıq, ¼ avokado, 1 ç.q. zeytun yağından hazırlanır. Avokadonun içini yaxşıca əzdikdən sonra üzərinə qatıq və zeytun yağı tökün. İnqrediyentləri qarışdırıb, üzünüzdə 15 dəqiqə saxlayın. Maskanı əvvəlcə ilıq, ardınca isə soyuq su ilə təmizləyin.

Ölü dərini təmizləyən üz maskaları

4 ədəd badamı toz halına gətirin. Sonra həmin qaba 1 çay qaş. bal, 2 çay qaş. qatıq və eyni miqdarda təzəcə sıxılmış limon şirəsi töküb qarışdırın. Maskanı üzünüzə sürtüb, 10 dəqiqə saxlayın. Sonda dərinizi su ilə yuyub, kremlə nəmləndirin.

Yağlı dəri üçün qatıqdan üz maskaları

Almanın ¼ hissəsini sürtkəcdən keçirib, üzərinə 2 çay qaş. qatıq və 1 çay qaş. limon şirəsi əlavə edin. Onları həmcins kütlə alınana qədər qarışdırın. Maskanın üzdə saxlanma müddəti 20 dəqiqədir.

Xülasə

Bu məqalədə üz dərisi üçün faydalı maska reseptlərini təqdim etdik. Hazırlanma və istifadə qaydalarına əməl etsəniz, effektin möhtəşəmliyinə heyran qalacaqsınız.

Bu yazını paylaş:
Yazını qiymətləndirin:
3.5/5 - (2 səs)
Şərhlər
Bu yazıya ərh yazılıb

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir